"Mis kabellər oğurlanır, abunəçilərə xidmətdə fasilələr yaranır" - 40 MİNLİK ZİYAN
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "BTR" MMC-nin balansına daxil olan kabel-kanal quyularında qeydə alınan oğurluq faktları barədə məlumat yayıb.
Nazirlikdən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, son zamanlar “Bakı Telefon Rabitəsi” MMC-nin (BTR) strukturuna daxil olan 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazilərində MMC-nin balansındakı kabel-kanal quyularına (KKQ) müdaxilə və oğurluq halları qeydə alınır. Satış və mənfəət əldə etmək məqsədi ilə BTR MMC-nin balansına daxil olan TPP tipli mis kabel və dəmir dirəklərlə yanaşı, kabel-kanal quyularının metal örtükləri də oğurlanır. Nəticədə abunəçilərə rabitə xidmətlərinin verilməsində fasilələr və kəsintilər baş verir, müəssisəyə isə maddi ziyan dəyir.
Ümumilikdə törədilən oğurluq hadisələri zamanı BTR MMC-yə 40 min 484,54 AZN dəyərində maddi ziyan dəyib.
Qurumun xidməti ərazilərində yerləşən KKQ-na gün ərzində əraziyə təhkim olunmuş texniki heyət nəzarət etdiyindən oğurluq halları, əsasən, qeyri-iş saatlarında qeydə alınır. Bu cür hallarla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müvafiq müraciətlər edilib.
Ötən ildən etibarən Sabunçu Rayon Polis İdarəsi və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis şöbəsi tərəfindən qeydə alınan 80 cinayət hadisəsi üzrə 76 ədədi oğurluq, 4 ədədi oğurluğa cəhd kimi qiymətləndirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmiş şəxslər müvafiq qaydada cinayət məsuliyyətinə cəlb ediliblər.
Qeyd edək ki, bu günlərdə paytaxtın Suraxanı rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində daha bir kabel oğurluğu faktı aşkar edilib. 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisində yerləşən kabel-kanal quyusundan 220 metr kabel oğurlayan şəxslər saxlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov həbs olunublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
10 d. əvvəl
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir
-
- 11 d. əvvəl
- 15 d. əvvəl
-
26 d. əvvəl
Meta “Muse Spark 1.3” süni intellekt modelini istifadəyə verib
- 33 d. əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
PAŞA Bank sahibkarlar üçün yeni tarif paketlərini təqdim etdi ®
-
11 saat əvvəl
Tramp Hörmüz boğazı üçün yeni ad təklif etdi: “Tramp boğazı”
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Tramp Putinlə görüş üçün əsas şərti açıqlayıb
Rəsmi məzənnələr açıqlandı
Tramp: Hücumların çox uzun çəkəcəyini düşünmürəm
PAŞA Bank sahibkarlar üçün yeni tarif paketlərini təqdim etdi ®
Tramp Hörmüz boğazı üçün yeni ad təklif etdi: “Tramp boğazı”
Ən çox oxunanlar
Expressbankda 2 yeni təyinat!
İspaniyanın nəhəng bankı ilə Azərbaycandakı investisiya layihələrinin maliyyələşdirilməsi müzakirə edildi
ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Daşıyıcılara məsafəyə görə pul ödəniləcək - Bakıda avtobuslarla bağlı yeni sistem işə düşdü
Həyət evləri bazarında qiymətlər dəyişir: bina evləri yenidən investorların diqqətindədir ®






















