Gömrükdən videotəsvirlərə reaksiya - "O bizim işçilərə kobud rəftar edib"
Ötən gün sosial şəbəkələrdə gömrük orqanları və əməkdaşlarına qarşı haqsız ittihamların irəli sürüldüyü videotəsvirlər yayımlanıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, məqsədli və gömrük orqanlarının fəaliyyətinə kölgə salacaq şəkildə hazırlanan və yayımlanan həmin videotəsvirlər vasitəsilə gömrük əməkdaşlarının guya vətəndaşlara qarşı kobud rəftar etdiyi iddia olunur.
"Vdeotəsvirlərdə əks olunan hadisə bu il martın 19-da Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda Biləsuvar rayon sakini Əbdürrəhmanov Niyaməddin Rafiq oğlunun gömrükçülərin haqlı tələblərinə məhəl qoymayaraq gömrük qanunvericiliyini və ictimai asayişi pozma cəhdi nəticəsində baş verib.
Postun idxal-piyada xəttinə daxil olan N.Əbdürrəhmanovun gətirdiyi mallara gömrük baxışı zamanı onun bu il mart ayının 14-də də ölkə ərazisinə ərzaq məhsulları və tütün məmulatları gətirdiyi müəyyən edilib. Buna görə də həmin şəxsə Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən müəyyən olunmuş miqdardan artıq mal gətirdiyi bildirilib və qanunvericiliyə əsasən normadan artıq olan malların saxlanca verilməsi təklif olunub. Dəfələrlə aparılan izahat işlərinə baxmayaraq gömrükçülərin haqlı tələblərinə məhəl qoymayan şəxs onları nalayiq ifadələrlə təhqir edib, soyuq silah - bıçaqla əvvəlcə özünə xəsarət yetirəcəyini bildirib, daha sonra postda xidmət aparan gömrük əməkdaşlarına fiziki təzyiq göstərib. Üstəlik, həmin şəxs hadisə zamanı idxal-sərnişin xəttindəki vətəndaşları da gömrükçülərə qarşı etiraza çağırıb və bir müddət gömrük postunun fəaliyyət rejimini pozub.
Bu səbəbdən gömrük əməkdaşları qanunvericiliyə uyğun olaraq həmin şəxsi məcburi qaydada piyada-idxal xəttindən uzaqlaşdırıb və bu zaman həmin şəxsə qarşı fiziki zərbə və ya digər hərəkət tətbiq edilməyib. Vətəndaşın döyülməsi ilə bağlı iddialar isə ümumiyyətlə həqiqətə uyğun deyil.
N.Əbdürrəhmanov mütəmadi olaraq İrandan ölkə ərazisinə ticarət məqsədilə ərzaq və digər mallar gətirir. Qanunvericiliyin tələblərini pozduğuna görə onun hüquqazidd əməllərinə qiymət verilməsi və barəsində müvafiq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.
Ancaq təəssüf doğuran hal ondan ibarətdir ki, bəzi məqsədli dairələr və şəxslər hadisəni əks etdirən videotəsvirləri gömrük əməkdaşlarının fəaliyyətinə kölgə salacaq şəkildə hazırlayaraq rəsmi tərəfin mövqeyi olmadan yayımlayır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Gömrük orqanları ölkənin iqtisadi təhlükəsizliyini təmin edən strateji dövlət qurumlarından biridir, öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun, vətəndaş məmnuniyyətini təmin edəcək şəkildə qurur.
DGK-nın Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin müşahidə kameraları vasitəsilə N.Əbdürrəhmanovun hərəkətləri videoyazıya alınıb. Kadrlardakı xüsusi işarələnmiş hissələrdə soyuq silah - bıçağı və həmin şəxsin hərəkətlərini aydın şəkildə görmək mümkündür", - məlumatda qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 47 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
17 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 18 saat əvvəl
-
19 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
19 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Ən çox oxunanlar
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















