SOCAR və BP-də böyük qərar - BİRGƏ YARADACAQLAR
SOCAR və BP Türkiyədə yeni birgə neft-kimya müəssisəsi yaratmağı planlaşdırırlar
-BP və “SOCAR-Türkiyə” dünya miqyaslı PTA, paraksilol və aromatik karbohidrogen kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə layihəsini dəyərləndirməyə hazırlaşırlar
-Kompleks “SOCAR-Türkiyə”nin Aliağadakı Xüsusi Sənaye Zonasında yerləşəcək. Bu yaxınlarda fəaliyyətə başlamış STAR neft emalı zavodu və Petkim neft-kimya kompleksi də həmin ərazidə yerləşir
-SOCAR obyektlərinə inteqrasiya və mövcud infrastruktur layihə xərclərinin azaldılmasına imkan verəcək
-Kompleksdə BP-nin ən son sənaye texnologiyalarından istifadə olunacaq
Birgə müəssisə BP və SOCAR-ın regiondakı uzunmüddətli əlaqələri əsasında yaradılacaq
BP və “SOCAR-Türkiyə” bu gün Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar.
BP-dən "Marja"ya daxil olmuş məlumata görə, Türkiyənin qərbində, Aliağa bölgəsində tikiləcək müəssisədə ildə 1,25 milyon ton təmizlənmiş tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı nəzərdə tutulur. PTA poliester istehsalında əsas xammaldır. Poliesterlərdən ərzaq və içki konteynerlərinin, qablaşdırma materiallarının, materiyaların, foto- və kinoplyonkaların, digər istehlak və sənaye əhəmiyyətli məhsulların istehsalında istifadə olunur.
Saziş prinsipləri imzalandıqdan sonra, BP və “SOCAR-Türkiyə” planlaşdırılan müəssisənin yanında yer alan və hər ikisi “SOCAR Türkiyə” şirkətinə məxsus olan STAR zavodunun və Petkim neft-kimya kompleksinin xammal tədarükünün inteqrasiyasına imkan verəcək müəssisənin layihəsi üzərində işləməyə başlayacaqlar.
“SOCAR-Türkiyə”nin direktorlar şurasının sədri Vaqif Əliyev demişdir: “Biz 2008-ci ildə Petkimi alaraq Türkiyə bazarına daxil olmuşuq və o vaxtdan etibarən STAR zavodu, TANAP, Petlim konteyner termnalı, Petkim külək enerjisi stansiyası kimi nəhəng layihələri reallaşdırmışıq. “SOCAR-Türkiyə”nin Aliağadakı bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Xüsusi Sənaye Zonası olmuşdur. SOCAR-ın digər müəssisələri tərəfindən təmin olunan xammal və infrastrukturun yaxında olması yeni müəssisənin rəqabət gücünə əhəmiyyətli töhfə verəcəkdir. Egey dənizi sahillərində, dünya bazarının astanasında emal və neft-kimya kompleksini genişləndirməkdə məqsədimiz iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın iqtisadiyyatlarına töhfələrimizi davam etdirməkdir.”
BP qlobal aromatik karbohidrogen bölməsinin baş icraçı direktoru Luis Sierra demişdir: “Layihə irəliləyərsə, bu Qərb yarımkürəsində ən böyük inteqrə olunmuş PTA, PX və aromatik karbohidrogen kompleksi və BP-nin 20 il əvvəl Çində açdığı Zhuhai müəssisəsindən sonra ilk ən böyük aromatik karbohidrogen platforması olacaq. BP-nin ən son texnologiyaları və SOCAR-ın yeni emal zavodunun kombinasiyası Türkiyənin artmaqda olan poliester qablaşdrıma və tekstil sənayesinə xidmət edəcək görkəmli bir platformanın yaranmasına şərait yaradacaqdır. Biz yüksək rəqabət qabiliyyətinə malik obyektin tikilib istifadəyə verilməsində BP və SOCAR-ın potensialından istifadə etməyi planlaşdırırıq.”
BP və SOCAR 2019-cu ildə yekun investisiya qərarını qəbul etməyi və 2023-cü ildə yeni zavodu istifadəyə verməyi düşünür.
BP-nin ən son PTA texnologiyası digər PTA texnologiyaları ilə müqayisədə daha aşağı kapital və istismar xərclərinə malikdir. Bu texnologiya bazarda mövcud olan oxşar texnologiyalara nisbətən enerjiyə qənaət edir, daha az su işlədir və daha az bərk tullantı çıxarır.
BP və SOCAR Azərbaycanda, Türkiyədə və regionun digər yerlərində neft-qaz istehsalı və nəqli üzrə həyata keçirilən bir sıra layihələrdə uzun müddət tərəfdaşlıq edirlər. Bu il Azərbaycanda hasilata başlamış, Türkiyə və digər ölkələrə təbii qaz ixracına imkan yaratmış Sahdəniz-2 layihəsi də bu siyahıya daxildir.
“Nəzərdə tutulan yeni investisiya həm SOCAR üçün, həm də Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Türkiyənin neft-kimya bazarında bizim payımızı artırmaqla yanaşı Türkiyəyə həmin məhsulların idxalını azaltmağa imkan verəcək və nəticədə xarici ticarət kəsiri azalacaq. Bizim Türkiyədəki bütün layihələrimiz bu məqsədlə planlaşdırılmışdır”, - “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhrəmanov demişdir.
“Bu potensial yeni bribaşa investisiya Türkiyənin neft-kimya sənayesində ilk pay investisyamızdır. BP 100 ildən çoxdur ki Türkiyədə fəaliyyət göstərir. Türkiyə Şərq və Qərb, istehsalçı və istehlakçılar arasında körpü rolunu oynayır və onun sürətlə böyüyən iqtisadiyyatı cəlbedici investisiya imkanları təklif edir”, - BP Turkey-nin prezidenti Mik Stamp deyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
33 d. əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
1 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əsas səhmdarı SOCAR olan Bankın mənfəəti 2 dəfədən çox azalıb - BU BANKDA MƏNFİ TENDENSİYA BAŞ VERİB
-
2 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Əsas səhmdarı SOCAR olan Bankın mənfəəti 2 dəfədən çox azalıb - BU BANKDA MƏNFİ TENDENSİYA BAŞ VERİB
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda





















