20 milyard dollar investisiya yatırılacaq
2018-2025-ci illərdə Azərbaycanın neft-qaz sektoruna ümumi investisiyalar 20 mlrd. dollar təşkil edəcək.
Bu məlumatlar Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) dərc etdiyi "Market Analysis Azerbaijan 2019"da qeyd olunur.
Nüfuzlu məsləhət şirkəti “Wood Mackenzie”nin qiymətləndirmələrinə görə, 2018-2025-ci illərdə Azərbaycanın neft-qaz sektoruna investisiyalar 20 mlrd. dollar təşkil edəcək. Bu vəsait həmçinin Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqların işlənməsinə yatırılacaq”, - hesabatda qeyd olunur.
Sənəddə vurğulanır ki, 2017-ci ilin payızında Azərbaycan AÇG üzrə tərəfdaşlarla 2050-ci ilədək nəzərdə tutulan yeni saziş imzalanıb. Bu saziş çərçivəsində AÇG blokunda 2050-ci ilədək 500 mln. tona yaxın neft hasilatı planlaşdırılır. Layihəyə investisiyalar 40 mlrd.-ı dolları keçəcək.
“Bütövlükdə, 2018-ci ilin sonuna AÇG blokunun işlənməsinə sərmayələr 44 mlrd. dollar təşkil edib”, - sənəddə qeyd olunur.
Bildirilir ki, 2018-ci ilin sonuna AÇG blokunda 470 mln. ton neft hasil olunub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 d. əvvəl
“PAŞA Bank” yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Hörmüz boğazında neft tankeri vurulub
Mebel idxalı təxminən 20% azalıb
Xaricdən geyim alışında azalma
Ən çox oxunanlar
Sentyabrın 19-da gözlənilən hava şəraiti
Tahir Gozal bank rəhbəri seçilib
BOKT-un maliyyə nəticələrində güclü artım
Azərbaycan neftinin son qiyməti
“Fresh Garden Quba”ya aqropark rezidentliyi verilib - 6500 tonluq soyuducu anbar və çeşidləmə xətti yaradacaq
Azərbaycan Çindən 7 ədəd lokomotiv alıb























