“Kapital Bank”ın gəlirləri və xalis mənfəəti artıb - YENİ RƏQƏMLƏR
“Kapital Bank” ASC 2018-ci ilin 9 ayını 71 milyon 92 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin eyni dövründə 57 milyon 636 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, Bankın xalis mənfəəti 13 milyon 456 min manat və ya 23,3% artıb.
"Kapital Bank" 2016-cı ilin 9 ayını isə 41 milyon 511 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” Bank maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövründə Bankın cəmi gəlirləri 344 milyon 787 min manat (faiz gəlirləri 234 milyon 57 min manat, qeyri-faiz gəlirləri 110 milyon 730 min manat), xərcləri isə 178 milyon 424 min manat təşkil edib. Xərclər gəlirlərdən çıxıldıqda Bankın 166 milyon 363 min manat əməliyyat mənfəəti qalıb.
"Kapital Bank" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 76 milyon 414 min manat ayırıb. Nəticədə Bankın mənfəəti (vergidən öncə) 89 milyon 949 min manata düşüb. Mənfəətdən 18 milyon 857 min manat mənfəət vergisi ödənilib. Nəticədə də Bank 71 milyon 92 min manat xalis mənfəət əldə edib.
2017-ci ilin yanvar-sentyabr dövründə Kapital Bankın cəmi gəlirləri 291 milyon 45 min manat (faiz gəlirləri 194 milyon 704 min manat, qeyri-faiz gəlirləri 93 milyon 343 min manat), cəmi xərcləri isə 169 milyon 927 min manat təşkil etmiş, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 47 milyon 647 min manat ayrılmışdı.
Ötən ilin 9 ayı ilə müqayisədə cari ildə “Kapital Bank”ın cəmi gəlirləri 18%, o cümlədən faiz gəlirləri 20%, qeyri-faiz gəlirləri 15% artıb.
AKTİVLƏRİ 3,5 MİLYARD MANATA YAXINLAŞIB
30 Sentyabr 2018-ci il tarixində “Kapital Bank” ASC-nin cəmi aktivləri 3 milyard 457 milyon 534 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 432 milyon 399 min manat və ya 14,3% çoxdur.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 Sentyabr 2018-ci il tarixində “Kapital Bank”ın aktivlərinin 40%-ni və yaxud 1 milyard 380 milyon 270 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin 30 Sentyabr tarixində Bankın kredit portfeli 1 milyard 220 milyon 72 min manat idi. Beləliklə, müştərilərə verilən kreditlər 13% artıb.
Sentyabrın sonuna "Kapital Bank"ın cəmi öhdəlikləri isə 3 milyard 134 milyon 40 min manat olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% çoxdur. Bankın öhdəliklərinin 85%-ni və yaxud 2 milyard 674 milyon 820 min manatını depozitlər təşkil edib. Son 1 ildə Bankın depozit portfeli 19,5% böyüyüb.
Sentyabrın sonuna “Kapital Bank”ın cəmi balans kapitalı isə 323 min 494 min manat təşkil edib ki, bu da illik müqayisədə 12,4% çoxdur.
30 Sentyabr 2018-ci il tarixində "Kapital Bank" ASC-nin məcmu kapitalı 295 milyon 301 min manat təşkil edib. ötən ilin Sentyabrında Bankın məcmu kapitalı 249 milyon 586 min manat idi.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 56 d. əvvəl
-
1 saat əvvəl
NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
Ən çox oxunanlar
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır

























