"Holcim Azərbaycan" səhmdarları qərarlar qəbul ediblər - YENİLƏNİB
Bu gün “Holcim Azerbaijan” ASC-nin (Qaradağ Sement Zavodu) səhmdarlarının illik ümumi yığıncağı keçirilib.
Yığıncaqda bildirilib ki, şirkət ötən ili 8 milyon manata yaxın xalis mənfəətlə başa vurub.
Bununla belə, səhmdarlar ötən il olduğu kimi, bu il də dividend almayacaqlar. Çünki, əldə edilmiş mənfəət yenə də, manatın 2015-ci ildəki kəskin devalvasiyası nəticəsində zavoda dəymiş zərərin nəticələrinin aradan qaldırılmasına, başqa sözlə, səhmdar cəmiyyətinin kapitalının artırılmasına yönəldiləcək.
Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.
XXX
4 aprel 2019-cu il tarixində Bakı şəhərində "Hyatt Regency" mehmanxanasında "Holcim Azərbaycan" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilib.
ASC-dən "Marja"ya daxil olmuş məlumata görə, səhmdarların İllik Ümumi Yığıncağının gündəliyində aşağıdakı məsələlər müzakirə edilmişdir:
-Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağının Sədrinin seçilməsi
-Müşahidə Şurasının üzvlüyündə dəyişikliklərin təsdiq edilməsi
-Təftiş Komissiyasında dəyişikliklərin təsdiq edilməsi
-"Holcim Azərbaycan" Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"Yığıncaq iştirakçıları gündəlikdəki məsələləri müzakirə edərək müəssisənin illik hesabatını və maliyyə göstəricilərini təsdiq etmişlər, gündəlikdəki məsələlərə dair qərarlar qəbul etmişlər. Dividendlərin verilməsi ilə bağlı müzakirələr aparılmışdır. "Holcim Azərbaycan" ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun keçirilmişdir",- məlumatda deyilir.
Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Holcim Azərbaycan, “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
10 d. əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
1 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
18 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 20 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub


























