Banklar məhkəmə qərarlarının icrasından narazıdır - YENİ TƏKLİFLƏR - MÜSAHİBƏ

Azərbaycanda banklarla bağlı, daha dəqiqi problemli kreditlərlə bağlı məhkəmə qərarlarının icrası banklar, məhkəmələr və icra xidməti arasında ən çox müzakirə edilən məsələdir. Son dövrlər banklar bu sahədə təzyiqi artırıblar. Məhkəmə işlərinin icrasının aylarla, bəzən hətta illərlə uzanması, banklar üçün böyük vaxt və vəsait itkisinə səbəb olur, onların böyük resurslarını "yeyir". Bununla əlaqədar olaraq prosesin təkmilləşdirilməsi ilə bağlı bankların yeni təklifləri var. Kredit mübahisələri ilə bağlı məhkəmə qərarlarının icrası, bu sahədə gözlənilən yeniliklərlə bağlı suallarıa Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev cavab verib.
- Zakir müəllim, banklarla əlaqədar məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət nə yerdədir? Son vaxtlar ABA Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi ilə aktiv görüşlər keçirir. Bu görüşlərdə nə müzakirə olunur?
- Bəli müzakirələrimiz gedir. Uzun zaman idi ki, müzakirə olunan məsələ elektron icra sisteminin yaradılması idi. Və nəhayət icra baş idarəsi tərəfindən bu sistem ilkin olaraq 2019-cu ildən dövriyyəyə daxil edilib. Bu sistemin işə düşməsi bir çox məsələnin həllini rahatlaşdırdı.
- Elektron icra adi icradan nə ilə fərqlənir?
- Onunla fərqlənir ki, elektron icrada icra məmurları artıq müştərinin əmlakları haqqında istənilən məlumatın alınması üçün bazalara daxil ola biləcəklər, eyni zamanda müştərinin şəxsiyyət vəsiqəsi üzrə zəruri olan məlumatların alınması, yaşayış yerinin və əmək haqqının müəyyən edilməsi və ümumiyyətlə, müştəri haqqında çoxsaylı məlumatların əldə edilməsi üçün digər dövlət orqanlarının əməliyyat bazalarına daxil olmaq imkanı əldə ediblər. Və bizim üçün ən önəmli olan hissələrdən biri olan - hər bir konkret müştəri haqqında işin cari vəziyyətini görə bilmək imkanı yaradıb.
- Yəni banklar özləri baxıb görə biləcəklər ki, hansı məhkəmə işinin icrasında vəziyyət necədir?
- Hələlik bankların sistemə daxil olub görmək imkanı yoxdur. Lakin icra məmuru ilə birlikdə istənilən işin cari vəziyyətini, onlayn olaraq – hansı iş hardadır, kimdədir, və icra vəziyyəti hansı vəziyyətdədir – onu artıq görmək mümkündür. Əvvəllər bu iş manual olaraq, yəni əllə edilirdi, böyük qovluqlar vardı və onların içərisində işləri axtarmaq lazım idi. İndi isə bu məsələ elektron olub. Bu da imkan verir ki banklar hər bir problemli kreditin onlayn olaraq canlı izləyə bilsin.
- Banklar bu prosesi necə izləyə biləcəklər, elə bankda oturub baxa biləcəklər?
- Xeyr, bunun üçün icra baş idarəsinə getmək lazım olacaq. Gələcəkdə isə məqsədimiz, vahid bazanın banklar tərəfindən yaradılması mümkün olduğu təqdirdə, bankların da bu sistemə çıxışının yaradılmasıdır. Və həm icra məmurunun problemli müştərinin konkret hesabına çıxışının və bankların da bu bazaya çıxışının yaradılması məsələsi müzakirədədir.
- Hazırda banklarla əlaqədar nə qədər məhkəmə qərarı icradadır?
- Hazırda 500 mindən artıq məhkəmə qərarı var ki, icra prosesindədir. Məhkəmədə olan işlər ayrıdır. Bu dediyim haqqında məhkəmə qərarı çıxarılan işlərdir.
- Bunların hansı hissəsi dollar kreditlərinə addir?
- Bunu demək çətindir, amma az hissəsi dollarla əlaqədardır. İşlərin 95%-dən çoxu kiçik kreditlərdir. Yəni məbləğ olaraq deyil, say olaraq çoxdur. Məbləği böyük olanların isə sayı azdır.
- Zakir müəllim, məhkəmə qərarlarının icrası sahəsindəki problemlər təkcə texniki məsələlərlə bağlıdır?
