“VISA” və “MasterCard” Azərbaycan banklarına qarşı tələb irəli sürüb
“VISA International” və “MasterCard” Azərbaycan banklarına tamamilə təmassiz (contactless) kartlara keçidlə bağlı tələb qoyub. Tələbə görə, 2021-ci ilə qədər ölkədə olan bütün banklar müştərilərinə təmassız plastik kartlar təqdim etməlidirlər.
Məsələ ilə bağlı sualları cavablandıran “AzeriCard” MMC-nin Biznesin İnkişafı departamentinin direktoru Cahangir Məmmədov belə bir tələbin olduğunu təsdiq edib.
C.Məmmədovun sözlərinə görə, hazırda “AzeriCard”ın xidmətlərindən istifadə edən banklar bu məsələlər ətrafında işləri davam etdirirlər:
“Hazırda ümumilikdə “AzeriCard”ın xidmətlərindən 21 bank istifadə edir ki, onlardan 2-i xaricdə, 19-u isə ölkə daxilində fəaliyyət göstərir. Bütün banklarda bu proseslər gedir və artıq bir sıra bankların müştəriləri təmassız kartlara malikdir. Düşünürəm ki, tələb olunan müddətin sonunda bankların hamısı müştərilərinə tamamilə təmassız kartlar təklif edə biləcəklər”.
“AzeriCard” rəsmisi təmassız kartların üstünlüyü haqqında da danışıb:
“Bu kartlar kiçik ödənişlərdə çox böyük əhəmiyyətə malikdir. Belə ki, təmassız kartlardan istifadə zamanı PİN- kodun yığılmasına ehtiyac qalmır və bu da vaxt itkisini minimuma endirir. Amma burada da məbləğdə limit var. Müəyyən limitə qədər ödənişi kontaktsız həyata keçirmək olar. Amma həmin limitdən sonra mütləq şifrə yığılmalıdır”.
“Millikart” MMC-nin Strateji İnkişaf və Marketinq Departamentinin rəhbəri Aleksandr Kojevnikov isə “Report”a hazırda bu istiqamətdə də işlərin davam etdirildiyini bildirib:
“VISA International” və “MasterCard”ın bu tələbi hansı müddətə irəi sürməsi ilə bağlı onlar özləri məlumat versə yaxşı olar. Amma ümumilikdə deyim ki, hazırda banklar təmassız kartlara keçmək üçün iş aparır. Bu həmçinin “token ödənişlər”in də aparılmasına şərait yaradacaq”.
Xatırladaq ki, Rusiya mediasının yaydığı məlumata görə, “VISA International” bu il aprelin 13-ü, “MasterCard” isə 2021-ci il aprelin 12-də bu ölkədəki bankların tamamilə kontaktsız plastik kartlara keçməsini tələb kimi irəli sürüb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla
-
10 saat əvvəl
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
Ən çox oxunanlar
Dolların rəsmi məzənnəsi 1,70 manat səviyyəsində qalır
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx
Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb
























