"PAŞA Həyat Sığorta" yeni “Davamlı təhsil” məhsulunu təqdim edir
(®) Təhsillə bağlı yeni layihə...
PAŞA Həyat Sığorta şirkəti övladları məktəbəqədər hazırlıq, orta və ali təhsil ocaqlarında ödənişli təhsil alan tələbələrin valideynləri üçün hazırlanmış yeni “Davamlı təhsil” məhsulunu təqdim edir. Məhsulun əsas məqsədi valideynin başına gələ biləcək arzuolunmaz hallar zamanı övladın təhsilinin davamlılığını təmin etmək üçün təhsil haqqının sığorta şirkəti tərəfindən ödənilməsindən ibarətdir.
Məhsulun sığorta təminatına ödənişli təhsil alan tələbənin valideynlərindən birinin (Sığortalanan şəxsin) istənilən səbəbdən ölümü və ya bədbəxt hadisə nəticəsində I qrup əlilliyi daxildir.
Sığortanın müddəti 1 ildən 10 ilə qədər, sığorta məbləği isə 100.000 AZN-ə qədər müəyyən olunub.
Sığorta məbləği və ya sığorta haqqının müəyyən olunması Sığortalanan şəxsin yaşı, sağlamlıq durumu, peşə fəaliyyəti və digər meyarlar əsasında xüsusi kalkulyator vasitəsilə hesablanır. Nümunə: 37 yaşında şəxs 3 il müddətinə 20.000 AZN məbləğində “Davamlı təhsil” sığortası əldə edərsə, bu halda ildə cəmi 192 AZN ödəməlidir.
Sığorta müddətində sığorta hadisəsi baş verdikdə öncə tələbənin təhsil aldığı müəssisəyə qalıq təhsil haqqı borcu ödənilir, əgər əlavə vəsait qalarsa, o halda həmin məbləğ Sığortalının təyin etdiyi faydalanan şəxsə (övlad, həyat yoldaşı və ya digər şəxslər) ödənilir.
Layihə barədə PAŞA Həyat Sığortanın Satış kanalları və marketinq departamentinin direktoru Vüsal Nağıyev bildirib:
“Dünyanın müxtəlif ölkələrində həyat sığortasına maraq göstərən şəxslərin böyük bir hissəsi öz ailəsi və əzizlərinin qayğısız gələcəyini təmin etmək məqsədi güdür. Apardığımız araşdırmalar göstərdi ki, Azərbaycanda gənc valideynlər övladlarının keyfiyyətli təhsili ilə əlaqədar mövzularda çox həssasdırlar. Bu baxımdan valideynlərin bir qismi övladlarının ödənişli təhsil ocaqlarında daha keyfiyyətli təhsil ala bilmələri üçün hər il bəlli miqdarda xərc çəkirlər. Eyni zamanda mümkün ola biləcək arzuolunmaz hadisələr nəticəsində övladlarının təhsilinin davamlılığını təmin etmək üçün sığortalanmağa üstünlük verirlər. Necə deyərlər ehtiyat igidin yaraşığıdır! İnanıram ki, dəyərli valideynlərimiz öz həyatlarını sığortalamağı ölkənin ən etibarlı sığorta şirkətinə həvalə edəcəklər”.
Məhsul barədə daha ətraflı məlumatı www.pasha-life.az saytından və ya (012) 942 Əlaqə mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 15 d. əvvəl
-
26 d. əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
3 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 3 saat əvvəl
-
4 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
4 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
5 saat əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb





















