Karbamid zavodunda bu il 550 min tona qədər məhsul istehsal ediləcək
"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid zavodunda bu il 500-550 min ton karbamid istehsalı nəzərdə tutulur".
Bunu Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.
Onun sözlərinə görə, zavod 3 ay sınaq rejimində işlədikdən sonra bu ilin mart ayında tam gücünə çıxacaq:
“Zavod tam gücü ilə işə düşdükdən sonra karbamidə olan daxili tələbat ödəniləcək, sonra ixraca yönəldiləcək. Bu il üçün, təxminən, 500-550 min ton karbamid istehsalı nəzərdə tutulur”.
X.Cəfərov həmçinin qeyd edib ki, Karbamid zavodu martın sonu-aprelin əvvəlində SOCAR-a tam təhvil veriləcək.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu yanvarın 16-da istifadəyə verilib.
Zavod il ərzində 435 mln. kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.
İstehsal həcminin 70%-i ixrac üçün nəzərdə tutulur. Bunun isə ölkəyə hər il 160 mln.dollara qədər əlavə gəlir gətirməsi gözlənilir.
Karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həll olma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsul digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.
SOCAR-ın Karbamid zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri, təxminən, 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilmişdir. 27 yanvar 2017-ci il tarixində Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə Societe Generale (Fransa), Deutsche Bank (Almaniya) və UniCredit (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 mln. avro məbləğində vəsait cəlb edilib. Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədi ilə SOCAR tərəfindən, təxminən, 100 mln. avro məbləğində vəsait ayrılıb.
Xatırladaq ki, Karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.
Zavodun tikintisi Cənubi Koreyanın “Samsung Engineering Co., Ltd.” şirkəti tərəfindən, ammonyak üzrə Danimarkanın “Haldor Topsoe” və karbamid istehsalı üzrə Niderlandın “Stamicarbon B.V” şirkətlərinin texnologiyası əsasında həyata keçirilib. Finlandiyanın “Neste Engineering Solutions Oy” şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 23 saat sonra
-
30 d. əvvəl
Mərkəzi Bank 2026-cı ilin sonunda inflyasiyanın hədəfindən kənarlaşacağını gözləyir
-
33 d. əvvəl
Nağd xarici valyutanın müştərilərdən alışı satışını 482 milyon dollar üstələyib
-
- 46 d. əvvəl
-
51 d. əvvəl
"Bazar, soyuducu anbar və emal sexi olmadığından meyvələrin yarısı yerdə qalır, keyfiyyətini itirir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sea Breeze-də fəaliyyət göstərəcək kazino kütləvi işə qəbula başlayıb
-
3 saat əvvəl
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və İran avtomobillərin keçid məntəqələrindən sinxron buraxılmasını müzakirə edib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mərkəzi Bank 2026-cı ilin sonunda inflyasiyanın hədəfindən kənarlaşacağını gözləyir
Mərkəzi Bank faiz qərarını açıqladı - SON DƏQİQƏ
Azərbaycanda xarici valyuta bolluğu yaranıb, Manatın möhkəmlənməsinin qarşısını almaq üçün milyardlıq müdaxilələr həyata keçirilir
Mərkəzi Bank bu gün saat 10:00-da qərarını açıqlayacaq, saat 11:00-dan sədr Taleh Kazımov açıqlamalar verəcək
Ən çox oxunanlar
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Prezident İlham Əliyev Qolf Klubun açılışında iştirak edib
Azərbaycan və İran avtomobillərin keçid məntəqələrindən sinxron buraxılmasını müzakirə edib
AZZA regionlarda genişlənir – Daha 4 bölgədə mağazası açılacaq
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
Azərbaycanın aqrar ixracında "P-AQRO"dan mühüm nəticə
Azərbaycanın tütün nəhəngi ixracını 10 milyon dollardan çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub












.webp)







