Ölkəyə 140 min tona yaxın mineral gübrə gətirilib
Torpağın münbitliyinin qorunub saxlanılması, onun tələb olunan mineral elementlərlə qidalanmasının təmin edilməsi və aqrokimyəvi qulluğun vaxtında aparılması kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının vacib amillərindəndir. Bunu nəzərə alan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti şum, səpin və becərilmə işlərinin həyata keçirilməsi zamanı aqrar sektorun mineral gübrələrə olan tələbatının ödənilməsini və müvafiq qaydalara uyğun satışını daim diqqət mərkəzində saxlayır.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdiri Musa Hüseynov bildirib ki, bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 mart tarixli Sərəncamına əsasən, satış qiymətinə tətbiq edilən güzəştin yuxarı həddinin mineral gübrələr üçün 50 faiz, pestisidlər üçün isə 5 dəfə artırılması məhsul istehsalçıları tərəfindən rəğbətlə qarşılanıb.
Musa Hüseynov qeyd edib ki, qeyri-neft sektorunun əsasını təşkil edən kənd təsərrüfatının inkişafı, iri taxılçılıq təsərrüfatlarının, aqroparkların yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə qaytarılması, tütünçülük, baramaçılıq, çəltikçilik, üzümçülük və sair sahələrin inkişafına dair Dövlət proqramlarının icrası ilə bağlı fermerlərin mineral gübrələrə tələbatı da artıb. Bu tələbatı nəzərə alaraq, Səhmdar Cəmiyyət tərəfindən cari ildə 178 min ton gübrə, o cümlədən 120 min ton ammonium nitrat (azot), 20 min ton nitroammofoska, 30 min ton ammofos, 4 min ton karbamid, 2 min ton ammonium sulfat, 2 min ton kalium sulfat gübrələrinin alınması üçün müqavilələr bağlanıb və 138,9 min ton mineral gübrələrin ölkəyə gətirilməsi təmin olunub. Təkcə cari ilin müvafiq dövründə “Aqrolizinq” ASC tərəfindən 126 min ton, o cümlədən 66,5 min ton ammonium nitrat (azot), 21,9 min ton nitroammofoska, 25,6 min ton ammofos, 10,1min ton karbamid, 0,06 min ton kalium sulfat, 1,4 min ton ammonium sulfat, 0,5 min ton superfosfat gübrələrinin güzəştli satışı həyata keçirilib. 2016-cı ildə 26 milyon manat dəyərində 73 min ton, 2017-ci ildə 44,4 milyon manat dəyərində 65,5 min ton mineral gübrələrin alınması üçün müqavilələr bağlandığı halda, 2018-ci ildə 109 milyon manat dəyərində 178 min ton müxtəlif növ mineral gübrələrin alınması üçün müqavilələr bağlanıb. "Aqrolizinq”in xətti ilə gətirilən mineral gübrələr və pestisidlər hesabına kənd təsərrüfatı istehsalçılarının təminatı xeyli yaxşılaşıb, aqrotexniki xidmətin dairəsi genişlənib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
-
17 d. əvvəl
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
-
-
19 d. əvvəl
Azərbaycandan fındıq ixracının həcmi 22% azalıb, gəlir isə 19,5% artıb
-
32 d. əvvəl
30 gün, 30 000 kilometr: JAECOO J8 SHS Azərbaycanda canlı yayımda sınaqdan keçdi
- 47 d. əvvəl
-
53 d. əvvəl
Pomidor ixracının həcmi azalıb, gəlir 15 milyon dollar artıb
-
54 d. əvvəl
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Alma ixracı azalıb, gəlir isə yüksəlib
Şəhərin tam mərkəzində mənzil almaq istəyənlər üçün əla fürsət ®
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Azərbaycanın neft və neft məhsulları ixracından gəliri artıb
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
Ən çox oxunanlar
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib

























