Azərbaycan və Çin şirkətləri 821 milyon dollarlıq 10 sənəd imzaladı

Çinin paytaxtında keçiriləcək 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.
"Marja" xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, "Azerbaijan Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.
İmzalanma mərasimində çıxış edən iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğunu deyib.
Azərbaycanın Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə dəstək göstərən ilk ölkələrdən biri olduğunu diqqətə çatdıran nazir bildirib ki, bu günlərdə Pekində keçiriləcək 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda Prezident İlham Əliyevin iştirakı Azərbaycanın bu təşəbbüsə verdiyi əhəmiyyətin və göstərdiyi dəstəyin bariz nümunəsidir.
O bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşıdır. Belə ki, Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində ölkəmizin payı 43 faiz təşkil edir.
İki ölkə arasında investisiya sahəsində əməkdaşlığın davam etdiyini söyləyən Ş.Mustafayev ötən dövrdə Çin investorlarının Azərbaycana 800 milyon dollardan çox sərmayə yatırdığını bildirib. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1 milyard 700 milyon dollar təşkil edir.
"Biz nəqliyyat və tranzit, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun reallaşdırılması, sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar və digər sahələrdə əlaqələrimizi genişləndiririk. Bu xüsusda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının rolunu vurğulamaq lazımdır", - deyə nazir bildirib.
Çinin Kommersiya Nazirliyinin Avrasiya idarəsinin rəisi, Çin-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Luo Veydon bildirib ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair imzalanan Anlaşma Memorandumu ölkələrimizin iqtisadi-ticarət əlaqələrinin daha da inkişafı üçün istiqamətlər müəyyən edib.
Çin-Azərbaycan iqtisadi-ticari əməkdaşlığının böyük potensialı və parlaq gələcəyi olduğunu bildirən L.Veydon ölkəsinin Azərbaycandan kənd təsərrüfatı, kimyəvi və sənaye istehsalı məhsullarının idxalını daha da artırmağı, internet İpək Yolunun yaradılması, İpək Yolu elektron ticarətinin inkişafı məsələsində Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istədiyini diqqətə çatdırıb. Bundan başqa, tərəflər Transxəzər Nəqliyyat Dəhlizinin imkanlarından tam şəkildə istifadə ilə bağlı dərin araşdırmalar aparmalı, "Bir kəmər, bir yol" tikintisini təşviq etməlidirlər.
"İki ay əvvəl Çin-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib. Bu gün iki ölkənin şirkətləri arasında imzalanan sənədlər ticarət, sənaye, kənd təsərrüfatı, kommunikasiya texnologiyaları, logistika və digər sahələri əhatə edir. Bu tam olaraq Çin-Azərbaycan iqtisadi-ticari əməkdaşlığının böyük potensialını və parlaq gələcəyini əks etdirir", - deyə L.Veydon qeyd edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
2 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 21 saat əvvəl
-
1 gün əvvəl
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!
-
1 gün əvvəl
Çinlə rəqabətə baxmayaraq, Volkswagen Qrupunun 9 aylıq qlobal satışları 1,2% artıb
-
1 gün əvvəl
PashaPay “Bakı Fintex Forumu 2025”də platinum sponsor qismində iştirak edib
-
1 gün əvvəl
"Rusiya-Azərbaycan münasibətlərində böhran yaşandığını söyləmək olmaz, bu, emosiyaların böhranı idi"
-
1 gün əvvəl
BOKT "İdeal Kredit"ə illik 14 faizlə 1 milyon manat borca pul lazımdır - ƏTRAFLI ŞƏRTLƏR
-
1 gün əvvəl
Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“AzInTelecom” kibermüharibə yarışının qalibi oldu

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

BOKT "İdeal Kredit"ə illik 14 faizlə 1 milyon manat borca pul lazımdır - ƏTRAFLI ŞƏRTLƏR

Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR
Ən çox oxunanlar

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan və Qazaxıstan arasında qolf körpüsü quruldu

"FINCA Azerbaijan" 56 investordan 15 faizlə 3 milyon manat borc aldı

Azərbaycanda orta maaş rəqəmi 10 faizə yaxın artıb
