Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankı xarici mühitdəki qeyri-müəyyənliklərlə, xüsusilə neftin qiymətinin kəskin düşməsilə bağlı olaraq faiz dərəcələrinə toxunmadı. Faizlər sabit saxlanılıb.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir.
Qərara əsasən uçot dərəcəsi 9.75%, faiz dəhlizinin yuxarı həddi 11.75%, aşağı həddi isə 7.75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılmışdır. Qərar 26 dekabr 2018-ci il, saat 14.00-dan qüvvəyə minir.
Bu barədə Mərkəzi bankdan "Marja"ya daxil olmuş açıqlamada deyilir.
Açıqlamada bildirilir ki, İdarə Heyətinin pul siyasətinə həsr edilmiş son toplantısından keçən dövrdə inflyasiya azalmaqda davam etmişdir. 2018-ci ilin sonuna orta illik inflyasiyanın təxminən hazırki səviyyədə qalacağı gözlənilir.
Dayanıqlı makroiqtisadi çərçivə risklər balansında başlıca sabitləşdirici amildir. Bu şəraitdə faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması xarici mühitdəki qeyri-müəyyənliklərlə izah olunur. Perspektivdə pul siyasətinin reaksiyası inflyasiya amillərinin dinamikası, davamlılığı və ötürücülüyündən asılı olacaqdır.
İnflyasiya prosesləri. Son iki ayda inflyasiyada azalma meyili davam etmişdir. 2018-ci ilin 11 ayında orta illik inflyasiya 2.3% təşkil etmişdir ki, bu da hədəf intervalından əhəmiyyətli aşağıdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Mövsümi amillərin təsirilə noyabrda ərzaq inflyasiyası bir qədər artmışdır. Lakin qeyri-ərzaq məhsulları və pullu xidmətlərin aşağı templi qiymət dəyişimi, habelə monetar amillər bu artımı neytrallaşdırmışdır. Nəticədə aylıq inflyasiya 0.6% səviyyəsində qərarlaşmışdır.
İnflyasiya gözləntiləri və proqnozlar. İstehlak qiymətlərinin cari dinamikası və manatın dayanıqlı məzənnəsi inflyasiya gözləntilərini stabilləşdirən əsas amillər olaraq qalır. Eyni zamanda cari ildə pul siyasətinin yumşaldılması istiqamətində ardıcıl qərarlar bazar subyektlərinin inflyasiya gözləntilərinə azaldıcı təsir göstərmişdir.
Biznes sektorunun inflyasiya gözləntiləri ötən iki ayda ticarət və xidmət sektorunda azalmış, qeyri-neft emal sənayesi və tikintidə artmışdır. Ev təsərrüfatlarının inflyasiya gözləntiləri müxtəlif gəlir qrupları üzrə fərqlidir.
Son proqnozlara görə 2018-ci ilin sonuna inflyasiyanın 2.3% ətrafında qərarlaşacağı gözlənilir.
Xarici şərait. 2018-ci ilin 11 ayında xarici ticarət balansında ÜDM-in təxminən 18%-i səviyyəsində müsbət saldo yaranmışdır. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracı 11%, qeyri-neft idxalı isə 33% artmışdır.
2018-ci ilin yekunu üzrə tədiyə balansının əhəmiyyətli profisitli olacağı və ölkənin strateji valyuta ehtiyatlarının artımı gözlənilir.
Lakin, beynəlxalq konyunkturda son iki ayda yeni meyillər müşahidə edilir və neftin qiyməti cari ildəki pik səviyyəsi ilə müqayisədə əhəmiyyətli azalmışdır.
Pul-kredit siyasətinin xarici mühitində baş verən dəyişikliklər və qeyri-müəyyənliklər diqqətdə saxlanacaqdır.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
İqtisadi aktivlik. İqtisadi artım pozitiv dinamikanı saxlayır və potensial səviyyəyə yaxınlaşır. 2018-ci ilin 11 ayında iqtisadi artım 1%, o cümlədən qeyri-neft sektorunda 1.4% olmuşdur. Qeyri-neft sektorunda artım əsasən ticari sektordan qaynaqlanmışdır. Qeyri-neft sənayesində 8.7%, kənd təsərrüfatında 4.6% artım olmuşdur.
Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi qeyri-neft emalı, ticarət və xidmət sektorları üzrə yüksəlmiş, tikinti üzrə aşağı düşmüşdür. Ev təsərrüfatı üzrə sorğuların nəticələrinə əsasən istehlakçı inamı indeksi pozitiv zonadadır. Aşağı inflyasiya şəraitində əhalinin real gəlirlərinin artımı və istehlak kreditləşməsinin bərpası istehlakın artımını dəstəkləyən əsas amillərdir.
