"Faktiki 100 manat qazanca 13 manat vergi yükü olacaq"
Hökumət ayaqda dura bilməsi üçün uzun illərdir kənd təsərrüfatını vergidən azad edir. Nəzərə alsaq ki, Azərbaycanda kənd təsərrüfatı istehsalının azı 92-93%-ni əlində 1-2 hektar, ən yaxşı halda 3-5 hektar olan xırda ailə təsərrüfatları təmin edir, deməli, vergi güzəştləri xırda fermerçiliyin yararına olub. Artıq nəhəng arqoholdinqlər də vergi cənnətinə düşüblər.
2019-cu ilin yanvarından istehsalçılara verilən güzəştlərin müddəti daha 5 ilə də uzadılır:
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, bu dəfə vergi qanunvericiliyinə təklif olunan yeni dəyişiklik harada satılmağından asılı olmayaraq (bazar, yarmarka, səyyar) kənd təsərrüfatı məhsullarını satanlardan ümumi gəlirlərin 2%-i səviyyəsində sadələşdirilmiş vergi tutumağı nəzərdə tutur:
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
"Ümumi gəlirlərdən tutulmaq o deməkdir ki, məhsul satanın satışın maya dəyəri (yəni xərcləri) və ticarət əlavəsi birlikdə vergitutma obyekti olacaq. Məsələn, 1 ton almanı fermerdən 500 manata almısınız, bazar gəlib çıxmasına 50 manat xərc çəkmisiniz, 100 manat da ticarət əlavəsi gəlib satmısınız. Bu halda 650 manat ümumi dövriyyəyə görə, 13 manat vergi ödəyəcəksiniz. Faktiki olaraq 100 manat qazanca görə, 13 manat və ya 13%. 200 manat qazancınız olsa, vergi yükünüz 6.5% təşkil edəcək. Amma burda yenə də əsas vurğu onadır ki, kənt təsərrüfatı məhsulu satanın təkcə ticarət əlavəsi yox, xərcindən də vergi tutulmuş olacaq”.
İkinci bir maraqlı məqam - əgər fermer məhsulunu özü satırsa o halda da vergi tutulacaq, yoxsa satıcı qismində çıxış edən 2-ci bir şəxs satıdığı halda vergi tutulacaq. Əgər fermer satacağı halda vergi tutulmayacaqsa, o halda hansı rəsmi qurum təsdiq edəcək ki, bu məhsul həmin fermerə məxsusdur - başqasının deyil? İstənilən bir satıcının satdığı məhsulu öz məhsulu kimi rəsmiləşdirməyin qarşısını ala biləcək heç bir real mexanizm tapıla bilməz - xüsusilə də həmin zəruri təsdiqedici arayışı yerli orqanlar verəcəksə.
Üçüncü vacib məqam odur ki, hökumət kənd təsərrüfatının vergidən azad edildiyin deyir - amma reallıqda ticarətçilər həmin vergini fermerin satış qiymətində "vergi xərci" kimi güzəştə nail olmaqla onların üzərinə atacaq. Nəticədə aqrar sektor de-yure vergidən azad, de-fakto vergiyə cəlb edilmiş sahə olacaq...”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























