SOCAR AQŞ "Ümid" yatağında unikal qazma işləri aparıb
Müəssisə “’Ümid’’ yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 nömrəli kəşfiyyat quyusunda qazma işlərini təhlükəsiz, uğurla və keyfiyyətlə başa vurub.
SOCAR AQŞ "Ümid" yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb. Bu barədə "Marja"ya SOCAR AQŞ-dən bildirilib.
Şirkətin məlumatında qeyd edilib ki, quyu bütövlüyü nəzərə alınmaqla 16 nömrəli quyu Xəzərin Azərbaycan sektorunda qazılmış ən keyfiyyətli quyulardan biridir. Kəmərlərin layihə dərinliyinə çatdırılması, kəmərlərarxası təzyiqin olmaması və sementləmə işlərinin mükəmməl aparılması deməyə əsas verir ki, 16 nömrəli quyu ‘’Ümid’’ yatağının tarixində yeni səhifə açıb.
SOCAR tarixində ilk dəfə olaraq, quyu tikintisi zamanı qazma texnologiyalarında müəyyən dəyişiklik edilmiş, quyuağzı avadanlıqların yığılmaslnda yeni metodlar tətbiq edilmiş və yüksək hasilatın əldə olunması üçün 5 1/2 düymə monobar lift boruları vasitəsilə tamamlanma işləri apaılrmışdır.
Müəssisənin əldə etdiyi uğurlardan biri də ‘’Ümid’’ yatağı üzrə məhsuldar horizonrtlarda lay təzyiqlərinin ölçülməsi və süxur nümunələrinin götürülməsi olmuşdu.
‘’Ümid’’ yatağı tarixində, ilk dəfə olaraq, SOCAR AQS yataq üzrə V horizontdan beynəlxalq standartlara cavab verən avadanlıqla 6046.5-6063.5m və 6037-6046m intervalından 100 % süxur nümunələri götürmüş, hemetik şəkildə qablaşdıraraq sifarişçiyə təhvil vermişdir.
Müəssisənin Geologiya şöbəsinin müdiri Sevinc Qasımova bildirib: "16 nömrəli kəşfiyyat quyusu ‘’Ümid’’ yatağın tam potensialının aşkara çıxarılmasında müstəsna rol oynayib. Əminliklə deyə bilərəm ki, 16 nömrəli quyunun keyfiyyətlə təhvil verilməsi və sifarişçi məmnunluğunun tam yerinə yetiliməsi ‘’Ümid’’ yatağında yeni bir dövrün başlanmasına təkan verir. Belə ki, əlavə özüllərin tikilməsi, quyuların qazılması, işlənməsi və işlənmə rejimlərinin seçilməsi, o cümlədən qaz-kondensat hasilatının mənimsənilməsi əhəmiyyətli dərəcədə artacaqdır. Qeyd etdiklərimiz inteqrə edilmiş qazma və quyu xidmətləri göstərən müasir müəssisə olaraq, SOCAR AQŞ-nin inkişaf perspektivlərinin reallığını göstərir".
Qeyd edək ki, 2017-ci ilin dekabrında SOCAR AQŞ “Ümid-1’’ saylı dəniz stasionar özüldən faktiki dərinliyi 6352 m olan 14 nömrəli istismar quyusunu sifarişçi tərəfindən təyin olunmuş texnoloji parametrlər üzrə tam dəqiqliklə qazaraq uğurla təhvil vermişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
52 d. əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 54 d. əvvəl
-
- 59 d. əvvəl
-
1 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
1 saat əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
1 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yarım milyon manata yaxın ziyan işi – “Moon Kids” direktoruna 5 il 6 ay şərti cəza
- 2 saat əvvəl
-
2 saat əvvəl
Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sement ixracında 20%-lik geriləmə
ABB partnyorları ilə görüş ®
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Ən çox oxunanlar
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
Alma ixracı azalıb, gəlir isə yüksəlib
























