144 milyon kub metr qaz hara uçub?
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz itkisinin həcminə görə ciddi qınaq obyekti ola bilər. Məsələ burasındadır ki, illik qaz itkisinin həcmi çox böyükdür.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı il ərzində 144,4 milyon kub metr təbii qaz itkiyə gedib. Bu, kiçik rəqəm deyil, hətta çox böyük rəqəmdir...
Bəs belə böyük rəqəmin arxasında nələr durur, onun itkisi necə əsaslandırılır?.. 144,4 milyon kub metrlik mavi yanacaq niyə, necə və harda itkiyə verilib?.. Bəlkə bu, “Azəriqaz” İstehsalat Birliyində yol verilən korrupsiyanın ipucudur?..
Hökumət iqtisadi çətinliklər dövründə bir yandan əhaliyə satdığı mavi yanacağın qiymətini bahalaşdırır, o biri yandan milyonlarla kub metrlik qaz itkiyə verilmə kimi sənədləşdirilir... Bəlkə də “silinir”...
Mütəmadi olaraq əhalini mavi yanacaqdan istifadə üzrə ödənişləri vaxtlı-vaxtında verməyə çağıran SOCAR qaz itkilərinin qarşısını niyə ala bilmir?
““Azəriqaz” İstehsalat Birliyinin (İB) qaz təchizatı şəbəkəsində itkilərin yaranma səbəbi müstəqil audit şirkəti olan EY (Ernst and Young) tərəfindən araşdırılıb. Tərtib olunmuş yekun arayışda itkilərin yaranmasının əsas səbəbi kimi köhnələn qaz şəbəkəsində yaranan qaz sızmaları göstərilib”.
Bu haqda “Azəriqaz” İB-dən bildirilib. Rəsmi məlumata görə, qaz itkiləri əsas etibarı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaranır:
“Bu ərazilərdə qaz təchizatı sisteminin böyük hissəsi 1960-1980-ci illərdə, keçmiş İttifaqın standartları əsasında qurulmuş şəbəkədən ibarətdir. Qaz təchizatı şəbəkəsinin hal-hazırki texniki vəziyyəti mövcud və artan tələbatın ödənilməsində, qaz təchizatı rejimlərinin tənzimlənməsində böyük texniki problemlər yaradır.
2009 və 2010-cu ildən başlayaraq “Azəriqaz” İB-nin qaz təchizatı şəbəkəsində itkilərin azaldılması istiqamətində görülmüş tədbirlər nəticəsində hər il itirilmiş qaz həcmi əvvəlki illərlə müqayisədə daha da azalıb. Görülən tədbirlər planı çərçivəsində istismara yararsız olan avadanlqlar yeniləri ilə əvəz olunur, müxtəlif diamterli qaz xətləri təmir və bərpa edilir, yeni qaz kəmərləri inşa olunur, həmçinin istifadə müddəti başa çatan, xətaları normadan artıq olan sayğaclar yeni tipli ölçü cihazları ilə əvəzlənir”.
Qurum bildirir ki, qaz itkiləri əsasən yeraltı qaz sızmalarından yarandığına görə, itkilərin böyük hissəsinin korrupsiya ilə heç bir əlaqəsi ola bilməz:
“Bununla yanaşı, təbii qazdan qeyri-qanuni istifadə hallarına qarşı mübarizə daha da gücləndirilib. Rayon xidmət sahələrinin ərazilərində mütəmadi olaraq baxışlar keçirilir, monitorinqlər aparılır və aşkar edilmiş qeyri-qanuni faktlara qarşı qanunvericilyin tələblərinə uyğun müvafiq tədbirlər görülür. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə də mütəmadi tədbirlər həyata keçirilir. Əgər hər hansı korrupsiya faktı aşkarlanarsa, dərhal qanuna müvafiq tədbirlər görülür”.
Ötən il əhaliyə satılan qazın həcmi 16% artıb
Azərbaycanda 2016-cı il ərzində qaz təchizatı sisteminə verilmiş 13,7 mlrd. kubmetr təbii qazın 3,1 mlrd. kubmetri əhali istehlakçılarına çatdırılıb.
Bu, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd edilib ki, ötən il əlavə yaşayış məntəqələrinin qazlaşdırılması və yeni tikinti obyektlərinin istifadəyə verilməsi hesabına əvvəlki illə müqayisədə əhaliyə satılan təbii qazın həcmi 423,7 mln. kubmetr və ya 16% artıb.
Hesabata əsasən, daxili bazarda 42 min ton maye qaz yanacağı satılıb: “Naxçıvan Muxtar Respublikasına təbii qaza olan tələbatın ödənilməsi məqsədi ilə 261 mln. kubmetr qaz verilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) çərçivəsində 7 837 km müxtəlif təyinatlı qaz kəmərlərinin, 4 qazpaylayıcı stansiyasının, 2 ölçü qovşağının tikintisi başa çatdırılıb, digər əsaslı və cari tikinti-təmir işləri görülüb. Magistral və paylayıcı qaz təchizatı şəbəkələrinin istismarının etibarlı təminatı üçün 312 km uzunluğunda qaz kəməri əsaslı təmir edilib".
Hesabatda qeyd olunub ki, görülən işlərin nəticəsində 2016-cı ildə 209 yeni yaşayış məntəqəsi qazlaşdırılıb və həmin məntəqələrdə 82 min abunəçi təbii qaz ilə təmin olunub.
© Modern.az, Qafqazinfo, Report
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 saat əvvəl
İlham Əliyev aldığı mükafatın pulunu Qarabağ Dirçəliş Fonduna köçürür
-
10 saat əvvəl
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
-
10 saat əvvəl
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
-
10 saat əvvəl
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
-
11 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri saziş və sənədlər imzaladılar
-
11 saat əvvəl
Bakıda dövlət qurumlarında iş saatları dəyişir – Sentyabrın 15-dən başlayır
-
11 saat əvvəl
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
-
12 saat əvvəl
Proqnozlar dəyişdi - Qlobal banklar FED-in faiz artıracağını gözləyirlər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-a 30 illik beynəlxalq təcrübəsi olan rəhbər gətirildi
İri xarici bank Azərbaycanda istiqraz buraxılışının təşkilinə köməklik məqsədilə məsləhətçi seçir
Asiya İnkişaf Bankı Azərbaycanda yeni iri layihələrə hazırlaşır
Enerji xərclərini azaltmaq üçün 5%-lik kredit ®


























