Maaşını həyat sığortasına köçürən vətəndaşlar artır - VERGİDƏN AZADDIR
3 ildən az olmayan müddətdə həyatın yaşam sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarından (22% və 3%) və gəlir vergisindən azaddır. Bu səbəbdən Azərbaycanda əmək haqqını yaşam sığortasına köçürənlər artır. Bu sığortanı alanlara sərfəli şərlərlə kredit də təklif olunur.
2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortası növləri üzrə 158 milyon 932 min manat sığorta haqları toplanıb.
"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatlarına istinadən xəbər verir ki, könüllü həyat sığortasında artımın səbəbi həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqlarının kəskin artmasıdır. Belə ki, 2018-ci ilin birinci yarısında (6 ay ərzində) həyatın yaşam sığortası üzrə 130 milyon 959 min manat sığorta haqqı toplanıb. 2017-ci ilin birinci yarısında həyatın yaşam sığortası üzrə 71 milyon 822 min manat sığorta haqqı toplanmışdı. Beləliklə, bu növ üzrə yığımlar 82% artıb.
Həyatın yaşam sığortası üzrə yığımlar İyunda 17 milyon 644 min manat artıb. 2018-ci ilk 5 ayında yığımlar 113 milyon 315 min manat təşkil etmişdi.
2017-ci ildə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 138 milyon manat təşkil etmişdi. Beləliklə, bu ilin 6 ayındakı yığımlar, ötən ilki cəmi yığımlara yaxınlaşıb.
Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.
HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR
Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.
-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır.
-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.
-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.
Yığım İnvestisiyası məhsuluna qoşulmaqla 3 ilin sonunda əlinizə vergi güzəştləri və depozit faizləri ilə birlikdə böyük məbləğ gəlmiş olacaqdır. Bu müddət ərzində sizin başınıza hər hansı arzuolunmaz iş gələrsə, o zaman sevdikləriniz heç olmasa sizin yoxluğunuzu maddi olaraq hiss etməyəcəklər.
Qanunla Azərbaycanda işçi əməkhaqqından 14% gəlir vergisi ödəyir və 3% Dövlət Sosial Müdafiə Fonduna köçürür. Üstəlik çalışdığınız şirkət sizə görə əməkhaqqınızın 22%-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödəyir. Tutaq ki, 1000 manat maaş alırsınız. 3% və 14% ödənişlər çıxıldıqda xalis 850 manat əməkhaqqınız qalır. Bundan başqa, 1000 manat maaşa görə, çalışdığınız şirkət Dövlət Sosial Müdafiə Fonduna 22%, yəni 220 manat köçürür. Azərbaycanda hazırda qüvvədə olan qanunvericiliyə görə, işçi əməkhaqqını həyatın yaşam sığortasına (İnvestisiya yığım) köçürərsə vergi və ödənişlərdən azaddır, yəni dövlətə ödənilən 370 manat sizə qalır. Bundan başqa, sığorta şirkətləri 5-7% illik gəlir vəd edirlər. Nəticədə, Həyatın yaşam sığortası vergi, sosial sığorta haqqı güzəştləri və investisiya gəliri birlikdə, bank əmanətindən daha yüksək nisbətdə gəlir təmin edir. Əməkhaqqısı 2500 manatdan yüksək olanlar daha yüksək qazanc götürürlər.
HƏYAT SIĞORTASI BAZARINDA LİDER "PAŞA HƏYAT"DIR
Azərbaycanda "Atəşgah Həyat", "PAŞA Həyat" və "Qala Həyat" sığorta şirkətləri fəaliyyət göstərir. 2018-ci ilin 6 ayı ərzində "Atəşgah Həyat" tərəfindən 28 milyon 165 min manat, "PAŞA Həyat" tərəfindən 144 milyon 614 min manat, "Qala Həyat" tərəfindən 7 milyon 435 min manat sığorta haqları toplanıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Manatla
| Yığımlar 2017-in 1-ci yarısı | Ödənişlər, 2017-in 1-ci yarısı | Yığımlar 2018-in 1-ci yarısı | Ödənişlər, 2018-in 1-ci yarısı |
Həyat sığortası üzrə, o cümlədən: | 84 milyon 647 min | 61 milyon 12 min | 158 milyon 932 min | 48 milyon 915,8 min |
həyatın yaşam sığortası | 71 milyon 822 min | 59 milyon 720 min | 130 milyon 959 min | 48 milyon 186 min |
həyatın ölüm halından sığortası | 12 milyon 275 min | 1 milyon 282 min | 26 milyon 295,9 min | 729 min |
əmək qabiliyyətinin sığortası | 495 min 669 | 0,0 | 1 milyon 631 min | 0,0 |
sağalmaz xəstəliklərdən sığorta | 53 min 359 | 9850 | 46,7 min | 0,0 |
annuitet sığortası | 00 |
| 0,0 | 0,0 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
-
5 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
5 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
5 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
7 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
Ən çox oxunanlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
























