“Mətanət A” şirkətində yeni vakansiyalar - SİYAHI
“Mətanət A” şirkəti vakansiyalar elan edir
1. İT mütəxəssisi
İşin təsviri:
-İstifadəçi kompüteri, proqram təminatı və periferik avadanlıqların quraşdırırlması və yönləndirilməsi;
-İT departamentinə texniki problemlərlə bağlı daxil olan zəng və müraciətlərin qəbul olunması, ehtiyac olan dəstəyin göstərilməsi;
-İstifadəçi kompüterlərində, və ya periferik qurğularda yaranmış proqram və avadanlıq səviyyəli nasazlıqların aradan qaldırılması;
-Serverlərdə və kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması;
-Domen şəbəkələrində istifadəçilərin idarə olunması.
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək
-İş günü: Həftənin 5 günü
Əmək haqqı:
-700-800 AZN
Tələblər:
-Təhsil: Ali
-Yaş həddi: 24-30
-İş təcrübəsi: İT sahəsində 2 il iş təcrübəsinin olması
-Dillər: Rus dili mükəmməl, İngilis dili arzuolunandır
-İT sahəsinə aid sertifikatlara sahib olması arzuolunandır
Şəxsi keyfiyyətləri:
-Fikrini izah etmək qabliyyəti;
-İşə planlı yanaşması;
-Ünsiyyət yaratmaq bacarığı;
-Fəal olması;
Əlavə şərtlər:
-Ezamiyyət imkanları;
Əlavə tələblər:
-Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-Bu sahə üçün ANKET FORMASI-nı doldurub hr@matanata.com ünvanına göndərin.
2. Marketinq Tədqiqatları Meneceri
İşin təsviri:
-Marketinq tədqiqatlarının həyata keçirilməsi;
-Hesabatların hazırlanması;
-Satışın artırılması üçün təkliflərin hazırlanması;
-Marketinq planının hazırlanması;
-Yeni məhsulun yaradılması təklifinin verilməsi;
-Rəhbərliyin tapşırıqlarını həyata keçirilməsi.
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək
-İş günü: Həftənin 5 günü
Əmək haqqı:
-Razılaşma yolu ilə
Tələblər:
-Təhsil: Ali (İqtisadiyyat və Menecment)
-Yaş həddi: 24-30
-İş təcrübəsi: Marketinq sahəsində minumum 3 il iş təcrübəsinin olması
-Kompüter biliyi: Word, Excell, Power Point, Internet
-Dillər: Rus dili biliyi arzu olunandır
Şəxsi keyfiyyətləri:
-Fikrini izah etmək qabliyyəti;
-İşə planlı yanaşması;
-Ünsiyyət yaratmaq bacarığı;
-Fəal olması;
Əlavə şərtlər:
-Ezamiyyət imkanları;
-Sürücülük vəsiqəsi;
-Şəxsi avtomobilinin olması;
-Xarici pasport.
Əlavə tələblər:
-Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub hr@matanata.com ünvanına göndərin
3. Qrafik dizayner
İşin təsviri:
-Bilbord, jurnal, kataloq, roll-up, broşur, buklet və s. hazırlanması;
-Şirkətin müxtəlif reklam obyektləri üçün dizayn məhsullarının hazırlanması;
-Məhsulların qablaşdırma dizaynlarının hazırlanması;
-Korporativ standartlara uyğun digər dizayn məhsullarının hazırlanması.
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək;
-İş günü: Həftənin 5 günü.
Əmək haqqı:
-Razılaşma yolu ilə.
Tələblər:
-Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Corel Draw proqramlarında işləmə bacarığı;
-3D proqramları ilə işləmək üstünlükdür;
-Minimum 3-5 il müvafiq sahədə iş təcrübəsi;
-Yaş həddi: 23-35 yaş;
-Dil bilikləri: azərbaycan dili (rus və ingilis dillərini bilməsi arzuolunandır)
Şəxsi keyfiyyətləri:
-Daim öyrənmək və inkişaf etməyə meyilli;
-Kreativ düşünən və yeniliklərə açıq;
-Son dizayn trendləri ilə işləmək;
-Komandada işləmək bacarığı;
-Operativ, məsuliyyətli və işə planlı yanaşan;
-Təmkinlilik, etibarlılıq, özünəinam.
Əlavə tələblər:
-Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-CV və Portfoliolarınızı “Qrafik Dizayner” başlığı ilə hr@matanata.com ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaq.
4. Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis
İşin təsviri:
-İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq;
-Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,
-Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;
-Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək;
-İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
-Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması;
-İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
-Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
Əmək haqqı:
-Razılaşma yolu ilə.
