Azərbaycan Orta Asiya ölkələrinə biogübrələr ixrac edəcək
Azərbaycan və Türkiyənin birgə investisiyası ilə Hacıqabul rayonunda yaradılacaq toxum fabrikinin illik istehsal gücü 8-9 min ton olacaq.
Bunu açıqlamasında toxum fabrikinin İdarə heyətinin sədri Ramazan Karaşahin bildirib.
R.Karaşahinin sözlərinə görə, il ərzində istehsal edilən məhsulun 6200 tonu maye toxum, qalanı isə gübrə tozu olacaq.
“Fabrik tam gücü ilə işə başlasa Azərbaycanın toxuma olan ilkin ehtiyacının 48-50%-ni qarşılaya biləcək. Yerli bazara olan tələbatı tam qarşıladıqdan sonra hədəf xarici bazardır. Biz əsasən Qazaxıstan, Türkmənistan, Türkmənistan üzərindən Özbəkistan bazarları ilə danışıqlar aparırıq, hazırda orada reklamlar həyata keçirilir. Bizim üstünlüyümüz budur ki, gübrələrimiz bahalı gübrələrdir. Gələcəkdə biopestisidlərində istehsalını planlaşdırırıq. Xam maddələrin hamısı bioloji olacaq. Bu gübrələrin bitkiyə verildiyi zaman qalıq miqdarı sıfır olacaq. Xarici ölkələrdə də danışıqlar zamanı maraqlı gələn məhz bu gübrələrdə qalıq miqdarının olmamasıdır”, - deyə sədr vurğulayıb.
Fabrikdə istehsal ediləcək toxumun digər üstünlüyünün yerli istehsal olmasını qeyd edən R.Karaşahin xam maddələrin 45-50%-inin yerli, qalan hissəsini isə xaricdən gətiriləcəyini bildirib: “Bu gübrələr 110 növ xammaldan istehsal olunacaq. Bizim toxum istehsalı ilə bağlı rəqabət aparacağımız ölkələr İsrail və Hollandiyadır. Keyfiyyətimiz eyni, qiymətlərimiz isə onların gübrələrindən daha aşağı olacaq. Bu ilin oktyabr ayında fabrikin tam gücü ilə fəaliyyətə başlaması gözlənilir. Çünki həmin dövrdə istixanaların fəaliyyətə başladığı dövrdür. Hər şey planlaşdırıldığı kimi gedərsə 2021-ci ildə ikinci zavodun da istifadəyə verilməsi gözlənilir”.
R.Karaşahin onu da əlavə edib ki, toxum fabrikinin nizamnamə kapitalı 857 min dollardır. Bunun 257 min dolları Türkiyə, 600 min dolları isə Azərbaycan tərəfinə məxsusdur. Pay bölgüsünə gəlincə, 70%-i Azərbaycanın, 30%-i isə Türkiyənin payına düşür: "Fabrik işə düşdükdən sonra xam maddələrin alışı üçün 1 mln. dollar da maliyyə cəlb olunacaq ki, bununla da nizamnamə kapitalı 2 mln. dollara çatdırlıacaq".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 d. əvvəl
- 12 d. əvvəl
-
-
31 d. əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
34 d. əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
36 d. əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yarım milyon manata yaxın ziyan işi – “Moon Kids” direktoruna 5 il 6 ay şərti cəza
- 1 saat əvvəl
-
1 saat əvvəl
Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sement ixracında 20%-lik geriləmə
ABB partnyorları ilə görüş ®
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Ən çox oxunanlar
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
Alma ixracı azalıb, gəlir isə yüksəlib
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®



























