İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

28 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Qiymətli kağızın ISIN kodu | AZ203108686 |
Emissiya həcmi | 20 000 000 AZN |
Nominal qiyməti | 1000 АZN |
Hərrac qiyməti | 1000 AZN |
İstiqrazların tədavül müddəti | 23 il (8280 gün) |
Faiz dərəcəsi | 3 % |
Faiz gəlirinin ödəniş müddəti | 6 aydan bir (180 gün) |
Anderrayter | PSG-Kapital İŞ QSC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
.jpg)
Azercell və UiPath biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
SON XƏBƏRLƏR
-
23 d. əvvəl
Azərbaycanın rəsmi qurumu “Ookla” şirkətilə danışıb: “SpeedTest” saxtakarlığının qarşısı alınacaq
- 32 d. əvvəl
-
39 d. əvvəl
Azər Türk Bank dünyanın daha bir nüfuzlu təşkilatı ilə əməkdaşlığa başladı
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə bilər" - MÜSAHİBƏ
-
2 saat əvvəl
Mərkəzi Bankın yeni binasının təhvil veriləcəyi tarix açıqlanıb
-
2 saat əvvəl
Aqrar Kredit və İnkişaf Agentliyi I rübdə 20 milyon manata yaxın kredit verib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Azərbaycanın rəsmi qurumu “Ookla” şirkətilə danışıb: “SpeedTest” saxtakarlığının qarşısı alınacaq

Sabah havanın temperaturu yüksələcək

Qızılın qiyməti yeni rekord həddə çatıb

Mərkəzi Bankda yeni təyinat
Ən çox oxunanlar

“PAŞA Həyat” və “Sea Breeze” anlaşdı

Kolleclərə yeni təyinatlar olub

Mərkəzi Bank: Qərar sabah saat 10:00-da yayımlanacaqdır

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

"Digitürk Azərbaycan" lisenziya aldı

AZAL-dan yeni istiqamət: iyundan Şımkentə birbaşa uçuşlar

"Bank Respublika"da yığıncaq keçiriləcək
