Arıçıların problemlərinə "Cənab arı" həlli
"Arıçıları və müştəriləri əlaqələndirəcəyik"
Son illər Azərbaycandan bal məhsulları ixracına başlanılıb. Əvvəllər ixrac kortəbii şəkildə həyata keçirilirdisə, artıq müasir formada və qablaşdırmadan istifadə etməklə reallaşdırılır. İllik istehsal gücü 20 ton olan KERCOM şirkəti yerli və təbii balın elektron satışını həyata keçirir. Ötən il Səudiyyə Ərəbistanına bal və arıçılıq məhsullarının satışını həyata keçirən bu şirkət yerli istehlakçılar üçün də sərfəli şərait yaradıb. “Mr.Bee” (Cənab arı) layihəsi məhz bu məqsədə xidmət edir.
2015-ci ildən fəaliyyət göstərən KERCOM şirkətinin rəhbəri əslən Kürdəmir rayonundan olan Cavid Kərimovdur. “MrBee” layihəsinin ideyasının yaranmasından danışan Cavid Kərimov deyir ki, ailəsi arıçılıq sahəsində böyük təcrübəyə malikdir. O, bu təcrübəni inkişaf etdirərək, biznes layihəyə çevirmək qərarına gəlib və istəyinə də nail olub.
Layihənin uğurlu olması üçün qabaqcadan bazarları araşdıran həmsöhbətimiz xeyli təhlillər aparıb: “Dörd il ərzində “Mr.Bee” brendinin bugünkü mövqeyə çatması üçün, sözün əsl mənasında, gərgin çalışaraq, inkişafa doğru əlimizdən gələni etdik. Bu istiqamətdə fəaliyyətimiz hələ də davam edir”.
Onun sözlərinə görə, “Mr.Bee” artıq özünü brend kimi təsdiqləyib. “Biz bal və arıçılıq məhsullarının istehsalı və satışı üzrə ixtisaslaşmışıq. Məhsullarımızın satışını www.mrbee.az saytı, sosial şəbəkələr, Çağrı mərkəzi vasitəsilə həyata keçiririk. Həmçinin iri supermarket şəbəkələrində də 100-ə yaxın satış nöqtəmiz var. İstəyirik ki, layihəni daha da inkişaf etdirərək müxtəlif bölgələrdən olan Azərbaycan arıçıları üçün də əlçatan edək. “Mr.Bee” Azərbaycanın dörd bir yanından olan arıçılar və müştərilər üçün əlaqələndirici sistem rolunu oynayacaq. Biz arıçılara qablaşma, marketinq, satış, çatdırılma və hesabatlıq kimi xidmətlər təklif edirik. Artıq onlar bu kimi problemlərdən azad olaraq, öz məhsullarını platformamızda rahatlıqla satmaq imkanı qazanacaqlar. Qiymətlərə gəldikdə, bunu arıçılar özləri müəyyənləşdirəcəklər. Müştərilər evdən çıxmadan, sadəcə, bizim platformaya daxil olaraq, istədikləri bölgədən olan arı məhsulunu sifariş edəcəklər. Onlar rahat ödəniş imkanları (çatdırılma zamanı və onlayn), eləcə də 24 saat ərzində pulsuz çatdırılma və yüksək xidmətlə təmin olunacaqlar”, - deyə layihə rəhbəri qeyd edib.
Cavid Kərimov bildirib ki, “Mr.Bee” hər zaman inkubasiya mərkəzləri ilə fəal əməkdaşlığa üstünlük verib: “İnkişafımızda “Baku Business Factory”in (BBF) əvəzsiz dəstəyi olub. İndividual satışlarımızı strateji olaraq inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyindən yararlanaraq böyük uğurlara imza atmaq niyyətindəyik. Qeyd edim ki, bu günlərdə “Mr.Bee” startap layihə kimi “INNOLAND”in "Kənd təsərrüfatı" mövzusunda akselerasiya proqramına seçilib”.
Həmsöhbətimiz sonda qeyd edib ki, “Mr.Bee” layihəsi tezliklə daha səmərəli və texniki baxımdan inkişaf etmiş formada təqdim olunacaq. Layihə ilkin olaraq, yerli istehsalçılar və yerli bazar üçün nəzərdə tutulub. Hədəf isə regional, hətta beynəlxalq səviyyəyə çıxmaqdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
17 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 18 saat əvvəl
-
19 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
19 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Ən çox oxunanlar
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















