Mərkəzi Bank uçot dərəcəsini endirir, bəs kredit faizləri nə üçün düşmür?
Azərbaycan Mərkəzi Bankı son bir il ərzində uçot dərəcəsini 15%-dən 9,25%-ə endirsə də kredit faizlərinin 5,75 bənd düşməsi müşahidə edilmir.
“Marja” xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov mövzuya münasibət bildirib.
Mərkəz Bankın sədri də qəbul edir ki, uçot dərəcəsinin dəyişdirilməsinin kredit faizlərinə təsiri o qədər güclü deyil:
“Bunun başlıca səbəbi Azərbaycanda mütəşəkkil banklararası bazarın olmamasıdır.Banklararası bazarın olmaması qısamüddətli pulların dəyərini müəyyənləşdirməyə imkan vermir ki, biz onun vasitəsilə uzunmüddətli pulların dəyərinə, yəni kredit faizlərinə təsir göstərək. Bu istiqamətdə ciddi islahat proqramı hazırlanır. Biz inflyasiyanın hədəflənməsi rejiminə keçidlə əlaqədar olaraq yol xəritəsinin son variantı üzərində işləyirik. Ümid edirik ki, yol xəritəsi bu rüb ərzində Maliyyə Sabitliyi Şurasında müzakirə ediləcək və biz tətbiqinə başlayacağıq. Bu xəritənin tətbiqi banklararası bazarın aktivləşməsinə və bütövlükdə Mərkəzi Bankın uçot dərəcəsinin təsir gücünün, transmissiya effektinin güclənməsinə gətirib çıxardacaqdır”.
Elman Rüstəmov qeyd edib ki, Azərbaycanda kredit faizlərinin yüksək olmasının bir neçə səbəbi var: “Mərkəzi Bankın banklara verdiyi kreditlər təxminən 400 milyon manatdır. Bu həcmdə kredit resursu bankların cəmi aktivlərində və kredit portfelində kiçik bir rəqəmdir, təsir imkanları yoxdur. Heç bir Mərkəzi Bank bu resurslar ilə təsir göstərmir. Mərkəzi Bankın əsas təsir gücü müəyyən etdiyi uçot dərəcəsilə bankların bir-birlərinə verdiyi pulun qiymətinə təsir etməsidir. Bunun üçün bir sıra islahatlar aparılmalıdır. Bu mexanizmin işləməsi üçün bir sıra şərtlər lazımdır. Biz yaxın bir neçə il ərzində bu təsir gücünü yarada biləcəyik”.
UÇOT DƏRƏCƏSİ NƏDİR?
İqtisadi nəzəriyyəyə görə, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Müştərilərin xəbərləri
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
12 d. əvvəl
Holdinqin baş mütəxəssisi 1,5 milyon manat mənimsəmədə təqsirləndirilir
- 17 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycan şirkəti rüşvətxorluğa qarşı beynəlxalq sertifikat aldı
-
34 d. əvvəl
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
- 47 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
Ukrayna "Yandex"in daha bir data mərkəzinə PUA zərbəsi endirib
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Nobel Sülh mükafatının laureatı məlum olub
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
Valyuta ehtiyatlarının illik artım tempi kəskin zəiflədi
Ən çox oxunanlar
Azərbaycanın xarici borcu ilə bağlı yeni rəqəm açıqlandı
Ölkə üzrə orta əməkhaqqı açıqlandı
Azərbaycanda inflyasiya göstəricisi açıqlandı
Azad edilmiş ərazilərdə biznes üçün güzəştlər genişləndirildi- Daha 7 sahə vergi və gömrük güzəştlərindən yararlanacaq

























