Fermerlərə avans verilə bilər - YENİ TƏDARÜK STRATEGİYASI
Tədarük zənciri aqrar istehsalı müxtəlif iqtisadi alətlər vasitəsilə stimullaşdıran mexanizmdir. Nəzəri olaraq mərkəzləşdirilmiş dövlət satınalmalarının təşkili və kəmiyyət-keyfiyyət göstəricilərinin yüksəldilməsi makroiqtisadi tənzimləmədə mühüm əhəmiyyət kəsb edir. Bu sistemdə dövlət özü birbaşa alıcıdır və tələb-təklifin strukturunu formalaşdırır. Dövlətin nəzarətində olan müəssisələr böyük həcmdə ərzaq tələbatına malikdir, digər tərəfdən bazarlarda tez-tez baş verən “qiymət təlatümləri”nə dolayı yolla müdaxilə etmək, intervensiya yaratmaq üçün tədarük sistemi uğurlu modeldir.
Bunu açıqlamasında kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyib.
Ekspert qeyd edib ki, bu zəncirə ilkin istehsalçılar, tədarükçülər, topdansatışçılar, istehlakçılar kimi geniş seqmentli kütlələr daxildir. Özündə məhsul və xidmətlərin başlanğıc mərhələdən tutmuş son istehlakçıya çatdırılması, bu prosesdəki çoxsaylı fəaliyyətləri, insan resurslarını, texnologiyaları, şirkətləri və digər resursları ehtiva edir. Prosesdəki mərhələlər sistemli halda bir-birini izləyir: istehsal, logistika-anbarlama, təchizat prosesi, marketinq kimi proseslər sistemin dövriliyini təmin edir. Müasir yanaşmalarda tədarük zəncirinin hədəfləri bunlardır: yerli istehsalın davamlılığının təmin edilməsi, aqrar sahədə sığorta, kooperasiya, maliyyə təminatı kimi iqtisadi mexanizmləri formalaşdırmaq, dövlətin istehsalçı, istehsalçının isə dövlət qarşısında məsuliyyətini artırmaq, qiymət dəyişmələri və süni qiymət artımı zamanı bazarlara müdaxilə və resurslardan səmərəli istifadə.
Artıq iki ildir ölkəmizdə aqrar sektorda mərkəzləşdirilmiş tədarük sistemi tətbiq olunur. Prezidentin 2016-cı il 11 aprel tarixli Sərəncamı ilə ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydaları təsdiq edilib və “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yaradılmışdı. O vaxt Səhmdar Cəmiyyətin qarşısında ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emal sənayesini stimullaşdırmaq, ərzaq məhsullarının keyfiyyətini artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadə, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarında idxaldan asılılığı azaltmaq, ixracın şaxələndirilməsi və xarici bazarlarda mövqelərin gücləndirilməsi kimi hədəflər qoyulmuşdu.
Dövlətimizin başçısının 2018-ci il 14 dekabr tarixli Sərəncamı ilə əvvəlki qurum ləğv edilərək sistemin səmərəliliyinin artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan “Aqrar tədarük və təchizat” ASC-nin yaradıldığını xatırladan Nicat Nəsirli deyib: “Bu addım onu göstərir ki, çevik tədarük sisteminin qurulması dövlətin aqrar siyasətinin başlıca istiqaməti olaraq qalır. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə yeni tədarük strategiyasının vacib elementlərinə əsasən, sistem bütün kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara çıxışının asanlaşdırılmasına imkan yaratmaqla sahədəki satış qiyməti ilə son istehlakçı bazarındakı qiymət arasındakı fərqin yaxınlaşdırılmasını, kənd təsərrüfatı məhsulları bazarında qiymətlərin əlverişsiz olduğu hallarda tədarük intervensiyalarının tətbiqini, regionlarda meyvə-tərəvəz, kartof və bostan məhsulları üzrə topdansatış və logistika xidmətlərini həyata keçirən bazar infrastrukturu obyektlərinin qurulmasını təmin etməlidir.
