"İki ildən sonra xaricdən idxalı dayadıracağıq"
Əkrəm Fətəliyev: İki ildən sonra ölkəmizə xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq
Oktyabrın 28-də Qax rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında da iştirak ediblər.
Stansiyanın direktoru Əkrəm Fətəliyevlə görüşüb, müəssisənin gələcək fəaliyyəti barədə maraqlandıq.
Direktor bildirib ki, regionların sosial-iqtisadi inkişafının təmin olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezidentin bilavasitə diqqət və qayğısı ilə tam şəkildə yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyası respublikamızda baramaçılığın və ipəkçiliyin inkişafına tezliklə öz töhfəsini verəcək.
İpəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkilinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Əkrəm Fətəliyev deyib: “1997-ci ilədək respublikamızın barama zavodlarını və kümçüləri tut ipəkqurdu toxumu ilə bu stansiya təmin edirdi. Stansiyada hazırlanan elit ipəkqurdu toxumu barama zavodlarına göndərilir və ondan hibrid toxum əldə olunurdu. Məlum səbəblər üzündən stansiya uzun illər fəaliyyət göstərmədi. Son illər kümçülərin damazlıq barama toxumu ilə təmin edilməsi Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən və bu stansiyada inkubasiyaya qoyulan toxumlardan alınan ipəkqurdu hesabına həyata keçirilir. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq, bu işlər stansiyanın özündə təşkil olunacaq”.
Direktor bildirib ki, bu proses mərhələli şəkildə aparılacaq. Yaxın iki il ərzində stansiyada tut ipəkqurdu cins və hibridlərinin hazırlanması və çoxaldılması, bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması işləri həyata keçiriləcək. Kümçüləri təmin etmək üçün növbəti iki il ərzində Çin Xalq Respublikasından yenə də müqavilə əsasında müəyyən miqdarda hibrid ipəkqurdu toxumları alınaraq ölkəmizə gətiriləcək və bu stansiyada inkubasiyaya qoyulacaq. 2021-ci ildən etibarən isə Qax Damazlıq İpəkçilik Stansiyası barama toxumu zavodlarını və kümçüləri yerli istehsal hesabına elit və hibrid barama toxumları ilə tam şəkildə təmin edəcək.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 d. əvvəl
- 4 d. əvvəl
-
-
37 d. əvvəl
Ziraat Bank Azərbaycan çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
İran müharibəsinin Pentaqona xərci 38 milyard dollara çatıb
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan idxalının dörddə biri Çindən gəlir
Ən çox oxunanlar
Meyvə-tərəvəz ixracı 637 milyon dolları keçib
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb


























