Müasir dövrdə pul yığmağın qaydası – Puldan pul qazanmaq
(Depozitlər, Qiymətli kağızlar, Həyatın Yaşam Sığortası)
Müasir dövrdə uğurlu insanların pul yığmaq prinsiplərində xüsusi bir qayda var. Bu da puldan pul qazanmaqdır. Bütün dövrlərdə insanlar daha çox pul qazanmağa və çətin günlərə hazırlıqlı olmaq üçün pul yığıblar. İndi də insanlar belə edirlər.
Puldan pul qazanmaq üçün və ya “qara günə” pul yığmaq üçün müasir dövrümüzdə bir neçə üsullar var. Bunlar arasında ən “əl çatanları” aşağıdakılardı.
1.Depozitlər
2.Qiymətli kağızlar
3.Həyatın Yaşam Sığortası (Yığım İnvestisiyası)
Sual verə bilərsiz ki, bunlardan hansı daha sərfəlidir? Odur ki, qısa da olsa bu pul toplamaq üsullarına nəzər salaq.
Depozitlər
Banka müəyyən məbləğdə uzun müddətə pul yatırırsız. Əgər manatda əmanət yerləşdirmisizsə o zaman ən yaxşı halda əmanətiniz illik 11-12% gəlir gətirəcək. Əgər dollarda əmanət qoymusuzsa o zaman ən yaxşı halda 2-3% dividendiniz olacaq.
Qiymətli kağızlar
Hər hansı şirkətin səhmini və ya istiqrazını əldə etmək üçün ilk növbədə bildirək ki, böyük məbləğ lazımdır. Əks təqdirdə komissiya haqqları gəlirlərinizi yeyəcək. Amma pulunuz çoxdursa müəyyən qədər risqə getməklə hər hansı şirkətin səhmini ala bilərsiz. Həmçinin yerli şirkətlərin istiqrazlarını da almaqla müəyyən qədər qazanc əldə etmək olar. Amma bu qiymətli kağızlardan çoxlu sayda alınmasa ciddi bir gəlir əldə etməyəcəksiz.
Həyatın Yığım Sığortası - əmək haqqınızdan əlavə 50%-dək gəlir
Ən marağlı və ən gəlirli yığım alətlərində biri də bu məhsuldur. Təsəvvür edin ki əmək haqqınızdan əlavə 50%-dək qazanc əldə etmək olar. Bu sığorta məhsulunu əldə etdikdə Azərbaycan Respublikası qanunvericiliyi imkan yaradır ki, həm gəlir vergisi həm də sosial müdafiə fonduna ödənilən vəsaitlər sizin xeyrinizə həyat sığortası şirkətində cəmlənsin və müəyyən olunmuş müddət bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edəsiniz.
Həmçinin pulunuzun təhlükəsiz saxlanılması və dövr ərzində həyat sığortası əldə etmiş olursuz. Bundan başqa istəyinizdən asılı olaraq dollarda yığım imkanı qazanırsız.
Bu məhsulu onlayn müraciət edərək də əldə etmək olar: Müraciət
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 12 saat əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
1 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
1 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
1 gün əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
1 gün əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
-
1 gün əvvəl
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
-
1 gün əvvəl
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Son Xəbərlər
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Avqustun 1-də gözlənilən hava şəraiti
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir























