Rusların Azərbaycanda 262 milyonu “buxarlandı”

Gəlirləri xərclərini ödəməyən, əməliyyatları zərərli olan, aktivləri və kredit portfeli azalan və böyük məbləğdə zərər açıqlayan bank - VTB AZƏRBAYCAN
2018-ci ilin əvvəlində Rusiya bankı VTB, Azərbaycandakı törəməsi Bank VTB (Azərbaycan)-ın kapitalını 265 milyon manat məbləğində artırımışdı. “Marja” xəbər verir ki, bu kapitalın böyük hissəsi problemli kreditlərə görə “buxarlanıb”.
“Marja” Bank VTB (Azərbaycan)-ın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, Bank cari ilin yanvar-sentyabr dövründə ehtimal olunan depozit və kredit itikiləri üzrə yaradılan ehtiyata 231 milyon manat ayırıb. VTB (Azərbaycan)-ın əməliyyat mənfəəti olmadığından bu ayırma səhmdarın vəsaitindən silinib.
VTB (Azərbaycan)-ın nizamanmə kapitalı 315 milyon 815 min manat təşkil etsə də keçmiş illərin 11 milyon 87 min manat zərəri və 2018-ci ilin 250 milyon 847 min manat zərəri (cəmi 261 milyon 934 min manatlıq zərər) nəticəsində məcmu kapital 53 milyon 142 min manata düşüb. Əgər, kreditlərdə ehtimal olunan itiki baş verməsə və geri ödənilsə kapitaldan götürülmüş vəsait azad olur və gəlirə əlavə edilir. VTB (Azərbaycan)-da bu ehtimalın az reallaşacağı gözlənilir. Çünki müştərilərə verilmiş kreditlərin böyük hissəsi “batıb” və bank bu vəsaiti yaratdığı ehtiyat hesabına ödəyib.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÖDƏMİR
Bank VTB (Azərbaycan) gəlir formalaşdırmaqda da çətinlik çəkir. Bankın gəlirləri xərclərini ödəmir. Belə ki, Bank cari ilin 9 ayında 5 milyon 930 min manat faiz gəliri əldə edib. Faizlər və onlara bağlı xərclər isə 7 milyon 778 min manat təşkil edib. Nəticədə, 1 milyon 847 min manat xalis faiz zərəri yaranıb.
Bank VTB (Azərbaycan) qeyri-faiz əməliyyatları üzrə 5 milyon 512 min manat zərər edib. Üstəlik Bankın qeyri-faiz xərcləri (əməliyyat və inzibati xərclər daxil) 12 milyon 348 manat təşkil edib. Faiz, qeyri-faiz zərəri və xərclər daxil cəmi 19 milyon 708 min manat əməliyyat zərəri yaranıb. 231 milyon 139 min manat da ehtiyatlara vəsait ayrıldığından Bank 250 milyon 847 min manat xaliz zərər yazıb.
BANK KƏSKİN KİÇİLİB
9 ay ərzində Bank VTB (Azərbaycan)-ın kredit portfeli 225 milyon 699 min manat və ya 80% azalaraq 55 milyon 477 min manata düşüb. Bankın cəmi aktivləri isə 397 milyon 211 min manatdan 144 milyon 371 min manata geriləyib.
BORCLARININ BÖYÜK HİSSƏSİNİ QAYTARIB
Bu ilin 9 ayı ərzində Bank VTB (Azərbaycan) digər bankların 137 milyon 289 min manat depozitlərinin 137 milyon 279 min manatını və banklardan cəlb etdiyi 131 milyon 267 min manat kreditin 123 milyon 873 min manatını qaytarıb. Ehtimal ki, bu borclar yaradılmış ehtiyat hesabına qaytarılıb.
Hazırda Bank VTB (Azərbaycan) Mərkəzi Bank tərəfindən təyin olunmuş normalara cavab verir. I dərəcəli kapitalın adekvatlıq əmsalı üzrə norma 5%, məcmu kapitalın adekvatlıq əmsalı üzrə norma 10% olsa da, bu nisbətlər Bankda müvafiq olaraq 29,72% və 30,22% olub.
Hazırda Bank VTB (Azərbaycan)-ın qarşısındakı ən əsas məsələ mənfəətə çıxmaq üçün gəlirlərini xeyli artırmaqdır. Rəqabətin artdığı və kredit şərtlərinin nisbətən ağır olduğu dövrdə, bu, çətin görünür. Əgər Bankın əməliyyat zərəri daha da artarsa məcmu kapital aşağı düşə bilər.
Bank VTB (Azərbaycan) ASC-nin səhmlərin payı aşağıdakı kımidir:
Bank VTB (PSC) – 99,9999 %
Fiziki şəxs – 0,0001%.
MƏNFƏƏT VƏ ZƏRƏR
min manatla | III rub 2018 |
İlin əvvəlindən hesabat tarixinə qədər | |
Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi | 5 930,88 |
Faizlər və onlara bağlı xərclər, cəmi | 7 778,66 |
Xalis faiz mənfəəti (zərəri) | -1 847,78 |
Qeyri-faiz gəlirləri, cəmi | - 5 512,02 |
Qeyri-faiz xərcləri, cəmi | 12 348,02 |
Xalis əməliyyat mənfəəti (zərəri) | - 19 707,82 |
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | 231 139,28 |
Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər) | - 250 847,10 |
Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi | |
Vergilər ödənilənədək xalis mənfəət (zərər) | - 250 847,10 |
Mənfəətdən ödənilən vergilər | |
Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) | - 250 847,10 |
AKTİVLƏR | Min manatla |
III RUB 2018 | |
Nağd vəsaitlər | 8 148,44 |
Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar) | 32 992,90 |
Banklara verilmiş kreditlər | - |
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi | 16 463,12 |
Qiymətli kağızlara investisiyalar | 20 860,68 |
Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla) | 55 477,52 |
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər | 676,82 |
Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi | 868,81 |
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər | 1 622,71 |
Digər aktivlər | 7 260,33 |
CƏMİ AKTİVLƏR | 144 371,32 |
ÖHDƏLİKLƏR | |
Depozitlər | 49 631,59 |
AMB-nın banka qarşı tələbləri, cəmi | - |
Digər bankların tələbləri (“Loro" hesabları), cəmi | 20 722,61 |
Banklar və digər maliyyə institutlarının kreditləri | 7 394,55 |
Bankların depozitləri | 90,65 |
Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi | 10 298,63 |
Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri | |
Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla) | |
Digər passivlər | 1 468,60 |
CƏMİ ÖHDƏLİKLƏR | 89 606,64 |
KAPİTAL | |
Xüsusi kapital, cəmi | 53 880,57 |
a) dövriyyədə olan adi səhmlər | 315 815,00 |
b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla) | |
c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq | |
d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi | - 261 934,43 |
Ümumi ehtiyatlar, cəmi | 884,11 |
Cəmi kapital | 54 764,68 |
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL | 144 371,32 |
Kapitalın strukturu, min manatla
III rüb 2018 | ||
I dərəcəli kapital : | 53 880,57 | |
Adi səhmlər | 315 815,00 | |
Keçmiş illərin mənfəət/zərəri | - 11 087,33 | |
Cari ilin zərəri | - 250 847,10 | |
I dərəcəli kapitaldan tutulmalar | 1 622,71 | |
Tutulmalardan sonra I dərəcəli kapital | 52 257,86 | |
II dərəcəli kapital : | ||
Ümumi ehtiyatlar | 884,11 | |
Cari ilin mənfəət | - | |
Kapitalın digər vəsaitələri | - | |
II dərəcəli kapitalın cəmi | 884,11 | |
Məcmu kapital | 53 141,97 | |
Risk dərəcəsi üzrə ölçülmuş aktivlər | 175 514,22 | |
III rüb 2018 | AR MB tərəfindən təyin olunmuş norma | |
I dərəcəli kapitalın adekvatlıq əmsalı | 29,72% | 5% |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 d. əvvəl
-
1 gün əvvəl
Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək
-
1 gün əvvəl
"Almet Trading" MMC-nin "AlmetTradingBaku" ASC və "Metalist" MMC ilə heç bir əlaqəsi yoxdur"
-
-
1 gün əvvəl
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
- 2 gün əvvəl
-
2 gün əvvəl
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Makron: Fransa Bakı və İrəvanın sülh sazişi imzalamaq səylərini dəstəkləyir
-
2 gün əvvəl
Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 23 %-dən çox azalıb
-
2 gün əvvəl
Biləcəridə faizsiz kreditlə mənzil satışları davam edir - "Kristal Abşeron
-
2 gün əvvəl
Avropa bankı Azərbaycan bankına 5 milyon dollarlıq limit ayırdı
Son Xəbərlər

Rəsmi məzənnələr açıqlandı

Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək

Kirayə mexanizmi ilə daha 157 təmirli mənzili vətəndaşlara təqdim olunur - AYLIQ 954 MANATDAN BAŞLAYIR

Avropa bankı Azərbaycan bankına 5 milyon dollarlıq limit ayırdı
Ən çox oxunanlar

Prezident İlham Əliyev Nikol Paşinyanla görüşüb

Sabahın hava proqnozu açıqlanıb

Oğurluğa görə cəza sərtləşdirilir

4 ASC-nin Müşahidə Şurası seçiləcək

"Diqlas"ın yerində yeni ticarət mərkəzinin tikintisinə icazə verilib
