Dövlət məmurlarına arxalanan sahibkarlara bəd xəbər - "Çox ciddi şəkildə cəzalandırılacaq"

“Vergi orqanlarında da ciddi struktur islahatları aparılır”.
"Marja" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“Mən qeyd etməliyəm ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”.
“ƏVVƏLLƏR ÇOX BÖYÜK POZUNTULAR OLUB”
Prezident bildirib ki, uçot sisteminin yaradılması prioritet məsələlərdən biridir:
“Mən əvvəlki illərdə də bu məsələni dəfələrlə qoymuşdum. Ancaq əfsuslar olsun ki, biz müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına çata bilməmişik. İndi bu sistem yaradılır. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün də praktiki addımlar atılır. Hesab edirəm ki, biz doqquz ayda vergilərin bu səviyyədə toplanmasına, - nəzərə alsaq ki, əvvəlki illərdə bu sahədə çox böyük pozuntular olub, - vergi orqanlarının çox fəal və məqsədyönlü fəaliyyəti nəticəsində nail ola bilmişik”.
İlham Əliyev deyib ki, şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir, struktur islahatları davam etdirilməlidir: “Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar. Vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Mən göstəriş vermişəm ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq edilməlidir. Bu istiqamətdə işlər gedir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 gün sonra
Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək
- 11 saat sonra
-
1 saat əvvəl
Mikayıl Cabbarov “Oliver Wyman Group” şirkətinin qlobal rəhbəri ilə görüşüb
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
1 saat əvvəl
"Mazda Azərbaycan" Babəkdə yeni satış salonunu istifadəyə verdi
-
2 saat əvvəl
Bakı Fond Birjasından Unibank-ın dollar istiqrazları barədə qərar
-
2 saat əvvəl
Xalq Bank investisiya xidmətlərinin həyata keçirilməsinə lisenziya alan ilk bank oldu
-
2 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə Şamaxının kəndində yeni sosial müəssisə istifadəyə verildi
-
2 saat əvvəl
150 robot layihəsi təqdim edilib, qalib komandalar müəyyən olunub
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank "Xalq Bank"a investisiya faəliyyəti üçün lisenziya verdi
- 4 saat əvvəl
Son Xəbərlər

Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək

Böyük şirkət vakansiyalar elan etdi

İlham Əliyev Albaniyaya getdi

Bakı Fond Birjasından Unibank-ın dollar istiqrazları barədə qərar

PAŞA Holding-in dəstəyi ilə Şamaxının kəndində yeni sosial müəssisə istifadəyə verildi

150 robot layihəsi təqdim edilib, qalib komandalar müəyyən olunub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bank 2 banka icrası məcburi sərəncam verdi

Mərkəzi Bank AYİB-in dəstəyi ilə indekslərin hesablanması və dərci üçün təkmilləşdirilmiş metodologiyanı tətbiq edib

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

Azərbaycanda mobil rabitə gəlirləri 2 %-ə yaxın artıb

Azərbaycanda hər gün orta hesabla 15 ədəd minik avtomobili istehsal olunub - 2 DƏFƏ ARTIB

Dövlət büdcəsində 3 milyard manatdan çox artıqlıq yaranıb - PROFİSİT 2 DƏFƏYƏ YAXIN ARTIB
