"Bankların bağlanması riski tam aradan qalxmayıb, Qanunun müddəti uzadılmalıdır"
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti ən azı daha bir il uzadılmalıdır, 3 il olsa daha arzuolunandır. Çünki bankların bağlanması riski tam aradan qalxmayıb və əmanətçilərin proseslərə həssaslığı qalmaqdadır”.
“Marja” xəbər verir ki, bunu tanınmış iqtisadçı – ekspert Samir Əliyev bildirib.
Mart ayı yaxınlaşır və əmanətlərin tam sığortalanması barədə 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədə olma müddəti bitir:
“Bu Qanunun tələblərinə görə banklara yerləşdirilmiş bütün əmanətlər qorunur. Bir şərtlə ki, milli valyutada yerləşdirilmiş əmanətlərin illik faiz dərəcəsi 15%-dən, xarici valyuta əmanətlərinin illik faiz dərəcəsi isə 3%-dən yüksək olmasın. Yaxın 1 ay ərzində müddət uzadılmasa bu Qanun qüvvəsini itirəcək və əvvəl qüvvədə olmuş qanun – “Əmanətlərin sığortalanması haqqında“ Qanun yenidən işləyəcək. Bu halda bağlanacağı təqdirdə bankdan alınacaq kompensasiyanın həcmi 30 min manatdan çox olmayacaq. Bunun üçün gərək əmanətçinin bir bank üzrə əmanətlərinin həcmi illik faizlə birgə 30 min manatı ötməsin. Belə vəziyyətdə xarici valyuta, o cümlədən dollar əmanətçiləri üçün bu limit ümumiyyətlə sərf etmir. Çünki sığorta hadisəsi baş verəcəyi təqdirdə onların alacağı kompensasiyanın maksimum həcmi təxminən 17647 dollar olacaq.
Qeyd edək ki, əmanətlərin tam sığortalanmasını nəzərdə tutan Qanun bank sektoru üçün çətin bir dövrdə qəbul edildi. Devalvasiyanın təsiri olaraq bankların bağlanması əmanətlərin müəyyən hissəsinin taleyini sual altına aldı. Çünki həmin dövrdə qorunmayan əmanətlərin payı təxminən 40%-ə qədər çatırdı. Bir tərəfdən yüksək faizlə əmanət cəlb edilməsi, digər tərəfdən də 30 min manatlıq kompensasiya limiti əmanətlərin əhəmiyyətli hissəsini sığortadan kənarda qoyurdu. Bankların bağlanması isə təbii olaraq əmanət qaçısına rəvac vermişdi. Məsələn, 01.01.2015-ci ildən Qanunun qüvvəyə mindiyi dövrə qədər (01.03.2016) manat əmanətlərinin həcmi 4,4 milyard AZN-dən 1,4 milyard AZN-ə qədər azalıb. Devalvasiya dövründə əvvəlcə xarici valyutada yerləşdirilmiş əmanətlərin əhali üçün cəlbediciliyi artsa da sonrakı dövrdə bankların bağlanması riski onların da həcmində azalma tendensiyası nümayiş etdirdi. Əmanətlərin tam sığortalanmasının həmin dövrdə əsas vəzifəsi əmanət qaçısının qarşısını almaq idi və aldı da. Ancaq manatın sabitliyi fonunda əmanət qoyuluşunda artım müşahidə edilməyə başladı. Hazırda manat əmanətlərinin həcmi 2014-cü il həddinə (4,4 milyard AZN) çatmasa da 3 milyard AZN-ə qədər artıb ki, bu da 2012-ci il səviyyəsidir. Ümumi əmanət qoyuluşunun həcmi isə 8 milyard AZN-i ötüb. Bunun əsas səbəbi manatın sabitliyi və əmanətlərin tam sığortalanmasıdır.
İQTİSADÇIDAN TƏKLİF
İndi əmanətlərin tam sığortalanması barədə Qanunun uzadılıb-uzadılmaması məsələsi yəqin ki hökumətdə də müzakirə edilir, bəlkə də artıq qərar var. Fikrimcə, bu Qanun ən azı daha bir il (3 il olsa daha arzuolunandır) uzadılmalıdır. Çünki bankların bağlanması riski tam aradan qalxmayıb və əmanətçilərin proseslərə həssaslığı qalmaqdadır. Ancaq sığortalanma şərtləri dəyişməlidir. Çünki banklarda izafi likvidlik yaranıb. Yüksək faizlə əmanətləri cəlb ediblər, ancaq həmin vəsaitləri, o cümlədən digər mənbələrdən cəlb edilmiş depozitləri kreditləşməyə yönəltməkdə çətinlik çəkirlər. Ona görə də əsas diqqət resursların ucuzlaşdırılmasına yönəldilməlidir. Bunun yollarından biri sığortalanan əmanətlərin illik faiz dərəcəsi aşağı salınmalıdır.
İlk növbədə manat üzrə sığortalanan əmanətlərin illik faiz dərəcəsi yuxarı tavanı 15% saxlamaqla aşağı tavanı 10%-ə endirilməlidir. Sığortalanan əmanətlərə görə banklardan yığılan sığorta haqqının hazırki səviyyəsi (qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,125 faizi) illik faiz dərəcəsi 10% olan əmanətlərə şamil edilməlidir. Qorunan əmanətlərin illik faiz dərəcəsi artdıqca sığorta haqları da ona uyğun artırılmalıdır. İllik faiz dərəcəsi 15%-dən yüksək faizlə cəlb edilən əmanətlər isə sığortalanmamalıdır. Bu addım bir tərəfdən əmanət bazarında illik faiz dərəcələrinin azalmasını təmin edəcək, digər tərəfdən bankları yüksək faizlə əmanət cəlbi niyyətindən çəkindirəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















