Əhali üçün təbii qazın limiti artırıldı - NAZİRDƏN ŞAD XƏBƏR
20:15 Əhali qrupu üzrə təbii qazın illik istehlak həcmi 500 kubmetr artırılıb.
"Marja" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının yaydığı məlumatda deyilir.
Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin sistemli və davamlı xarakter daşıyan sosial siyasətinə uyğun olaraq, növbəti humanist addım atılıb. Belə ki, dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının aprelin 30-da keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. İstehlak həcminin dəyişməsi ilə əlaqədar olaraq yaranmış fərq dövlətin maliyyə vəsaiti hesabına qarşılanacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Qeyd edək ki, 1,5 milyondan çox abonent (6 milyondan çox vətəndaş) təbii qazı yalnız aşağı tariflərlə istifadə edir.
Yeni qərara əsasən, əlavə olaraq daha 300 minədək əhali abonenti (1,2 milyondan çox vətəndaş) təbii qazı yalnız aşağı tariflərlə istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizədək artacaq.
Qərar bu il mayın 1-dən qüvvəyə minir. Qərarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Atılmış bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının daha bir nümunəsidir.
XXX
19:31 - "Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb".
“Marja” xəbər verir ki, bu gün Tarif (Qiymət) Şurasının növbəti iclasından sonra iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda güzəştli tariflərdən əhalinin 85%-i istifadə edəcək: "Qərar sabahdan qüvvəyə minəcək. Hesablanma mayın 1-dən hesablanacaq".
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Nazir deyib ki, bu günədək istehlak həcmi 1700 kubmetr olan tarifdən 1,5 mln. abonent və ya 6 milyon nəfər istifadə edirdi: "Mövcud qərara əsasən, əlavə olaraq, 300 min abonent (1,2 milyondan çox vətəndaş) istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərin xüsusi çəkisi 70%-dən 85%-ə yüksələcək".
Xatırladaq ki, Tarif Şurasının 1 dekabr 2016-ci il qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
17 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 18 saat əvvəl
-
19 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
19 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Ən çox oxunanlar
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















