"Neftin maya dəyərini 10-15 dollara salmışıq"
Rusiyanın energetika naziri Aleksandr Novak, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə təşkilata üzv olmayan ölkələrin hasilatlaını azaltmalarına baxmayaraq, qlobal neft bazarında çətinliklərin davam etdiyini bildirib.
"Marja" xəbər verir ki, Novak, "IHS CERAWeek 2017" Enerji Konfransında etdiyi çıxışında, OPEC-in və OPEC-ə daxil olmayan 11 ölkənin bu ilin əvvəlindən etibarən istehsalı gündəlik orta hesabla 1,2 milyon barel azaltmaq qərarının qiymətlər üzərində müsbət təsirinin olduğunu deyib.
Sözügedən qərarın ardından neft qiymətlərinin 50-60 dollara qalxdığını qeyd edən Novak, "hazırkı qiymətlər bazarda volatilliyi azaldıb, qlobal bazara sabitlik qazandırıb. İnvestisiya da neft sektoruna qayıtmağa başlayıb",- deyib.
Novak, aşağı neft qiymətləri səbəbilə neft bazarında təxminən 500 milyard dollarlıq investisiyanın yox olduğuna diqqəti çəkib.
OPEC ilə əməkdaşlıq edərək bazarda tarazlığın yaranmasını təmin etməyi düşündüklərini dilə gətirən Novak, "neft bazarı o qədər qlobaldır ki, müxtəlif ölkələrlə həmrəylik içində olmağınız lazımdır, ancaq Neft bazarında çətinliklər davam edir. Bu vəziyyəti yaxından təqib etməyə davam edirik" - deyə bildirib.
"İstehsalın maya dəyərini 10-15 dollara salmışıq"
2014-cü ilin İyun ayında 115 dollardan 30 dollara qədər düşən neft qiymətlərinə baxmayaraq Rusiyanın neft hasilatını artırmağa davam etdiyi haqda da danışan Novak, ölkəsinin neft istehsalı xərcini barel başına 10-15 dollara qədər saldığını bildirib.
Nazir Novak, Rusiya enerji şirkətlərinin maliyyə baxımından güclü vəziyyətdə olduğuna işarə edərək, Rusiyadakı "çevik vergi sistemi" sayəsində enerji şirkətlərinin qlobal bazarda rəqabətə davamlı qaldığını dilə gətirib.
Aşağı neft qiymətlərinə baxmayaraq, Rusiyanın enerji sektoruna xarici sərmayəçinin gəlməyə davam etdiyini bildirən Novak, Asiya-Sakit Okean ölkələri və Hindistandan investorlar cəlb etdiklərini bildirib.
Novak, Rusiyanın, Qütb bölgəsində, Sibirin şərqində və Yamal bölgəsinin şimalında neft və qaz axtarışı-istehsalı fəaliyyətlərinə davam edəcəyini bildirərək, "Qaz gələcəyin enerjisi olmağa davam edəcək, çünki həm ucuz, həm də ətraf mühitə çox ziyan vurmur. Bundan başqa, gələcəkdə mayeləşdirilmiş təbii qazın (LNG) qlobal enerji tələbatında payının artmasını ehtimal edirik"- ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat əvvəl
Bakı Aeroportu: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
3 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
3 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Ən çox oxunanlar
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























