Zəmi Günü keçirilib, yeni CLAAS kombaynı təqdim edilib - FOTOLAR
(®) Beyləqan rayonunun Türklər kəndi ərazisində Almaniyanın CLAAS şirkəti və Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramına həsr edilən Zəmi Günü keçirilib.
Tədbirdə texnikanın innovativ imkanları göstərilib, Almaniyadan dəvət olunmuş aqrar mütəxəssislər tərəfindən südlük iribuynuzlu heyvanlar üçün düzgün yem tədarükü, Azərbaycanın iqlim və münbitlik şəraitində yüksək keyfiyyətli yemlərin istehsalı yolları ilə bağlı master-klasslar təşkil olunub.
Dünyanın ən yeni silos kombaynlarından olan JAGUAR 850 iş prosesində göstərilib, CLAAS traktorlarının LEMKEN kotanları, diskatorları və əkin texnikası ilə birlikdə manevrliliyi və unikal imkanları praktiki olaraq sınanıb.
Tədbiri giriş sözü ilə CLAAS Global Sales GmbH regional ixrac meneceri Vasili Zayder açıb. Daha sonra PPMA GmbH & Co.KG aqro-iqtisadçısı Bernd Henn yemin düzgün qaydada tədarük edilməsi, yüksək keyfiyyətli yemlərin hazırlanması, həmçinin texnoloji olaraq effektiv yem kombaynının seçiminin keyfiyyətli yemin əldə edilməsi üçün vacibliyi ilə bağlı təlim xarakterli master-klass keçirilib.
(Biznes-lançdan sonra) CLAAS Global Sales GmbH məhsul meneceri Yorq Vesselman CLAAS JAGUAR 850 kombaynının təqdimatını keçirib və silosbiçən texnika ilə işin incəliklərini göstərib, zəmidə qarğıdalı silosunun biçilməsinin özəlliklərdən danışıb. Bu zaman zəmidəki kombaynların işini tam olaraq izləyən və sənədləşdirən, müştərilərə effektiv şəkildə işgüzar proseslərini qurmağa imkan verən innovativ CLAAS Telematics telemetrik sistemi də təqdim edilib.
Bütün maraqlananlar üçün texnikaya test-drayv təşkil olunub.
Texnikanın nümayişindən əlavə, Zəmi Gününün bütün dəvətli ziyarətçilərinə qeyri-rəsmi şəraitdə bir-biri ilə, həmçinin CLAAS şirkətinin Azərbaycandakı servis tərəfdaşı olan “4S” şirkətinin nümayəndələri ilə ünsiyyət qurmağa, məhsullar və ehtiyat hissələri ilə bağlı təfsilatlı məlumat almağa, maraq doğuran texnika ilə bağlı biznes-təkliflər almağa tam imkanlar yaradılıb.
CLAAS şirkəti kənd təsərrüfatı texnikasının aparıcı istehsalçılarındandır.
Zəmi Günü formatlı tədbirin Azərbaycanda bu miqyasda keçirilməsi bir ilkdir. Bundan sonra da davamlı olaraq kənd təsərrüfatı sektorunda inkişaf və innovasiyaları təmin edəcək bu tip tədbirlərin keçirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 40 d. əvvəl
-
54 d. əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
17 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 18 saat əvvəl
-
19 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
19 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Ən çox oxunanlar
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















