İlk yerli elektron köşk məhsulları - STP terminal
(®) Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi terminal və köşk tipli avadanlıqları artıq “STP Terminal” brendi altında təqdim ediləcək. STP terminallara ödəmə və bilet terminalları, o cümlədən növbə və informasiya köşkləri aiddir. Bu günə qədər Texnopark Vergilər Nazirliyi, Gömrük Komitəsi kimi dövlət qurumlarını, Expressbank, Kapital Bank, Rabitə Bank və Easypay kimi özəl şirkətləri müxtəlif terminal və köşk tipli məhsullarla təmin edib.
Azərbaycan brendi olan STP terminalları idxal olunan bənzər məhsullarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Məsələn, terminalların karkas və konstruksiyası müştərinin istəyinə əsasən dizayn oluna, həmçinin sifarişçi şirkətin korporativ rənglərinə uyğun olaraq rənglənə bilir. Bunlarla yanaşı terminalların metal karkasını dözümlülük və təhlükəsizlik məqsədlərilə müxtəlif qalınlıqda hazırlamaq mümkündür. Eyni zamanda terminalların texniki baxışı da STP tərəfindən həyata keçirilə bilir. Ən əsası isə qeyd etmək lazımdır ki, yerli istehsal olan STP terminallarının qiymətləri xarici analoqları ilə müqayisədə daha münasibdir.
STP terminalları bütün dövlət qurumlarında, fəaliyyət növündən, sahəsindən asılı olmayaraq istənilən təşkilat və şirkətlərdə istifadə oluna bilər. Maliyyə-bank sektorunda xidməthaqqı, satış, vergi və digər ödəmələr üçün, nəqliyyat, idman, əyləncə sektorlarında bilet satışı üçün, təhsil və səhiyyə sahələrində bir sıra digər məqsədlər üçün terminalların tətbiqi olduqca faydalıdır. Hazırda pərakəndə satış və restoranlarda özünəxidmət həlləri həyata keçirmək üçün geniş imkanlar mövcuddur. Terminallar eyni zamanda informasiya təqdim etmək məqsədilə də istifadə oluna bilər. Belə ki, terminallar müraciətçilərə müəssisə haqqında yazılı məlumat təqdim etmək, müxtəlif layihə və tədbirlərin foto və videolarını göstərmək, bu və ya digər xidmətdən yararlanmaq üçün məlumatlandırmaq və s. baxımdan əlverişlidir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Sumqayıt Texnologiyalar Parkı bütün dövlət qurumlarını və ölkədə fəaliyyət göstərən şirkətləri əməkdaşlığa dəvət edir. “STP Terminal” məhsulları haqqında suallarınıza cavab almaq və ya əlavə məlumat əldə etmək üçün sales@stp.az email ünvanına yaza, həmçinin *0990 qısa nömrəsinə zəng edə bilərsiniz.
Qeyd edək ki, “STP Terminal” məhsulları Texnoparkın Elektrik Avadanlıqları Zavodunda istehsal olunur. Zavodda innovativ texnologiyaların tətbiqi ilə Avropa standartlarının tələblərinə cavab verən müxtəlif çeşiddə məhsullar istehsal olunur. İstehsal prosesində Almaniya, Finlandiya, ABŞ istehsalı olan avadanlıqlar istifadə edilir.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
50 d. əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 52 d. əvvəl
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
1 saat əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
1 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yarım milyon manata yaxın ziyan işi – “Moon Kids” direktoruna 5 il 6 ay şərti cəza
- 2 saat əvvəl
-
2 saat əvvəl
Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sement ixracında 20%-lik geriləmə
ABB partnyorları ilə görüş ®
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Ən çox oxunanlar
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
Alma ixracı azalıb, gəlir isə yüksəlib

























