"Azərbaycan Çinə 1,7 milyard dollarlıq investisiya yatırıb"

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev Çinin Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət üzrə Məşvərət Qrupunun üzvü Cou Syaopeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Marja”ya Azərbaycan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır.
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Səfər zamanı aparılan danışıqlar, əldə olunan mühüm razılaşmalar, imzalanmış sənədlər, o cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə, “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
Bu ilin yanvar ayında Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu, ölkəmizin Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini bildirib.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 mlrd. ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.
Hazırda da Azərbaycanın Çinlə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Bununla belə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bu potensialın reallaşdırılması istiqamətində Azərbaycan tərəfindən ardıcıl tədbirlər görülür. Belə ki, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, eləcə də ötən dövrdə Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb, Honkonq, Quancou, Urumçi, Şanxay və Pekin şəhərlərinə ixrac missiyaları təşkil edilib. Keçirilmiş biznes forumlar, Azərbaycan şirkətlərinin Çində təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirakı və digər tədbirlər ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Eyni zamanda, Çin tərəfindən həyata keçirilən idxala dəstək siyasəti Azərbaycanın yüksək keyfiyyətli məhsullarının Çin bazarında təklif olunması üçün əlverişli şərait yaradır.
Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ötən dövr ərzində Azərbaycan tərəfindən Çinə 1,7 milyard ABŞ dolları, Çindən isə Azərbaycana 800 milyon ABŞ dollarından artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib.
Maliyyə sahəsində əməkdaşlığın önəmini vurğulayan İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olduğunu, Bankın TANAP layihəsinə 600 milyon dollar kredit ayırdığını, Çinin TANAP layihəsinin reallaşmasında rolunu vurğulayıb.
Azərbaycanın siyasi və iqtisadi baxımdan sabit ölkə və etibarlı tərəfdaş olduğunu vurğulayan Şahin Mustafayev ölkəmizdə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli və ardıcıl islahatlar, qeyri-neft sektorunun inkişafı üçün görülən işlər barədə məlumat verib.
Qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin prioritet istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsi olduğunu vurğulayan Şahin Mustafayev diqqətə çatdırıb ki, Çinin “Bir Kəmər və Bir Yol” strategiyasını dəstəkləyən ilk ölkələrdən olan Azərbaycan, həm də bu təşəbbüsün reallaşdırılmasında fəal iştirakçıdır. Çinin “Bir Kəmər və Bir Yol” təşəbbüsü çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır.
Ş.Mustafayev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun üstünlüklərini, Azərbaycanın marşrutun inkişaf etdirilməsində gördüyü işləri, müasir infrastrukturun yaradıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Azərbaycanın nəqliyyat-logistika potensialından istifadə edilməsi səmərəli olmaqla yanaşı, ölkələrimiz arasında əməkdaşlığa önəmli töhfə verəcək.
Turizm sahəsində əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdıran nazir Şahin Mustafayev bu ilin martın əvvəlində Azərbaycana çinli turistlərin qrup halında səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumunun imzalandığını xatırladıb, Çin vətəndaşlarının “ASAN viza” sistemindən istifadə etdiyini, çinli turistlərin Azərbaycana marağının artdığını, ötən il 16 minədək çinli turistin Azərbaycana səfər etdiyini qeyd edib.
Çinin Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət üzrə Məşvərət Qrupunun üzvü Cou Syaopey Məşvərət Qrupu barədə məlumat verərək, Azərbaycanın regionda mühüm mövqeyini nəzərə alaraq, məhz Çənubi Qafqazda əsas ticarət tərəfdaşı Azərbaycanı seçdiklərini vurğulayıb. Çinli qonaq Azərbaycan Prezidentinin Çinlə əməkdaşlığa böyük diqqət göstərməsinin mühüm əhəmiyyət kəsb etdiyini, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə iqtisadi-ticarət, infrastruktur, maliyyə, investisiya, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirilib, qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 38 faizdən çox artıb
-
2 gün əvvəl
"EMBAFİNANS"ın 2 milyon manatlıq istiqrazları ilə bağlı qərar
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Unibank” hər kəs üçün 1 günlük 0 % komissiyalı kredit aksiyası keçirir
-
2 gün əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz buraxılışı: İLLİK 10.5% GƏLİR TƏKLİF EDİR
- 2 gün əvvəl
-
2 gün əvvəl
İri tikinti şirkətinə ustalar tələb olunur - 30 İYULDA OFİSİNƏ GET, İŞ ÜÇÜN MÜRACİƏT ET
- 2 gün əvvəl
Son Xəbərlər

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Kürdəmirdə Bostan Festivalı baş tutdu - FOTOLAR

Bir sıra avtobus marşrutları müsabiqəyə çıxarıldı

Azərbaycanda nağdsız əməliyyatların həcmi 38 faizdən çox artıb

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

Dövlət 2 bankda 330 milyon manat depozit yerləşdirdi
Ən çox oxunanlar

İri tikinti şirkətinə ustalar tələb olunur - 30 İYULDA OFİSİNƏ GET, İŞ ÜÇÜN MÜRACİƏT ET

Azərbaycanda kredit kartlarının sayı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Əhalinin banklarda 15 milyard manatdan çox əmanəti var

FİNCA yenidən borc alır - BORCVERƏNƏ İLLİK 15 FAİZ ÖDƏYƏCƏK

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapıtalı artırılıb

"Bu il Azərbaycanda sığorta haqları 1,4 milyard manatı ötə bilər"