İnflyasiya riskləri. Risklər balansında tarazlıq qorunmaqdadır. Başlıca sabitləşdirici amil kimi dayanıqlı makroiqtisadi çərçivə fundamental rol oynayır.
Lakin bu balans dinamik xarakter daşıyır və bir sıra xarici və daxili proseslər inflyasiyanın artırıcı risk amillərini aktivləşdirə bilər. Xarici amillərə dünya neft bazarında qiymətlə bağlı qeyri-müəyyənliklər, ticarət tərəfdaşlarının maliyyə bazarlarında məzənnə dəyişkənliyi və bu ölkələrdə inflyasiyanın yüksəlməsi aiddir. Bunlar Azərbaycan iqtisadiyyatına ticarət, investisya axınları, pul baratları və gözləntilər vasitəsilə də təsir göstərir. İnflyasiyaya təsir edə bilən daxili amillərə daxili tələbin genişlənməsi aiddir. Nəzərdə tutulan gəlir vergisi islahatı əhalinin gəlirlərini artıra və bu əsasda iqtisadi artımı dəstəkləməklə bərabər inflyasiyanın tələb amillərini də fəallaşdıra bilər. Digər tərəfdən istehlak kreditləşməsinin aktivləşməsinin daxili tələbə və idxala təsiri makroprudensial siyasətlə qabaqlayıcı rejimdə tənzimlənməlidir.
Monetar şərait. Faiz dəhlizinin mövcud parametrləri milli valyutada yığımların cəlbediciliyini dəstəkləməklə əhalinin antiinflyasyon davranışına zəmin yaradır.
Digər tərəfdən pul təklifinin genişlənməsi makroiqtisadi sabitliyə xələl gətirmədən iqtisadi aktivliyi dəstəkləyir. 11 ayda manatla geniş pul kütləsi 13.3% artmışdır.
Mərkəzi Bank uçot dərəcəsinin və faiz dəhlizinin parametrlərinin dəyişdirilməsini inflyasiyaya xarici və daxili amillərin təsirini qiymətləndirmək əsasında həyata keçirəcəkdir.
2019-cu il üzrə Mərkəzi Bankın İdarə Heyətinin pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafiki press-relizə əlavə olunur. Bu qrafikə uyğun olaraq faiz dəhlizinin parametrləri haqqında növbəti qərar barədə 2019-cu il fevral ayının 1-də açıqlama veriləcək və mətbuat konfransı keçiriləcəkdir.
2019-cu il ərzində Mərkəzi Bankın İdarə Heyətininin pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafiki | ||
Tarix | Kommunikasiya forması | |
1 | 1 Fevral | Press-reliz və mətbuat konfransı |
2 | 15 mart | Press-reliz |
3 | 26 aprel | Press-reliz və mətbuat konfransı |
4 | 7 iyun | Press-reliz |
5 | 26 iyul | Press-reliz və mətbuat konfransı |
6 | 13 sentyabr | Press-reliz |
7 | 25 oktyabr | Press-reliz və mətbuat konfransı |
8 | 13 dekabr | Press-reliz |
UÇOT DƏRƏCƏSİ NƏDİR?
Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Bir neçə şirkət İPO ilə bağlı Bakı Fond Birjasına müraciət edib
-
7 saat əvvəl
9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - ADLARI AÇIQLANIB
-
-
7 saat əvvəl
Tezliklə ChatGPT internetdə alış-veriş edə və “PowerPoint” təqdimatları yarada biləcək
-
8 saat əvvəl
PashaPay və ASAN xidmət media nümayəndələri üçün süni zəka təlimi keçirib
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Yelo Bank”ın kredit portfeli 1 milyard manata yaxınlaşıb, faiz gəlirləri artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər

Bir neçə şirkət İPO ilə bağlı Bakı Fond Birjasına müraciət edib

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“TBC Kredit BOKT”ın lisenziyası könüllü əsasla ləğv edilib

Dövlət 3 bankda 500 milyon manat depozit yerləşdirdi
Ən çox oxunanlar

"Coca-Cola Azərbaycan" UNEC ilə memorandum imzalayıb

"Modenis" şirkətindən “eManat”ın fəaliyyətilə bağlı açıqlama

Milyonçu Fərhad Əhmədovdan gəmisinin həbsdən azad olunması üçün 6 milyon dollar rüşvət istənilib - MƏHKƏMƏ

8,5 milyon manata tikilmiş Xocalı kərpic zavodunun açılışı olub

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Şirkət yaşayış kompleksində 208 mənzil alıb, ödənişsiz olaraq işçilərinin istifadəsinə verib

Ağdamda tam orta məktəbin binasının açılışı olub, körpələr evi-uşaq bağçası istifadəyə verilib
