Tələblərə cavab verməyən daş karxanalarının bağlanması üçün vəsatət qaldırılacaq
"Qoyulan tələblərə cavab verməyən, müasir texnologiyalardan istifadə etməyən daş karxanaları barəsində yaxın vaxtlarda qanunamüvafiq tədbirlər görüləcək, fəaliyyətlərinin dayandırılması üçün müvafiq orqanlar qarşısında vəsatət qaldırılacaq".
Bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.
O bildirib ki, paytaxtda havanı bürüyən toz-dumanı lokal xarakterlidir və onun əsas mənbələrindən biri şəhəri əhatə edən daş karxanalarıdır: "Bununla bağlı da nazirliyə əhali tərəfindən çoxlu sayda şikayətlər daxil olur. Daş karxanalarındakı mövcud vəziyyətlə əlaqədar nazirlik tərəfindən araşdırmalar aparılıb, istismar sahələrində və ətraf ərazilərdə monitorinqlər keçirilib. Artıq ictimaiyyətə də məlumdur ki, araşdırmaların nəticəsində müəyyən edilib ki, əksər daş karxanalarının fəaliyyəti hüquqi və normativ tələblərə cavab vermir, istismar sahələrində ekoloji norma və qaydalara riayət edilmir. Ətraf mühitə, təbiətə ziyan vurulur, böyük həcmdə toz kütləsinin ətrafa yayılmasına şərait yaradılır. Bu da ətraf ərazilərdə yaşayan sakinlərin, bütövlükdə Bakı əhalisinin sağlamlığına, paytaxtın ekoloji mühitinə olduqca mənfi təsir göstərir. Bütün bunlara səbəb daş karxanalarının elementar normalara əməl etməməsi, istifadə olunan avadanlıqların müasir tələblərə cavab verməməsidir. Karxanaların demək olar ki, hamısında ötən əsrin 60-ci, 70-ci illərindən qalmış avadanlıq və texnologiyadan istifadə olunur".
R.Bağırov deyib ki, nazirlik tərəfindən bütün bu pozuntular karxana istismarçılarıın diqqətinə çatdırılıb, görüşlərdə karxanalardakı təbiətə və insanlara zərər verən mövcud vəziyyət izah olunub: "Karxana istismarçılarına yeni və müasir tələblərə cavab verən texnologiyalarla işləmələri tövsiyə edilib. Lakin xeyli müddət ötməsinə baxmayaraq istismarçılardan heç biri bu istiqamətdə addım atmayıb. Nazirlik xeyli vaxtdır ki, səbr göstərib, karxana sahibkarlarının istismar sahələrində müasir tələblərə cavab verən texnologiyalarla fəaliyyətlərini qurmasını gözləyib".
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 54 d. əvvəl
-
-
56 d. əvvəl
Azərbaycan-Rusiya ticarətində ciddi geriləmə - İdxal təxminən 1 milyard dollar azalıb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Ərzaq idxalı 1,83 milyard dollara çatıb – ümumi idxal azalsa da, ərzaq artır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
16 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanın Hindistana ümumi ixracı 249 dəfə artıb
Azərbaycan eyni həcmdə qaza görə daha az gəlir əldə edib
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




























