Bir arı ailəsindən 10,4 kq bal əldə edirlər - Arıçılıqda vəziyyət
“Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2016-cı il üzrə arıçılıq məhsullarının istehsalına dair məlumatları əldə etmək məqsədilə cari ilin yanvar ayında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən seçmə statistika müayinəsi keçirilmişdir. Müayinəyə arı ailələri olan 25 kənd təsərrüfatı müəssisəsi, reprezentativlik təmin olunmaqla seçmə qaydada 456 fərdi sahibkar, ailə kəndli, ev təsərrüfatları cəlb olunmuşdur.
Müayinənin yekunlarına əsasən 2017-ci ilin əvvəlinə həmin təsərrüfatlarda 20014 arı ailəsi, o cümlədən kənd təsərrüfatı müəssisələrində 952 arı ailəsi və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında 19062 arı ailəsi mövcud olmuşdur. İl ərzində 4367 arı ailəsi beçə vermiş, 1543 arı ailəsi isə xəstəlikdən məhv olmuşdur.
Təsərrüfatların 97,3 faizi balı satmaq üçün, 2,7 faizi isə öz istifadəsi üçün istehsal etmişdir. Arı ailələrindən həm də kənd təsərrüfatı bitkilərinin tozlanması məqsədilə istifadə olunmuş və bu məqsədlə əkini olan təsərrüfatlar 191 arıçılıq təsərrüfatının xidmətindən istifadə etmişlər.
Müayinə ilə əhatə olunmuş təsərrüfatlar üzrə orta hesabla bir arı ailəsindən 10,4 kq bal süzməklə il ərzində 207,8 ton bal istehsal edilmişdir. İlin əvvəlinə olan 16,7 ton qalıq da nəzərə alınmaqla 193,5 ton bal satılmış, 8,2 ton bal isə təsərrüfatların şəxsi istehlakı üçün istifadə edilmişdir. İstehsalçılarda cari ilin əvvəlinə 22,8 ton bal ehtiyatı mövcud olmuşdur.
Baldan başqa, arıçılıq məhsullarına mum, vərəmum, güləm və arı südü də daxildir. 2016-cı ildə 5915 kq mum, 433 kq vərəmum, 442 kq güləm və 13,0 kq arı südü istehsal edilmişdir. Mumun 1 kiloqramının orta satış qiyməti 11,9 manat, vərəmumun orta satış qiyməti 134,8 manat, güləmin orta satış qiyməti 48,4 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,3 manat olmuşdur.
Seçmə müayinə məlumatları əsasında 2016-cı ildə arıçılıq məhsullarının statistik qiymətləndirilmiş istehsal həcmi ölkə üzrə 2700,2 ton bal, 76,2 ton mum, 5,6 ton vərəmum, 5,7 ton güləm və 169,0 kq arı südü təşkil etmişdir.
Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildiyi dövrdən sonrakı 8 ildə arı ailələrinin sayı 82,5 faiz artaraq cari ilin əvvəlinə 260,1 minə çatmışdır. Göstərilən dövr ərzində arıçılıqla məşğul olan təsərrüfatlarda bir təsərrüfata düşən arı ailələrinin sayı 11,1-dən 12,6-dək yüksəlmiş, bal istehsalı 91,4 faiz və yaxud 1289,2 ton artmışdır.
Müayinə zamanı arıçılıq təsərrüfatları bu sahənin daha da inkişaf etdirilməsi üçün dövlət tərəfindən güzəştli kreditlərin ayrılması, arıçılıq üzrə damazlıq təsərrüfatlarının yaradılması, bal satışı yarmarkalarının mütəmadi keçirilməsi, qablaşdırılmış və satışa çıxarılmış arıçılıq məhsullarının keyfiyyətinin yoxlanılması kimi təkliflər irəli sürmüşlər.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 30 d. əvvəl
-
44 d. əvvəl
Azərbaycanda nəhəng Data Mərkəzi layihəsi – BƏƏ şirkəti ilə memorandum imzalandı
-
-
1 saat əvvəl
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
-
1 saat əvvəl
Çində pərakəndə satış proqnozdan zəif artıb, investisiyalarda geriləmə dərinləşib
-
13 saat əvvəl
İlham Əliyev aldığı mükafatın pulunu Qarabağ Dirçəliş Fonduna köçürür
-
14 saat əvvəl
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
14 saat əvvəl
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
-
14 saat əvvəl
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
-
15 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri saziş və sənədlər imzaladılar
-
15 saat əvvəl
Bakıda dövlət qurumlarında iş saatları dəyişir – Sentyabrın 15-dən başlayır
-
15 saat əvvəl
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Ən çox oxunanlar
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub































