“Eşşəklərimiz Bethovenə, Baxa qulaq asırlar” - EŞŞƏK FERMASINDAN REPORTAJ
Kleopatranın gözəlliyi ilə bağlı deyilmiş rəvayətlərdən biri də belədir ki, o, hər gün eşşək südündə vanna qəbul edirmiş.
Gündə cəmi bir ovucluq süd verən heyvanların bu məqsədlə istifadəsi o qədər real görünməsə də, ölkəmizdə də eşşək südünün xalq təbabətində öz yeri var.
Astma, göy öskürək kimi xəstəliklərə çarə olaraq məsləhət görülən bu vasitə artıq daha əlçatandır. Belə ki, Bakıda yeni yaradılmış eşşək ferması pasterizə edilmiş südü müştərilərin ünvanına çatdıracağını vəd edir.
Biz də eşşək fermasında olub yaradılmış şəraitlə yaxından tanış olduq.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, eşşəklərin gözləri nə qədər gözəldirsə, qoxusu bir o qədər ağır və qalıcıdır. Odur ki, həmsöhbətimiz, fermanın nümayəndəsi Ülvi Hidayətzadə bizə fermanın içində çox qalmamağı məsləhət görür: “Qoxusu qalıcıdır və yuyulmadan getmir”.
Təəssüf ki, biz Ülvi bəyin xəbərdarlığının necə vacib olduğunun fərqinə fermadan çıxandan sonra vardıq.
Ferma haqqında onu deyə bilərik ki, paytaxtda ilk dəfə yaradılan bu müəssisə bir neçə aydır ki, qurulub. Ölkənin müxtəlif ərazilərindən sağlam eşşəklər alınaraq buraya gətirilib. Hazırda fermada 100-ə yaxın heyvan var:
“Heyvanlarımız tam sağlamdır, yoxlanılıb və hamısı peyvənd olunub. Baytarlıqda qeydiyyyatdan keçmişik. Bu heyvanlara baxmağın çətin tərəfi odur ki, çox az süd verirlər. Günə 100-150 qram. Ən yaxşı halda isə 200 qram. Çəkilən xərclə əldə olunan südün arasında elə də fərq yoxdur”.
Müəssisə nümayəndəsinin sözlərinə görə, eşşək fermasının yaradılması gəlir baxımından riskli bir addım olsa da, ölkədə eşşək südünə tələbatın çox olması onları bu addımı atmağa sövq edib:
“Biz də qərara aldıq ki, belə bir ferma yaradaq. Xaricdə həm qida kimi, həm də kosmetoloji sahədə eşşək südündən geniş istifadə olunur. Müraciətlər çoxdur. Lakin biz hələ ki, Qida Təhlükəsizlik Agentliyindən cavab gözlədiyimiz üçün bazara çıxmırıq. İstəyirik ki, hər şey qanunauyğun olsun”.
Həqiqətən də fermada olduğumuz müddət ərzində Ülvi bəyin telefonu, demək olar ki, susmadı. Hələ bazara çıxa bilmədiyi üçün o xeyli müştəriyə “yox” cavabı verməli oldu:
“Adətən həkimlər göy öskürəyə, astmaya qarşı eşşək südü məsləhət görür. Südümüz pasterizə olunaraq 200 və 500 qramlıq xüsusi şüşə butulkalarda satılacaq. 200 qramlıq şüşələrdəki südün qiyməti 16 manat, 500 qramlıq şüşələrdəki südün qiyməti isə 40 manata nəzərdə tutulub. Hər hansı bir qatqı qatılmadığından saxlanma müddəti 4-5 gündür”.
Müəssisə yaxın gələcəkdə eşşək südündən müxtəlif kosmetoloji vasitələr hazırlayaraq ölkə brendi kimi bazara çıxmağı istəyir: “Bazardan asılı olaraq tələb yarandıqda üz üçün sabunlar, kremlərin əldə olunması gözlənilir.
Bu yaxınlarda xarici mətbuatda da dərc olunub ki, Roma Papası da özü üçün xüsusi uzunqulaqlar saxlayır, onların südündən içir.
Eşşək pendiri də dünyanın ən bahalı ərzaqlarındandır. Hazırda elə bir planımız olmasa da, gələcəkdə tələbat olarsa, pendir də hazırlaya bilərik”.
Sən demə, eşşəklərin görünməyən kaprizləri də var imiş:
“Çox hissiyyatlı heyvandır. Məsələn oxşaya-oxşaya tumarlayaraq ondan süd almaq olar. Hətta biz burada səs sistemi yaratmışıq. Onlara klassik musiqilər qoyuruq, Bethovenə, Baxa qulaq asırlar. Gərək nazıyla oynayasan”.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 d. əvvəl
Nəhəng neft şirkətinin rəhbərindən xəbərdarlıq: "Fəlakət ola bilər"
-
-
20 d. əvvəl
Unibank Yel çərşənbəsi münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir
-
24 d. əvvəl
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
1 saat əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Nəhəng neft şirkətinin rəhbərindən xəbərdarlıq: "Fəlakət ola bilər"
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb























