Ağır sənaye və maşınqayırma üzrə tədbirlər 68 faiz icra edilib - NƏTİCƏLƏR
Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə nəticələri ictimaiyyətə açıqlandı.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin makroiqtisadçısı Faiq Qasımlı bildirib ki, adıçəkilən strateji yol xəritəsi üzrə icra səviyyəsi bir daha onu göstərir ki, ölkədə aparılan sənayeləşmə siyasəti uğurla davam edib: “Bu ilin ilk yarısında qeyri-neft sənayesinin 8,8 faiz artımı bunun əyani sübutudur.”
“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” üzrə monitorinq və qiymətləndirmə barədə məlumat verən Faiq Qasımlı bildirib ki, bu xəritə üzrə ümumi icra səviyyəsi 68 faizdir. Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 44 faizinin icrası tamamlanıb, 47 faizi qismən icra edilib və 9 faizi isə icra edilməyib.
Faiq Qasımlı həmçinin əlavə edib ki, “2017-ci il ərzində Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsinin ilk hədəfi – Mövcud aktivlərin optimallaşdırılması – üzrə tam icra 52 faiz, qismən icra 48 faiz səviyyəsində təmin olunub. Bu hədəf üzrə məhsuldarlığın və səmərəliliyin artırılması, enerjidən istifadədə optimal səmərəliliyə nail olunması, aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması istiqamətlərində 2017-ci il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilib. “Qənaətli istehsal metodları”, “Qənaətli İstehsal Sisteminin alətləri”, “Qənaətli istehsal metodlarını tətbiq etməklə model müəssisənin yaradılması metodologiyası”, “KOS subyektlərinin faydalanması üçün Azərbaycanda model müəssisənin yaradılması metodologiyası” hazırlanıb. Bundan əlavə, metallurgiya, maşınqayırma və avtomobilqayırma sahələrində 3 müəssisə pilot model müəssisə kimi seçilib. Enerji balansının proqnozlaşdırılması və planlaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra işlər həyata keçirilib. Sutkanın müxtəlif saatlarında elektrik enerijisindən istifadəyə dair region ölkələrinin təcrübəsi araşdırılaraq müvafiq statistik hesabat hazırlanıb. Sənayedə istifadə olunmayan aktivlərin və təbii resursların mərkəzi reyestrinin yaradılması məqsədilə dövlət müəssisələrinin və təbii ehtiyatların (resursların) siyahısı tərtib edilib.
Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində ikinci hədəf – Rəqabətədavamlı sektorun yaradılması üzrə icra səviyyəsi belə olub: 36 faiz tam icra, 44 faiz qismən icra və 20 faiz icra edilməyib. Daxili istehsal imkanları və regional tələbat nəzərə alınmaqla ölkəmizdə həm istehsal potensialı, həm də regional idxal tələbatı yüksək olan məhsullar üzrə region ölkələrinin bazarları, əsas ticarət göstəricilərindən istifadə edilməklə araşdırılaraq bir sıra təhlillər aparılmış, region ölkələrinin bazarlarında idxal tələbatı yüksək olan məhsullar müəyyən edilib. Bundan əlavə, müvafiq məhsulların ölkə daxilində istehsal potensialını və ixrac imkanlarını daha yaxşı müəyyən etmək üçün rəqabətqabiliyyətli məhsullar üzrə müəyyən araşdırmalar aparılıb. İdxalı yerli istehsalla əvəzlənə bilən məhsulların müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılmış, ağır sənaye və maşınqayırma sənayesində idxalı əvəzlənə bilən məhsulların yekun siyahısı hazırlanıb. Dağ-mədən sənayesində xidmətlərin təşviqi məqsədilə ölkədə dağ-mədən sektorunda fəaliyyət göstərən yerli müəssisələr və həmin müəssisələrin təklif etdikləri xidmətlər müəyyənləşdirilərək siyahılar hazırlanıb.
Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində üçüncü hədəf - Maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi üzrə tam icra 45 faiz, qismən icra 50 faiz olub, cəmi 5 faiz tədbir icra edilməyib.
İnvestisiya məlumat bankının (portal) yaradılması məqsədilə fəaliyyətlər həyata keçirilib. “Doing Business” və bir sıra digər beynəlxalq hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra normativ hüquqi aktlarda dəyişikliklərlə bağlı layihələr hazırlanaraq təsdiq edilib. Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair təkliflər hazırlanıb. Korporativ idarəetmə standartlarının tətbiqi üzrə beynəlxalq təcrübə araşdırılıb, sənaye müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi və korporativ idarəetmə səviyyələrinin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların layihələri və sənaye müəssisələrində müasir idarəetmə sisteminin qurulması qaydalarının ilkin layihəsi hazırlanıb. Milli brendlərin yaradılması sahəsində həyata keçirilmiş araşdırmalar nəticəsində brend indeksinin yaradılmasına dair konseptual təklif hazırlanıb. Bundan əlavə, “Made in Azerbaijan” brendinin inkişafına və milli brendlərin yaradılmasının təşviq edilməsinə həsr olunmuş birinci “Marketinq Sammiti” keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Tarif (qiymət) Şurası “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində” 2017-ci ildə nəzərdə tutulan tədbirlərin müvafiq olaraq 83 və 81 faiz yerinə yetiriblər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Energetika Nazirliyi 75 faiz, İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi müvafiq olaraq 67 və 63 faiz, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası 50 faizlik icra göstəricilərinə malikdirlər.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
12 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















