Hökumət: 5 bankda kapitallaşma prosesi yekunlaşıb, digər banklarda proses davam edir
Ölkədə baş verən makroiqtisadi transformasiya prosesləri fonunda 2016-cı il ərzində bank sektorunda kredit aktivliyinin azalması, aktivlərin keyfiyyətinin pisləşməsi ilə bağlı itkilərin artması, əmanətlərin sektordan çıxması, habelə kapital mövqeyinin zəifləməsi müşahidə olunub. Bu barədə Azərbaycan hökumətinin 2016-cı il üzrə hesabatında deyilir.
Sənəddə qeyd edilir ki, buna baxmayaraq, il ərzində bu istiqamətdə görülmüş prudensial nəzarət tədbirləri nəticəsində başlıca maliyyə sabitliyi göstəricilərinin qənaətbəxş səviyyədə qorunmasına nail olunub. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən bank sisteminin sağlamlaşdırılması, problemli təsisatların restrukturizasiyası və kapitallaşdırılması, kapital dayanıqlılığını təmin etmək iqtidarında olmayan problemli təsisatların sistemdən kənarlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib:
- Bank sektorunun aktivlərinin keyfiyyəti, likvidlik və kapital mövqeyi qiymətləndirilməsi məqsədi ilə diaqnostik təhlillər aparılıb, sektorun real kapital ehtiyacları müəyyən edilib. bundan əlavə bankların sistem əhəmiyyətliliyi qiymətləndirilib və hər bir bank üzrə nəzarət siyasəti müəyyən edilib;
- "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan prezidentinin fərmanı çərçivəsində il ərzində bankın sağlamlaşdırılması tədbirləri davam etdirilib. Bununla bərabər, bankın 2017-ci ildə sağlamlaşdırılması və özəlləşdirilməsi ilə bağlı proqram hazırlanıb və Maliyyə Sabitliyi Şurası tərəfindən təsdiq edilib;
- Kapital yetərsizliyinə malik 17 bank üzrə xüsusi kapitallaşma proqramı hazırlanıb və proqramın icrası davamlı olaraq nəzarətdə saxlanılıb. 2016-cı il 21 iyul tarixində kapital tələblərinə cavab verməyən 4 bankın lisenziyası ləğv edilib. 2016-cı il 30 sentyabr tarixində isə "Bank Standard" QSC-nin sağlamlaşdırılması üçün tələb olunan vəsaitlərin onun ləğv edilməsi xərcindən təqribən iki dəfə yüksək olduğu nəzərə alınaraq bankın lisenziyası geri alınıb.
- Avropa Yenidənqurma və İnkişaf Bankı ilə onun səhmdar olduğu iki bankda kapitalın artırılması ilə bağlı danışıqlar aparılaraq müvafiq razılıq əldə olunub və həmin banklarda kapitallaşma prosesi yekunlaşmaq üzrədir. Kapital yetərsizliyi olan digər bankların səhmdarları və əsas kreditorları ilə intensiv dialoq davam etdirilir. Ümumilikdə, həyata keçirilmiş tədbirlər nəticəsində 5 bankda kapitallaşma prosesi yekunlaşıb, digər banklarda isə proses davam edir;
- Digər bankların maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır. Müxtəlif təhlillər vasitəsilə onların maliyyə dayanıqlılığı nəzarət altında saxlanılır, kapital buferinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat əvvəl
Bakı Aeroportu: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
2 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
3 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Ən çox oxunanlar
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























