İtaliya şirkəti Azərbaycana göndərib, məhsuldarlıqda yerli sortları 3-4 dəfə üstələyir
Quba-Xaçmaz zonasında yeni texnologiya əsasında salınan fındıq bağlarında İtaliyadan gətirilən sortlar əkilir.
Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun İtaliyanın “Ferrero” şirkəti ilə əməkdaşlığı çərçivəsində gətirilən fındıq sortları məhsuldarlığına görə yerli sortları 3-4 dəfə üstələyir.
İnstitutun direktoru İlham Qurbanov bildirib ki, italyan sort fındıqlar yeni texnologiya əsasında əkilib.
“Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların yetişdirilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən fındıq bağlarının sahəsinin artırılmasına xüsusi diqqət yetirilir. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ərazisində 2 hektar sahədə italyan texnologiyası ilə bağ salınıb. Burada təkcə italyan yox, eyni zamanda, dədə-baba və institutun yetişdirdiyi “Qalib”, “Saçaqlı” fındıq sortları əkilib. Yeni bağların salınması ənənəvi bağlardan fərqlənir. Ənənəvi fındıq bağları ocaq əkin sitemi ilə salınırdı. Yəni qazılan çalada 3-6 pöhrə əkilirdi. İtalyan texnologiyasında isə pöhrələr yox, cəmi bir ting əkilir. Ötən ildən başlayaraq Zaqatalada dədə-baba sortunun tinglərini də yetişdirmişik. İndi həmin tinglər müqayisə üçün italyan sortları ilə birlikdə bu sahədə əkilib” - deyə İ.Qurbanov söyləyib.
Quba-Xaçmaz zonasında yeni texnologiya ilə ümumilikdə, 3 min hektara yaxın fındıq bağlarının salınması nəzərdə tutulub. Bunun 1500 hektarı artıq əkilib. Bu texnologiya ilə əkilən bağlarda məhsuldarlıq bir hektardan 3 tona kimi arta bilər.
Xaçmazlı təsərrüfatçı Qurban Qəribov 3 hektar sahədə yeni texnologiya ilə İtaliyadan gətirilən fındıq tingləri əkib.
“Bunun əsas üstünlüyü ondan ibarətdir ki, əkin sahəsində daha çox ağac becərmək mümkündür. Bir hektara təxminən 335 ting əkmişik. Bağın salınmasında italiyalı mütəxəssislər də iştirak edib. Bizdə fındıq adətən kol bitkisi kimi becərilir. Yeni sortlar isə digər ağaclar kimi bir gövdədən ibarətdir. əkildikdən 3 il sonra məhsul verməyə başlayır. Bir ağacın məhsuldarlğı 60 kiloqrama yaxındır. Dədə-baba sortlarda isə bu göstərici ən yaxşı halda 15 kiloqramdır”, - deyə təsərrüfatçı bildirib.
Yeni salınan bağlar mütəxəssislərin təlimatları əsasında xüsusi aqrotexniki tədbirlər görülməklə becərilir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 22 saat sonra
-
12 d. əvvəl
Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır – SƏBƏBİ AÇIQLANDI
-
25 d. əvvəl
Toyota yenə dünyanın ən çox avtomobil satan şirkəti oldu – Volkswagen ilə fərq böyüdü
-
-
34 d. əvvəl
Mərkəzi Bank bazardan 2 milyard dollardan çox valyuta alıb – Ehtiyatlar 13,7 milyard dollara çatıb
-
37 d. əvvəl
Azərbaycan banklarının 4,6 milyard manat sərbəst vəsaiti var – Kreditləşməyə yönəldilə bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rabitəbank Bank of New York Mellon-da İngilis funt sterlinqi üzrə müxbir hesab açıb
-
1 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin sonunda inflyasiyanın hədəfindən kənarlaşacağını gözləyir
-
1 saat əvvəl
Nağd xarici valyutanın müştərilərdən alışı satışını 482 milyon dollar üstələyib
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bazar, soyuducu anbar və emal sexi olmadığından meyvələrin yarısı yerdə qalır, keyfiyyətini itirir"
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mərkəzi Bank 2026-cı ilin sonunda inflyasiyanın hədəfindən kənarlaşacağını gözləyir
Ən çox oxunanlar
Mərkəzi Bank faiz qərarını açıqladı
"Bazar, soyuducu anbar və emal sexi olmadığından meyvələrin yarısı yerdə qalır, keyfiyyətini itirir"
Azərbaycanda xarici valyuta bolluğu yaranıb, Manatın möhkəmlənməsinin qarşısını almaq üçün milyardlıq müdaxilələr həyata keçirilir
Rəsmi məzənnələr açıqlandı
Mərkəzi Bank bu gün saat 10:00-da qərarını açıqlayacaq, saat 11:00-dan sədr Taleh Kazımov açıqlamalar verəcək
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti




