Son iki illik təcrübəni nəzərə alaraq bundan sonrakı dövrdə tədarük strategiyasını aşağıdakı istiqamətlərdə müəyyən etmək olar:
1. Ölkə üzrə istehsalın planılaşdırılmasında iştirak: hər il regionlarda bir neçə məhsul üzrə tələbatdan artıq istehsal baş verir. Bunun qarşısını almaq üçün Aqrar Tədqiqatlar Mərkəzi, yerlərdəki DAİM-lərlə birlikdə regionların təsərrüfat xüsusiyyətlərinə uyğun istehsal kvotalarının müəyyən olunması, yerli və xarici bazar araşdırmaları üzrə fermerlərin informasiya təminatının qurulması;
2. “Tarlabaşında tədarük” siyasəti: bununla mövsümi məhsul bolluğunun qarşısının alınması və paytaxtda keçirilən yarmarkaların “tədarük yarmarkaları”na çevrilmələrinə nail olmaq;
3. Avans mexanizminin tətbiqi: kənd təsərrüfatı istehsalı mövsümi və iqlim amillərindən asılı olduğu üçün kənd adamlarının ildə bir neçə dəfə ucuz maliyyə vəsaitinə ehtiyacı olur. Bankların yüksək faizlə, bahalı girovlar qarşılığında verdikləri vəsait istehsalçı üçün əlverişli deyil, avans isə faizsiz vəsait olmaqla fermerə böyük dəstəkdir, eyni zamanda, yetişdirilən məhsulun orta bazar qiymətinə alınacağına verilən təminat rolunu oynayır. Avans mexanizmi idxaldan asılı olduğumuz məhsulların yerli istehsalına nail olmağa imkan verərək istehsalın strukturunda ciddi dəyişikliklərin edilməsinə yol açacaq.
4. Saxlama imkanlarının genişləndirilməsi: aydın məsələdir ki, ildə bir neçə dəfə baş verən qiymət dəyişmələrinin əsas səbəbi ölkədə yetərincə anbarların olmamasıdır. Ölkənin kənd təsərrüfatı məhsullarına tələbatını tam ödəmək üçün hər bir məhsul növü üzrə anbarların tikilməsi, ehtiyatların yaradılması lazımdır.
5. Şaxələndirilmiş ixrac siyasəti: kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı xüsusi yanaşmanın həyata keçirilməsi nəzərdə tutulur. Prioritet bazarların və rəqabətqabiliyyətli məhsulların müəyyənləşdirilməsi, sonra isə həmin bazarlar üzrə marketinq araşdırmalarının həyata keçirilməsi və bazarların tələbinə uyğun məhsul istehsalı və ya tədarükü sisteminin formalaşdırılması ilə bağlı müvafiq hesablamaların (ilkin texniki-iqtisadi əsaslandırmaların) aparılması, bunun nəticəsi olaraq məhsulun əlavə dəyərinin artırılması tədbirlərinin, o cümlədən qablaşdırılması, etiketlənməsi, sertifikatlaşdırılması, brendləşdirilməsi və s. işlərin yerinə yetirilməsi nəzərdə tutulur.
6. Tədarük-emal zənciri: ölkədə hər il istehsal olunan bəzi məhsullar satış perspektivinə malik deyil. Vaxtında fitosanitar tədbirlərin aparılmaması ucbatından məhsulların həm əmtəə, həm də keyfiyyəti aşağıdır. Belə məhsulları tədarük edib, satışa göndərmək mümkün deyil, həmin məhsullarım emalını quraraq dəyər zənciri yaratmaq qaçılmazdır.
7. Fermerlərin maarifləndirilməsi: təcrübələr göstərir ki, regionlarda yaşayan fermerlərin əksəriyyətində biznes yanaşmaları, fərdi təsərrüfatın uçotunun qurulması kimi qabiliyyətlər aşağı səviyyədədır. Bu göstəricilərin olmaması fermerlərə tərəfdaş yanaşmaları qurulmasına imkan vermir. Uğurlu tədarük strategiyasının qurulması üçün maarifləndirmə əsas istiqamətlərdən biridir.
8. Elektronlaşma: milyon tonlarla məhsulun hərəkətini izləmək üçün müasir texnologiyaların tətbiqi qaçılmazdır. Ölkə üzrə istehsalçıların vahid bazasının yaradılması, torpaq, məhsuldarlıq haqqında proqnozların toplanması, məhsulların anbarlara giriş-çıxışı haqda uçot sisteminin qurulması dövlət vəsaitlərindən istifadədə şəffaflığı təmin edəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 14 saat əvvəl
-
14 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
15 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