- Bizim fikrimizcə, ən böyük problem - icra məmurlarının sayının işlərin sayına adekvat olmamasıdır. Çünki icrada olan iş sayı əgər 500 minin üzərindədirsə, bir icraçıya düşən iş sayı olduqca çox alınır. Gördüyümüz olur ki, bir icraçıda olan iş sayı həddən artıq olduğu üçün bu işlərin şamısının izlənilməsi və icrası fiziki olaraq təmin edilə bilmir.
- Bəs banklar belə vəziyyətdə nə təklif edirlər?
- Bəz təklif edirik ki, icra işçilərinin ya sayı artırılmalı, ya da ştatdan kənar icraçılar institutu yaradılmalı, ya da özəl icraçılar institutunun yaradılması məsələsinə baxılmalıdır. Yəni bir şəkildə bu işlərin onlayn və daimi izlənilib təqib edilməsi formatı yaradılmalıdır. Bu olmasa, icra məmurları nə qədər çalışsa belə, bu işlərin sayı çox olduğuna görə, onların effektiv icrasını təmin edə bilmirlər.
- Hazırda məhkəmə qərarlarının icrasında 7%-lik xidmət haqqı var (iddia olunan məbləğin əlavə olaraq 7%-i icra qurumuna xidmət haqqı kimi ödənilir). Belə bir təklif varmı ki, məhkəmə qərarı hansısa müddət ərzində icra olunmazsa, bu xidmət haqqı da azalsın?
- Əslində biz «İcra haqqında» qanuna öz təkliflərimizi təqdim etmişik. Təkliflərimiz iki hissədən ibarətdir. Bir hissəsi mövcud qanunvericiliyin, o cümlədən "İcra haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlıdır.
- Bu təkliflərdə əsas məqam nədir?
- Burada çoxsaylı dəqiqləşmələrə ehtiyac var. Digər hissə isə mövcud qanunun tətbiqi ilə əlaqədardır. Və təqdim etdiyimiz təkliflər içərisində, məhkəmə işlərinin təminatlı və təminatsız hissəyə ayrılması, təminatlı və təminatsız işlərdə icra haqqının fərqli olmasını təklif edirik. Yəni təklif edirik ki, icra haqqı qərarın icrasının mürəkkəbliyindən asılı olaraq diferensial qaydada dəyişsin.
- İcra haqqının məbləğinə bir limit qoyulması necə, təklif edilirmi?
- Bəli, təklif etmişik. Təklif edirik ki, eyni zamanda məbləğin bir yuxarı həddinin müəyyən edilsin. Çünki məhkəmə işləri fərqli məbləğdə kredit borclarına aiddir. Kredit borcu var 1-5 milyon manatdır, ondan da 7% xidmət haqqı alınır, bir də var, məsələn 100 min manatlıq kredit borcu. Bunların ikisində də girovun reallaşdırılması ilə bağlı eyni haqqın tutulması doğru deyil. Ona görə hesab ediri ki, bu məbləğlərə yenidən baxılması və yuxarı həddin müəyyən edilməsi olduqca zəruridir.
- Belə bir təklif varmı ki, məhkəmə qərarı müəyyən müddətdən sonra icra olunmasa, icra qurumuna ümumiyyətlə xidmət haqqı veriləsin?
- Xeyr, belə məsələ yoxdur, çünki icra vərəqəsinin müddəti 30 ilə qədərdir. Və biz marağındayıq ki, sona qədər istənilən icra hərəkəti edilsin və bu icra işi sona çatdırılsın.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 12 saat əvvəl
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
1 gün əvvəl
Bir neçə şirkət İPO ilə bağlı Bakı Fond Birjasına müraciət edib
-
1 gün əvvəl
9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - ADLARI AÇIQLANIB
-
1 gün əvvəl
Tezliklə ChatGPT internetdə alış-veriş edə və “PowerPoint” təqdimatları yarada biləcək
-
1 gün əvvəl
PashaPay və ASAN xidmət media nümayəndələri üçün süni zəka təlimi keçirib
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

"İrşad" Sea Breeze-də mağaza açdı - FOTOLAR

Sabahın hava pronozu açıqlanıb

Bir neçə şirkət İPO ilə bağlı Bakı Fond Birjasına müraciət edib

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“TBC Kredit BOKT”ın lisenziyası könüllü əsasla ləğv edilib

“Sea Breeze”ə yeni marşrut fəaliyyətə başlayır

Dövlət 3 bankda 500 milyon manat depozit yerləşdirdi

"Coca-Cola Azərbaycan" UNEC ilə memorandum imzalayıb

"Modenis" şirkətindən “eManat”ın fəaliyyətilə bağlı açıqlama

Milyonçu Fərhad Əhmədovdan gəmisinin həbsdən azad olunması üçün 6 milyon dollar rüşvət istənilib - MƏHKƏMƏ

8,5 milyon manata tikilmiş Xocalı kərpic zavodunun açılışı olub
