"Öhdəlik artıqlaması ilə yerinə yetirilib" - AZƏRBAYCAN NAZİRİNİN ƏRƏBİSTANDA GÖRÜŞLƏRİ
“OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclası çərçivəsində Energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.
Energetika Nazirliyindən verilən məlumata görə, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşdə qlobal neft bazarının cari vəziyyəti, öhdəliklərin icra səviyyəsi, qısa və uzunmüddətli perspektivdə gözləntilər, eləcə də ikitərəfli enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib.
Xalid Əl Falih “OPEC plus” formatının ilkin təşəbbüskarlarından biri kimi Azərbaycan Prezidentinin rolunu və ölkəmizin “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində neft bazarının tənzimlənməsi prosesində iştirakını, Nazirlərin Birgə Monitorinq Komitəsinin Bakıda keçirilmiş tədbirinin əhəmiyyətini qeyd edib. Neft bazarının mümkün inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.
Azərbaycanın dünya neft bazarında tarazlıq, qiymət sabitliyi naminə əməkdaşlığa davamlı dəstək verdiyini deyən Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, aprel ayında hasilatın azaldılması ilə bağlı öhdəlik artıqlaması ilə yerinə yetirilib.
İki ölkə arasında enerji sahəsinə qarşılıqlı investisiya yatırılması, biznes dairələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti ilə imzalanmış əməkdaşlıq memorandum çərçivəsində görüləcək tədbirlər ətrafında müzakirələr aparılıb.
OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə də neft bazarının vəziyyəti əsas müzakirə mövzusu olub. Məhəmməd Sanusi Barkindo bazarda sabitliyin qərarlaşması üçün “OPEC plus” formatında tədbirlərin davam etdirilməsini vacib hesab edib.
Energetika naziri Pərviz Şahbazov “OPEC plus” ölkələri üzrə öhdəliklərin ümumi icra səviyyəsinin yüksək olmasını əməkdaşlığın uğuru kimi qeyd edib. Azərbaycanın hasilatın azaldılması ilə bağlı əvvəlki aylarda gördüyü tədbirlərin apreldə öhdəliklərin tam yerinə yetirilməsinə müsbət təsir etdiyini deyib. Bildirilib ki, 4 ay müddətində orta gündəlik neft hasilatı 130% icra edilib.
Nazir deyib: “İyunda nazirlərin görüşündə ilin ikinci yarısı üçün qərar qəbul edərkən bütün geosiyasi və iqtisadi amilləri nəzərə almaqla ətraflı təhlillər aparmalıyıq. Bazarın balanslaşdırılması zamanı uzunmüddətli dövr üçün neftə qlobal tələbatı və bu baxımdan, neft sənayesinə investisiyanı təşviq edəcək qiymət sabitliyini də düşünməliyik.”
Söhbət zamanı “Neft İstehsal edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” da nəzərdən keçirilib. Bildirilib ki, cari ilin iyun ayınadək Xartiya ilə bağlı proseslərin yekunlaşdırılması planlaşdırılır.
Neft bazarının tənzimlənməsi ilə əlaqədar müzakirələr Birləşmiş Ərəb Əmirliklərinin energetika və sənaye naziri Suheyl əl-Mazrui ilə görüşdə də davam etdirilib. Suheyl əl-Mazrui hazırda neftin qiymətinin qənaəbəxş olduğunu bildirib və əlavə edib ki, ötən ilin sonunda kəskin qiymət dəyişiklikləri ilə müşayiət olunan vəziyyətin təkrarlanması yolverilməzdir.
Energetika naziri Pərviz Şahbazov isə deyib ki, neftin qiymətinin həm istehsalçılar, həm də istehlakçılar üçün sərfəli həddə olması və tarazlığın təmin edilməsi məqsədilə neft bazarına hazırda əsas dəstəyi “OPEC plus” ölkələri verə bilər.
Söhbət zamanı geosiyasi faktorlar, şist neftin təsirləri, kommersiya neft ehtiyatları, qlobal iqtisadi artım və neftə tələbat dinamikası nəzərdən keçirilib.
Nazir həmçinin OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri Manuel Kevedo Fernandes, Nigeriyanın neft ehtiyatları naziri Emmanuel Kaçikvu, Kuveytin neft, elektrik və su naziri Xalid Əl-Fadhel, Omanın neft-qaz naziri Məhəmməd Əl-Rumhi, Əlcəzairin energetika naziri Məhəmməd Arkab və Bəhreynin neft naziri Şeyx Məhəmməd Əl-Xəlifə ilə görüşüb. Görüşlərdə neft məsələləri ilə yanaşı, ikitərəfli enerji əməkdaşlığının müxtəlif istiqamətlərinə dair müzakirələr aparılıb.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanına səfər edib. Nazir 19 mayda Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında iştirak edib.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Ən çox oxunanlar
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb
BYD Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini dayandırıb
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb



















