Pərakəndə və topdansatış subyektlərinin vergi məqsədləri üçün fərqi
Vergi Məcəlləsində bu ildən qüvvəyə minmiş dəyişikliklərə əsasən, topdansatış və pərakəndə satış ticarət fəaliyyətləri üzrə bəzi hallar üçün fərqli vergiqoyma prinsipləri nəzərdə tutulub.
Qanunvericiliyə əsasən, 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər üzrə vergiqoyma yanaşması həm topdansatış, həm də pərakəndə satış üçün eynidir. Bu fəaliyyətlərlə məşğul olan şəxslər, vergi qanunvericiliyinə əsasən, ƏDV ödəyicisi kimi fəaliyyət göstərəcəklər. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər üzrə isə fərqli vergiqoyma prinsipləri tətbiq edilir. Bu halda pərakəndə satış subyekti 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi olur. Topdansatış ticarətlə məşğul olan şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqları yoxdur. Belə olan halda, həmin şəxslər fiziki şəxs olduğu təqdirdə gəlir vergisi, hüquqi şəxs olduqda isə mənfəət vergisi ödəyicisi olmalıdırlar. Hər iki fəaliyyət növü - topdansatış və pərakəndə satış ticarət fəaliyyətləri üzrə bu hallarda qanunvericilikdə könüllü ƏDV ödəyicisi olmaq hüququ verilir.
İqtisadçı ekspert Rəşad Əliyev mövzuya münasibət bildirərək diqqəti sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmayan pərakəndə ticarət subyektlərinə yönəldib. Qeyd edib ki, xəz-dəri, qızıl və ondan hazırlanmış məmulatları, almaz (eyni zamanda, emal olunmuş) və onun məmulatlarını satan pərakəndə ticarət obyektləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər. Fərqli vergiqoyma prinsipləri topdansatış və pərakəndə satış fəaliyyətlərinin meyarlara əsasən fərqləndirilməsini tələb edir.
Vergi Məcəlləsində bu anlayışların izahı belə verilib: pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim olunmaqla həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim olunmaqla həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Beləliklə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesab-fakturası təqdim edirlər.
R.Əliyev bildirib ki, ilk baxışdan burada topdansatış və pərakəndə satış ticarət fəaliyyətlərinin sərhədlərini ayırd etmək çətin görünür: "Məsələ bundadır ki, pərakəndə ticarət subyekti öz fəaliyyəti ilə yanaşı, topdansatış subyektinin gördüyü işləri də həyata keçirə bilər. Ticarət subyekti öz fəaliyyəti ilə yanaşı, topdansatış subyektinin gördüyü fəaliyyəti həyata keçirən zaman sadələşdirilmiş vergini tətbiq edə bilməz".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Vergilər"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
2 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
2 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 11 d. əvvəl
-
43 d. əvvəl
Prime Cotton-da böyük dəyişiklik: İdarəetmə modeli tamamilə yenilənir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AZCON Holding və “Amazon Web Services” strateji əməkdaşlığı genişləndirir
-
2 saat əvvəl
Sığorta bazarında ödəniş təzyiqi güclənir: Ödənişlər haqlardan 4,4 dəfə sürətlə artıb
-
3 saat əvvəl
Məşhur pudra qalmaqalı: 76 min xərçəng iddiası – Johnson & Johnson böyük ödənişə razılaşdı
-
3 saat əvvəl
İnvestAZ və SİMA İmza əməkdaşlığı sayəsində hesablar tam onlayn açılır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
"Citadel" FED-dən sürpriz faiz artımı gözləyir
ABŞ–İran gərginliyinə baxmayaraq, şirkətlər Dubaya axışır
İyulun 29-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Sığorta bazarında ödəniş təzyiqi güclənir: Ödənişlər haqlardan 4,4 dəfə sürətlə artıb
Məşhur pudra qalmaqalı: 76 min xərçəng iddiası – Johnson & Johnson böyük ödənişə razılaşdı
Azərbaycan neftinin son qiyməti
Hotellərdəki yerlərin 81 faizə yaxını istifadəsiz qalıb
Kredit və əmanət faizlərinə təsir edə biləcək qərar yaxınlaşır
Rəsmi məzənnələr açıqlandı
Qızılda həlledici saatlar: FED hansı qərarı verəcək?
Azərbaycanda “ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq









.webp)











