Avro təzyiq altında, Qızıl minimumunu qıra bilmədi - GÜNƏ BAXIŞ
Dünyada siyasi və iqtisadi risklərin artması, qızıla olan tələbin daha da artmasına səbəb ola bilər. Sözügedən risklər diqqət mərkəzində saxlanılmalıdır.
Avro təzyiq altında qalmaqda.
Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi Avropada siyasi və iqtisadi risklər fonunda təzyiq altında qalmaqda davam edir və 1.15$-ın altında ticarət edilməkdədir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
Qeyd etmək lazımdır ki, Avropa Birliyi ilə İtaliya arasında miqrant və büdcə siyasəti və İngiltərə ilə Breksit fonunda müsbət irəliləyişlər əldə edilməyib. Bununla yanaşı, Almaniyanın sənaye və daşınmaz əmlak sektorları ilə bağlı mənfi açıqlamalar da avronun son bir ayın minimum səviyyəsində ticarət olunmasına səbəb olur.
Bu gün isə Bakı vaxtı ilə saat 10:00-da yayımlanacaq Almaniyanın xarici ticarət dövriyyəsi ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
BRENT neftində növbəti bahalaşma.
Avropanın Brent markalı neftinin bir barel qiyməti bazar ertəsi 83$-a kimi ucuzlaşdıqdan sonra yenidən 84$-a kimi bahalaşıb və üzərində qaldıqca, 87$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.
Qızıl son bir ayın minimumunu qıra bilmədi
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Əlvan metallar bazarlarında da qızılın qiyməti 1183$-a (38.6 $/qram) kimi ucuzlaşsa da son bir ayın minimum səviyyəsini qıra bilməyib yenidən 1192$-a kimi dəyər qazanıb və 1190$-ın üzərində qaldıqca, 1198$-a kimi də bahalaşa bilər. Dünyada siyasi və iqtisadi risklərin artması, qızıla olan tələbi yenidən artıra bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 3 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
3 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
4 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 4 saat əvvəl
-
4 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
FED faiz qərarını açıqladı
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə





















