“PMD Projects” yerli şirkətləri əməkdaşlığa dəvət edir
“PMD Projects” MMC layihələrin planlaşdırılması, idarə olunması və inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən yeni bir şirkətdir. Təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, iaşə obyektlərinin, eləcə də, kənd təsərrüfatı təyinatlı obyektlərin tikintisi layihələrini həyata keçirir.
Ölkəmizin sürətlə inkişaf edən şirkətlərindən biri olan “PMD Projects” MMC hər bir mövcud resursa, xüsusən də insan resurslarına böyük həssaslıqla yanaşır. Bununla yanaşı, şirkət fəaliyyət göstərdiyi andan etibarən təhlükəsizliyin əhəmiyyətini başa düşərək, insan əməyini, mülkiyyəti və ətraf mühiti qorumağı əsas məqsədlər kimi dəyərləndirir. Şirkətin digər əsas məqsədi icra etdiyi bütün layihələrdə yüksək keyfiyyətli iş təqdim etməkdir.
Bu baxımdan, hal-hazırda icra olunan və gələcəkdə icrası nəzərdə tutulan layihələrdə mülki tikinti (dəmir-beton), mexanik və elektrik sistemlərinin təchizi və quraşdırılması, daxili bəzək işlərinin yerinə yetirilməsi və s. üzrə “PMD Projects” MMC yerli bazarın ixtisaslı şirkətlərini gələcək əməkdaşlığa dəvət edir.
Bununla bağlı şirkətlər, “PMD Projects” MMC-nin satınalmalar departamentinin e-mail ünvanına (procurement@pmdprojects.az) özləri haqqında qısa məlumat göndərməklə, həmçinin, 012 505 04 00 telefon nömrəsi ilə əlaqə saxlamaqla təchizatçılar siyahısına qatılıb, növbəti layihələrdə iştirak niyyətlərini bildirə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
-
8 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
8 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
8 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
10 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
Ən çox oxunanlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

























