Zəfərandan yüksək gəlir götürmək mümkündürmü?

Vaxtilə şəninə mahnılar qoşub, süfrələrimizin bəzəyi adlandırdığımız zəfəranı indi tapmaq müşkül məsələyə çevrilib. Söhbət ölkəmizdə yetişdirilən və keyfiyyəti ilə seçilən zəfərandan gedir. Halbuki dünyada ən qiymətli kənd təsərrüfatı məhsullarından biridir və Azərbaycanda onun yetişdirilməsi üçün hər cür şərait var.
Ən keyfiyyətli zəfəran Abşeron torpağında yetişir
Tarixdən məlumdur ki, vaxtilə kiçik bir torba zəfəranın qiymətinə Həcc ziyarətinə gedib-gələnlər olub. Bu baxımdan belə qiymətli bitkinin yetişdirilməsi ixrac potensialının artırılmasında, ölkəyə əlavə valyuta gətirilməsində də mühüm rol oynaya bilər. Həm qida, həm də əczaçılıq sənayesində mühüm xammal hesab olunan zəfəranın dünya bazarında qramı növ və keyfiyyətindən asılı olaraq 5-35 avro arasında dəyişir. Lakin hazırda bu səmərəli sahə bir qədər kölgədə qalıb. Qeyd etmək yerinə düşər ki, Abşeron zəfəranının keyfiyyətinə görə tayı-bərabəri yoxdur. Düzdür, hazırda ölkəmizə İrandan gətirilmiş zəfəran da satılır. Ancaq onu Abşeron zəfəranı ilə müqayisə edənlər yaxşı bilir ki, onların arasında çox böyük fərq var. İspaniya, Portuqaliya zəfəranı keyfiyyətcə İran zəfəranından da geri qalır. Bir az yuxarıda qeyd etdiyimiz kimi, zəfəranın ən keyfiyyətlisi məhz Abşeron torpağında yetişir. Sözsüz ki, məhsulun bu qədər keyfiyyətli olmasına iqlim şəraiti də təsir göstərir.
Tarixi mənbələrə görə, zəfəran Azərbaycana VIII-IX əsrlərdə Kiçik Asiyadan gətirilib. O zaman Dərbənd ərazisində, Ağdam, Salyan və Gəncə ətrafında zəfəran becərilirmiş. Xüsusən də Abşeronun mülayim qışı, günəşli yayı və münbit torpağı zəfəranın becərilməsi üçün çox əlverişlidir. Həsən bəy Zərdabi yazırdı ki, zəfəran Azərbaycan torpağında becərilən ən qədim bitkilərdən biridir. 1927-ci ildə Bilgəhdə “Zəfəran” sovxozu da yaradılmışdı. İndi də respublikamızın müxtəlif yerlərində zəfəran becərilir. Amma bununla nəinki xarici, heç daxili tələbatı da qarşılamaq mümkün deyil. Bu da ondan irəli gəlir ki, indi sovxozlar, təsərrüfat sahələri yoxdur. Sözləri Nüsrət Kəsəmənliyə, musiqisi isə Oqtay Rəcəbliyə aid olan “Zəfəran” mahnısında deyildiyi kimi, “Açılan süfrələrdə yerin görünür hər an, zəfəran, ay zəfəran...”.
1980-1985-ci illərdə Azərbaycanda ildə 100-120 kiloqram zəfəran istehsal olunurdu. XX əsrin əvvəllərində ölkəmizdə təxminən 150 hektar ərazidə zəfəran əkilirdi. Bilgəh zəfəran sovxozunda mövsüm ərzində 252 hektarda zəfəran becərilərdi. Sonralar Abşeronda zəfəran əkinləri azalaraq 2000-ci ildə yox olma səviyyəsinə çatdı. Hazırda ölkə əhalisinin zəfərana olan tələbatı əsasən idxal hesabına ödənilir.
Zəfəran yetişdirərək onu xarici bazarda satmaq və yüksək gəlir götürmək mümkündürmü?
Bəs dünya bazarında bu bitkinin əsas istehsalçısı və ixracatçısı hansı ölkələrdir? Dünya üzrə zəfəran istehsal edən ölkələrin sırasında İran birinci yerdədir. Bu ölkə 2015-2016-cı illərdə 350 ton zəfəran istehsal edib ki, bu da dünya istehsalının 90-95 faizi deməkdir. Sonrakı yerlərdə Hindistan (10-15 ton), Yunanıstan (6-10 ton), Əfqanıstan (6 ton), Əlcəzair (3-4 ton), İspaniya (2 ton) tutur. 2015-2016-cı illərdə 95 min hektarda zəfəran əkilib.
2016-cı ildə İspaniya 53 milyon dollar dəyərində zəfəran idxal edib, bu isə dünya idxalının dəyər ifadəsində 25 faizini təşkil edir. İspaniya İrandan aldığı xam malı qablaşdıraraq, öz brendi ilə dünya bazarına çıxarır. Ən iri ixracatçı olan İran isə 2016-cı ildə xarici bazarlara 246,7 milyon ABŞ dolları dəyərində 172 ton məhsul göndərib. Əsas ixrac istiqamətləri Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Səudiyyə Ərəbistanı, Fransa, İtaliyadır. 2016-cı ildə digər əsas ixracatçılar sırasında İspaniya (77 ton), Hindistan (33 ton), Əfqanıstan (10 ton) yer alıb.
