“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Amerika ilə Kanada arasında yeni ticarət sazışı fonunda danışıqların bərpası və Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəricilərin gözləniləndən yaxşı açıqlanması, beynəlxalq valyuta birjalarında dolların bahalaşmasına səbəb olub.
Nəticədə EUR/USD məzənnəsi də 1.15$-a kimi ucuzlaşıb və keçmiş həftənin minimum səviyyəsi altında qalarsa, 1.14$-a kimi də ucuzlaşa bilər.
Cümə axşamı Bakı vaxtı ilə 15:45 və 16:30-da müvafiq olaraq açıqlanacaq Avropa Mərkəzi Bankının (AMB) faiz qərarının və Amerikadan inflyasiya ilə bağlı yeni məlumatların da bu həftə önəmli rol oynayacağı gözlənilir. Bununla yanaşı, həmin günü saat 16:30-da baş tutacaq AMB-nin mətbuat konfransı da investorların diqqət mərkəzindədir.
GBP
Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, GBP/USD məzənnəsinə də təsir edib. Belə ki, Funt/Dollar valyuta cütlüyünün qiyməti 1.29$-a ticarət edilməkdədir və 1.28$-a kimi də ucuzlaşa bilər.
Cümə axşamı saat 15:00-da İngiltərə Mərkəzi Bankı tərəfindən də faiz qərarı gözlənilir.
TRY
Türkiyə maliyyə bazarlarında isə Türkiyə Mərkəzi Bankının bu həftə növbəti faiz artımına gedəcəyi gözləntiləri, lirənin bahalaşmasına səbəb olub. Beləliklə, lirənin qiyməti keçən həftənin maksimum səviyyəsi üzərində də möhkəmlənərsə, 6.27 və 6.15TL-yə kimi bahalaşa bilər.
OIL
Avropanın Brent markalı neftinin bir barel qiymətində də ucuzlaşma müşahidə edilir. Keçən həftənin birinci yarısında 80$-a kimi dəyər qazanan Brent nefti, həftənin sonuna doğru 76$-a kimi ucuzlaşıb və 78$-ın altında qalmağa davam edərsə, 74$-a kimi də ucuzlaşa bilər.
Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında isə qızıl qiymətində avqust ayı ərzində müşahidə edilən bahalaşma, sentyabr ayının qədəm basması ilə ucuzlaşıb. Hal-hazırda 1193$-a (38.4 $/qram) ticarət edilən bir unsiya üzrə qiymət, keçən həftənin minimum səviyyəsini də aşağı istiqamətdə qıraraq, altında qalarsa, ucuzlaşması 1182$-a (38.0 $/qram) kimi sürətlənə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 58 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
17 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 18 saat əvvəl
-
19 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
19 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Ən çox oxunanlar
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ





















