Pirallahı, Gürgən və Çilovda istirahət mərkəzləri inşa ediləcək

Dərman - şprits istehsalı zavodunda və balıqyetişdirmə kompleksində tikinti işləri davam edir
Pirallahı Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Pirallahının inkişaf yolunda olduğunu söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verib.
Vasif İmanov çıxışı zamanı qeyd etdi ki, Pirallahı qəsəbəsi S. Vurğun küçəsində ümumi mənzillərin sayı 114 olan ikisi 6, biri 9 mərtəbəli olan 3 ədəd yeni yaşayış binasının inşası davam etdirilmişdir. Hazırda tikinti-quraşdırma işləri davam etdirilir.
Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasında son tamamlanma işləri aparılır, həmçinin Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən yeni inzibati binalarda tikinti işləri davam etdirilir.
S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış ərazi inşaat hasarına alınmış, inzibati mərkəzdə YAP Gənclər evinin inşasına başlanılmışdır.
Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi - uşaq bağçasında işlər tamamlanmaq üzrədir.
Pirallahı qəsəbəsi, 28-ci məhəllədə yeni yanacaqdoldurma məntəqəsinin inşası tamamlanmışdır.
Pirallahı qəsəbəsində «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir.
Heydər Əliyev mərkəzi park kompleksində işlər davam etdirilmişdir. Parkda fəvvarənin quraşdırılması və giriş hissəsində sütunların ağlay daşı ilə üzlənməsi işləri aparılır. Fəvvarənin mərkəzində metal konstruksiyadan dekorativ qayıq quraşdırılmışdır. Layihəyə uyğun olaraq inşa olunan kafenin dam örtüyünün vurulması işləri aparılmışdır. Parkda piyada yollarının tikintisi davam etdirilmiş və kommunikasiya xətlərinin çəkilməsi işləri aparılmışdır.
S. Vurğun küçəsində yerləşən idman meydançasında şaquli planlaşdırma və torpaq tökülərək kipləşdirmə işləri aparılmış, asfalt örtüyü vurulmuşdur.
Pirallahı qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 235 nömrəli orta məktəbdə təmir işlərinə başlanılmışdır. Hazırda məktəbin idman zalı, soyunub-geyinmə otaqları və digər otaqların təmiri aparılır. Həmçinin həyətdə yerləşən futbol meydançasının da təmirinə başlanılmışdır. Məktəb hasarının divarlarında suvaq işləri yerinə yetirilmiş, dəmir barmaqlıqlar parlaq qara rəng ilə rənglənmiş, xarici fasad sulu emulsiya ilə boyanmış, daxili divar isə əhəng məhlulu ilə ağardılmış, həyətdə mövcud asfalt örtüyü bərpa olunmuş, səki bardürləri quraşdırılmış və digər abadlıq işləri yerinə yetirilmişdir. Hazırda işlər davam etdirilir. Bundan əlavə idman zalının zəruri müasir tipli idman avadanlıqları ilə təchiz olunması nəzərdə tutulmuşdur.
Daha sonra Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov qeyd etdi ki, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında “Hayat Pharm” və “Caspian Pharmed” dərman preparatları, eləcə də şprits istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir.
Pirallahı rayonun Səməd Vurğun küçəsində sənaye zonası adlanan ərazidə ayrılmış 0.80 ha sahədə məhsuldarlığı 50 ton/saat olan ДС - 158 markalı Asfalt-beton zavodunun quraşdırılması işləri tamamlanmış və istismara verilmişdir.
“Nərəkənd” balıqyetişdirmə kompleksində qapalı tipli fermalarının tikinti-quraşdırma işləri davam etdirilmişdir. Metal konstruksiyaların quraşdırılması işləri aparılmışdır. Hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Kompleksin ümumi sahəsi 2,86 ha, fermanın tikinti sahəsi 6560 m2, illik istehsal gücü 75 ton rus nərəsi, 25 ton çökənin əti və 4 ton kürü nəzərdə tutulmuşdur. Bundan əlavə sahil boyu və körpü ətrafında dəniz akvatoriyasının təmizlənməsi və genişləndirilməsi işləri aparılmışdır.
Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov qeyd etdi ki, hesabat dövrü 2500-ə qədər zeytun ağacı əkilmiş, yaşıllıqların nəzarətdə saxlanılması, torpaq sahələrinin şumlanması işləri aparılmışdır.
Turizmin inkişaf perspektivlərinə toxunan natiq qeyd etdi ki, Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşunaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idman növlərinin, o cümlədən, yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranmışdır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Sonra V.İmanov vurğulamışdır ki, planlaşdırılan işlər sırasında Gənclər evinin tikintisi, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Mərkəzi”nin yaradılması və həmin mərkəzdə istirahət obyektlərinin inşası, 14 saylı Uşaq Musiqi Məktəbi üçün yeni binanın tikintisi, Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və idman meydançalarının yaradılması, alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulmasının davam etdirilməsi, Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması, əhalinin 24 saat fasiləsiz su ilə tam təmin olunması, eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri prioritet məsələlər olaraq qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
38 d. əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni funksiya istifadəyə verilib
-
41 d. əvvəl
Mərkəzi Bank 2 kredit təşkilatına icrası məcburi göstərişi verib
-
45 d. əvvəl
40 ölkədən 100-ə yaxın şirkətə xidmətlər ixrac edən Azərbaycan şirkəti
-
- 49 d. əvvəl
-
57 d. əvvəl
Qızıl 1-ci, karbamid 2-ci, pomidor 3-cü yerdə qərarlaşıb - “İxrac icmalı”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda “IVECO” avtomobillərini yığacaq müəssisə işə düşdü
-
1 saat əvvəl
Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışı oldu
-
2 saat əvvəl
Bakıda faktorinq və lizinq ilə bağlı çətinliklər müzakirə edilib
- 2 saat əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Mərkəzi Bank 2 kredit təşkilatına icrası məcburi göstərişi verib

İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI

Şirkətin baş sponsorluğu ilə voleybol klubu yaradılıb

"Mr.fix"in 25 milyon manatlıq zavodu işə salındı

Azərbaycanda “IVECO” avtomobillərini yığacaq müəssisə işə düşdü
Ən çox oxunanlar

Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışı oldu

Bakıda faktorinq və lizinq ilə bağlı çətinliklər müzakirə edilib

Azərbaycan “Metro İstanbul”un inkişaf təcrübəsini öyrənir

Layihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satır

Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb

2 milyona yaxın istifadəçisi olan bank tətbiqi daha da etibarlı oldu

May ayının ilk günü üçün hava proqnozu açıqlanıb

Qlobal bazarlarda son vəziyyət
