İş fikri ilə biznesini qurmaq istəyənlər üçün müsabiqə başlayır - Yeni Fikir 2017
Bakı Mühəndislik Universiteti Texnoparkı tərəfindən ildə bir dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə (YFM) start verildi. YFM gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir, təşəbbüskar gənclərlə investorlar arasında körpü rolunu oynayır və startapların işinə dəstək verir.
YFM ildə bir dəfə keçirilir. Müsabiqədə irəli sürdüyü iş fikri ilə biznesini qurmaq istəyənlər iştirak edə bilər. İndiyədək 4 dəfə keçirilmiş YFM-yə 694 layihə cəlb edilmişdir ki, onlardan 30-u birbaşa (ilkin maliyyə dəstəyi, ofis, mentor və s. formada) dəstəklənmişdir. Dəstəklənmiş ideyalar arasında ölkəmizdə və xaricdə uğur qazanan, o cümlədən şirkətləşən layihələr mövcuddur. Digər layihələrə isə təlim və məsləhət xidmətləri şəklində dəstək verilmişdir.
YFM 2017 əsasında layihələrin qeydiyyatı zamanı aşağıdakı məqamlara əhəmiyyət verilir:
1.Ümumi məlumat (xülasə): Məhsul haqqında məlumat. Məhsul hansı problemi həll edir? Məhsulun formalaşdırılması hansı mərhələdədir? (ideya, prototip,test mərhələsi, aktiv satış) Məhsul üzərində nə vaxtdan işləyirsiniz? Layihədəki nəaliyyətləriniz nədir?
2.Məhsulun innovativliyi və texnoloji yeniliyi: İş fikrinin texnoloji-innovativ xüsusiyyətləri, faydaları, səmərəliliyi, texnologiya baxımından yenilikçi üstünlüklərini.
3.Bazar və rəqabət:Hədəf bazarın ölçüsü nə qədərdir? Qlobal və lokal bazarda məhsulun rəqibləri hansılardır? Hazırda neçə istifadəçi və ya neçə müştəriniz var?
4.Biznes Model:Məhsulun biznes modelini qısaca izah edin (necə pul qazandırır və ya qazandıracaq?) Məhsula bu günə qədər investisiya olunubmu?
5.Layihə komandası: Qurucu komanda üzvləri kimlərdir? Məhsul ilə bağlı texniki bacarığı olan komanda üzvünüz varmı? Daha əvvəl üzərində işlədiyiniz uğurlu məhsul/layihələr olubsa qısa məlumat.
Bu il 5-ci dəfə keçirilən YFM-nin işinə müxtəlif formalarda dəstək verən tərəfdaşlar aşağıdakı kimidir:
1.Azərbaycan Milli Elmlər Akademiyası,
2.Azərbaycan Respublikası Təhsil Nazirliyi,
3.Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, o cümlədən Nazirliyin tabeçiliyndə fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı,
4.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi,
5.Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,
6."Khazar Venture" (SUP.az),
7."AzFinans" İnvestisiya şirkəti,
8."Öz Süt" şirkəti,
9."Bliss" Şirkəti,
10."Baku Holiday Travel" turizm şirkəti,
11. "Vitam" reklam şirkəti,
12. Marja.az - Biznes və Maliyyə Xəbərləri Portalı,
13. Fins.az İnformasiya Agentliyi,
14.Xeberler.az,
15."Next Step" İnnovasiya Mərkəzi,
16."KUTVAN PROJECT GROUP",
17."Sosial Innovation Lab".
18. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti
19. Edumap.az Təhsil Portalı
Müsabiqənin investisiya tərəfdaşları "AzFinans" İnvestisiya şirkəti,"Khazar Venture" və "SUP.az" şirkətlərinin nümayəndələri Münsiflər Heyətində də təmsil olunacaqlar.
Müsabiqənin tərəfdaşı olan "Baku Holiday Travel" turizm şirkəti birinci yeri qazanacaq layihə komandasından bir nəfərin Silikon Vadisinə gediş-gəliş avia biletini təmin edəcək.
"Öz Süt" şirkəti finala vəsiqə qazanmış hər bir komandaya 150 manat dəyərində, yarımfinala vəsiqə qazanmış hər bir komandaya isə 100 manat dəyərində yemək kuponu verəcək.
Müsabiqənin tərəfdaşlarından olan "Bliss accessories" (o cümlədən "Bravo Accessories") isə qalibləri qiymətli hədiyyələrlə təbrik edəcək.
Qeyd edək ki, Müsabiqə əsasında ilk beş yerə layiq görülən startap komandalarına Bakı Mühəndislik Universiteti Texnoparkı, "SUP.az" və "Next Step"İnnovasiya Mərkəzi tərəfindən inkubasiya xidmətləri ödənişsiz əsaslarla veriləcək. Qalib layihələrin işinə, əlavə olaraq, "KUTVAN PROJECT GROUP" və "Sosial Innovation Lab" tərəfindən mentorluq xidmətləri göstəriləcək.
Müsabiqənin informasiya dəstəkçiləri isə, Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi, Fins.az İnformasiya Agentliyi, "Xeberler.az"-dır.
"YFM 2017" aşağıdakı xronologiya əsasında həyata keçiriləcək:
- Layihələrin "online" qeydiyyatı - 10 Mart 2017 - 20 Aprel 2017
- Layihələrin "online" qiymətləndirilməsi - 25 Aprel 2017 - 05 May 2017
- Yarımfinalçıların elan olunması - 06 May 2017
- Yarım Final Proqramının keçirilməsi - 20 May 2017 tarixinə kimi
- Final və Mükafatlandırma Proqramlarının keçirilməsi - 15 İyun 2017 tarixinə kimi
www.yenifikir.az veb səhifəsindən istifadə etməklə layihələri qeydiyyatdan keçirmək olar.
Müştərilərin xəbərləri
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
8 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 d. əvvəl
-
15 d. əvvəl
“İnvest-AZ” böyüyüb, gəlirləri artıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
38 d. əvvəl
“PAŞA Kapital”ın xalis mənfəəti artıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 19 GÜN
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 25-də gözlənilən hava şəraiti
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib






.jpg)




.jpg)