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək;
-İstirahət: Şənbə və bazar günü.
Tələblər:
-Yaş həddi: 28-40
-Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində), və ya texniki yönümlü ali təhsil
-İş təcrübəsi: Bu sahə üzrə minimum 2 il təcrübə;
-Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması);
-İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması);
-KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak;
-Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;
-Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
Şəxsi keyfiyyətləri:
-Liderlik;
-İşə planlı yanaşma;
-Fikrini izah etmək qabliyyəti;
-Ünsiyyət yaratmaq bacarığı;
-Analitik düşünmə qabiliyyəti;
-Fəallıq.
Əlavə şərtlər:
-Ezamiyyət imkanları;
Əlavə tələblər:
-Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-Maraqlananlar saytda onlayn-anketi dolduraraq hr@matanata.com ünvanına göndərə bilərlər.
5. Laborant
İşin təsviri:
-Laborator avadanlıqlarını tanıyıb onunla işləməyi bacarmalıdır.
-Hər gün istehsal olunan məhsulların qeydiyyatını aparmalıdır.
-İstehsal olunan məhsulları analiz etməlidir (analiz üsullarını öyrəndikdən sonra)
-Resept əsasında yeni məhsul hazırlamağı bacarmalıdır.
-Laboratoriya avadanlıqlarını təmiz saxlamalıdır.
Əmək haqqı:
-Razılaşma yolu ilə.
İş şəraiti:
-İş növbəli qrafiklə həyata keçirilir.
Tələblər:
-Təhsil: Ali (bakalavr)
-İş təcrübəsi: Ən azı bu sahədə 3 il iş təcrübəsi olmalı. (Boya və Gips sahəsində işləmiş laboranta üstünlük verilir.)
-Yaş həddi: 24-35;
-Cinsi: Kişi;
-Kompüter biliyi: Word, Excell, Internet Explorer;
-Dillər: Azərbaycan dili.
Şəxsi keyfiyyətləri:
-Fikrini izah etmək qabliyyəti;
-İşə planlı yanaşması;
-Ünsiyyət yaratmaq bacarığı;
-Fəal olması;
Əlavə tələblər:
-Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub hr@matanata.com ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır)
6. Mühasib
İşin təsviri:
-Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
-Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
-Mühasibatlığa aid müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək;
-İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
-Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək
-İstirahət: Şənbə və bazar günü
Əmək haqqı:
-Razılaşma yolu ilə
Tələblər:
-Təhsil: Ali (İqtisadi)
-İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan
-Yaş həddi:25-50
-Dil bilikləri: Azərbaycan və Rus dili
-Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək
Şəxsi keyfiyyətləri:
-İşə planlı yanaşmaq bacarığı;
-Yüksək ünsiyyət bacarığı;
-Nitq mədəniyyəti;
-Təmkinlilik, etibarlılıq, özünəinam;
-Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
Qeyd
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub hr@matanata.com ünvanına göndərin
Müştərilərin xəbərləri
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
PAŞA Bankın dəstəyi ilə Azərbaycan gəncləri Microsoft Dünya Çempionatının finalında ölkəni uğurla təmsil ediblər ®
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 28 san. əvvəl
-
-
15 d. əvvəl
Rabitəbankdan lombard krediti üzrə faiz dərəcəsində 4%-dək endirim ®
-
17 d. əvvəl
Xalq Bank sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir ®
- 22 d. əvvəl
-
2 saat əvvəl
Naxçıvanda geniş kadr dəyişiklikləri – Üç icra başçısı təyin olundu
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Dentera" stomatologiya sektorunda bazar payını artırır: 7-ci filial istifadəyə verildi
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
Rabitəbankdan lombard krediti üzrə faiz dərəcəsində 4%-dək endirim ®
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
Avqustun 5-də gözlənilən hava şəraiti
PAŞA Bankın dəstəyi ilə Azərbaycan gəncləri Microsoft Dünya Çempionatının finalında ölkəni uğurla təmsil ediblər ®
"Dentera" stomatologiya sektorunda bazar payını artırır: 7-ci filial istifadəyə verildi
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Qadınların peşəkar inkişafına dəstək: Unicapital BMT-yə aid prinsiplər toplusunu imzalayan ilk investisiya şirkəti oldu
AFAZ Keniyada keçiriləcək BIG 5 Construct Kenya 2026 sərgisində Azərbaycan Pavilyonunu təşkil edəcək
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Rizvan Rzayevin şirkəti 45 milyon manat gəlir, 3,2 milyon manat xalis mənfəət əldə edib




