Zəfəran bazarına azad rəqabət hökm sürdüyündən, mənşəyindən və keyfiyyətindən asılı olaraq, bir kiloqram zəfəranın topdansatış qiyməti 2-5 min ABŞ dolları arasında dəyişir.
Azərbaycanda da zəfəran istehsalının artırılması üçün müvafiq potensial var. Ölkəmizdə bir hektar ərazidə zəfəran becərilməsi üçün 2-2,5 ton soğanaq tələb olunur. Bir kiloqram soğanağın qiyməti isə təxminən 5 manatdır. Beləliklə, təkcə toxum xərci 10–12,5 min manat təşkil edir. Ümumiyyətlə, Azərbaycanda il ərzində bir hektar zəfəran sahəsindən 2-2,5 kiloqram məhsul əldə etmək mümkündür. Bu isə o deməkdir ki, zəfəran becərən sahibkara ilk olaraq 15 min manata yaxın vəsait lazımdır. Sahibkar iki il ərzində zəfəran yetişdirməklə xərclərini çıxara, növbəti üç ildə isə böyük məbləğdə mənfəət əldə edə bilər.
Zəfəran istehsalı ilə bağlı Dövlət Proqramı hazırlanacaq
Azərbaycanda zəfəran istehsalının genişləndirilməsi ilə bağlı Dövlət Proqramının hazırlanması planlaşdırılır. Bu barədə danışan Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Fərman Kərimov deyib: “Hazırda Azərbaycanda zəfərana olan tələbat daha çox İrandan ucuz idxal hesabına ödənilir. Halbuki yerli məhsulun keyfiyyəti nəinki İranda, hətta İspaniya və İtaliyada yetişdirilən zəfəranın keyfiyyətindən yüksəkdir. Daxili bazardan İranın saxta və keyfiyyətsiz zəfəranı yığışdırılsa, yerli fermerlərin məhsullarına tələbat da artar. Bununla da, nəinki daxili tələbat ödənər, həm də ixrac hesabına ölkəyə valyuta daxil olar. Bütün bu perspektivləri nəzərə alınaraq, zəfəranla bağlı Dövlət Proqramının hazırlanması, bu sahədə seleksiya və toxumçuluq işlərinin görülməsi nəzərdə tutulub”.
Onun sözlərinə görə, hazırda ölkədə zəfəran əkini sahələri SSRİ dövrü ilə müqayisədə təxminən 30 dəfə azdır: “Əvvəllər Bakı, Gəncə və Şəkildə 430 hektar ərazidə zəfəran əkilib. Hazırda yalnız Bakının Zirə qəsəbəsində 6,5 hektar ərazidə zəfəran yetişdirilir. Bu rəqəmin 12 hektara çatdırılması nəzərdə tutulub. Bundan başqa, SSRİ dövründə Bilgəh qəsəbəsində zəfəran sovxozu var idi. Ondan da 8 hektar qalıb. Əvvəllər Azərbaycanda ildə 600 kiloqram zəfəran istehsal olunardı, hazırda bu rəqəmin nə qədər olduğu məlum deyil. Bununla bağlı statistikanın aparılmasına gələn ildən başlanacaq”.
Fərman Kərimov onu da qeyd edib ki, gələcəkdə zəfəran istehsalçılarına subsidiya da verilə bilər. “Nazirlər Kabinetinin subsidiya ilə bağlı qərarında zəfəran istehsalının stimullaşdırılması məsələsi yer almayıb. Gələcəkdə bu məsələnin həmin qərara salınmasını təklif edəcəyik. Çünki kifayət qədər vacib sahədir. Zəfərandan 300 adda dərman preparatı hazırlanır. Bunlar əsasən ürək-damar və onkoloji xəstələri üçündür. Həmçinin zəfəran 50-yə yaxın şirniyyat növünün tərkibində istifadə edilir. Bir müddət əvvəl ölkədə zəfəran balını istehsal etməklə bağlı təklif irəli sürülmüşdü. Sözügedən addım reallaşsa, bu, Azərbaycanın brendi ola bilər”, - deyə nazirliyin rəsmisi əlavə edib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 14 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"BRAND CREDIT BOKT" istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir - ŞƏRTLƏR
Son Xəbərlər

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Ən çox oxunanlar

"BRAND CREDIT BOKT" istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir - ŞƏRTLƏR

Azərbaycanın Avropa Bankından cəlb etdiyi borc 13 %-dən çox azalıb

“Ümid-Babək” yatağında qiymətləndirmə quyusunun qazılması bu ilin sentyabrına planlaşdırılıb

Amazon-un satışları və mənfəəti artıb

Azər Türk Bankdan müştərilər üçün yeni cashback

Sabahın hava proqnozu açıqlanıb
