“Bank Avrasiya”da 6 milyon manata yaxın xalis mənfəət
“Bank Avrasiya” 2017-ci ilin Yanvar ayını 5 milyon 978.6 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” xəbər verir ki, Yanvarda Bankın cəmi gəlirləri 1 milyon 511 min manat təşkil edib. Bu, 2016-cı ilin yanvar ayı ilə müqayisədə azdır. “Bank Avrasiya” ötən ilin yanvarında 1 milyon 834 min manat cəmi gəlir əldə etmişdi.
Bankın bu ilin yanvar ayındakı 1 milyon 511 min manat cəmi gəlirindən faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra 958.2 min manat əməliyyat mənfəəti qalıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın 5 milyon 20.2 min manatının mənfəətə əlavə edilməsilə, Bank Yanvar ayını 5 milyon 978.6 min manat xalis mənfəət ilə başa vurub. Yüksək mənfəət Bankın kapitalının artmasında da əks olunub.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 5 milyon manatdan çox vəsaitin azad olması “Bank Avrasiya”da kredit və depozit itkiləri üzrə risklərin aradan qalxdığına işarədir.
“Bank Avrasiya” 31.01.17-ci il tarixinə 152 milyon 134 min manat cəmi aktivlərə, 93 milyon 231 min manat cəmi öhdəliklərə, 58 milyon 903.7 min manat cəmi balans kapitalına malik olub. Bank 2016-cı ilin Yanvar ayının sonunda 119 milyon 371 min manat cəmi aktivlərə, 66 milyon 642.3 min manat cəmi ökdəliklərə, 52 milyon 728.7 min manat cəmi kapitala malik idi. “Bank Avrasiya” müştərilərin cari hesabları və depozitləri artıb.
"Bank Avrasiya"nın maliyyə hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat əvvəl
Bakı Aeroportu: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
3 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
3 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Ən çox oxunanlar
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























