Prezident "Qarabağ" yatağının işlənməsi haqqında sazişi təsdiqlədi
Azərbaycan prezidenti İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSi arasında Risk xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu imzalayıb.
Sənədə əsasən, Milli Məclis Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1. “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSi arasında Risk xidməti Sazişi (bundan sonra - Saziş) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra - Hökumət təminatı) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
3. Sazişin əsas mətninə edilmiş on iki (12) Əlavə (bundan sonra - Əlavələr) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
-
7 saat sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
Azərbaycan və İran avtomobillərin keçid məntəqələrindən sinxron buraxılmasını müzakirə edib
-
6 saat əvvəl
AZZA regionlarda genişlənir – Daha 4 bölgədə mağazası açılacaq
-
7 saat əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
7 saat əvvəl
Sea Breeze-də fəaliyyət göstərəcək kazino kütləvi işə qəbula başlayıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın tütün nəhəngi ixracını 10 milyon dollardan çox artırıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Prezident İlham Əliyev Qolf Klubun açılışında iştirak edib
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
Azərbaycanın aqrar ixracında "P-AQRO"dan mühüm nəticə
Azərbaycanın tütün nəhəngi ixracını 10 milyon dollardan çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL Türkiyənin Qars şəhərinə ilk reysini həyata keçirib
Azərbaycanın yükdaşıma nəhəngindən yeni ixrac rekordu
AGRARCO ixracını 230 faizdən çox artırıb
Azərbaycanın ixrac reytinqində yeni yüksələn "ulduz" - Sıfırdan 32,5 milyon dollara
Azərbaycanın polad nəhəngi ixracını kəskin artırıb














.webp)










