Vergilər üçün büdcə planının azaldılmasının səbəbi açıqlanıb
"Dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib".
Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Onun sözlərinə görə, bundan başqa, dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.
"Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəətindən 500 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır. Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac yaranıb. 1 milyard 27 milyon manat azaldılması zərurəti yaranıb ki, bu da Vergilər Nazirliyi xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir. Həmin vergilərin əvəzləşdirilməsi hesabına Vergilər Nazirliyi xətti ilə toplanan daxilolmaların məbləği qanunda nəzərdə tutulan büdcədən daha az toplanması ehtimal olunur. Həmin azalma 1 milyard 27 mln. manat məbləğində qiymətləndirilir. Vergilər Nazirliyi xətti ilə 500 mln. manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 mln. manat azaldılması təklif olunur. 2018-ci ilin dövlət büdcəsində gəlirləri 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (Ümid, Qarabağ və Babək yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azerenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün 300 milyon manat vəsaitin subsidiya şəklində ayrılması nəzərə tutulub," - deyə nazir bildirib.
Nazir qeyd edib ki, yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur.
Onun sözlərinə görə, yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 mln. 86,8 mln. manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 mlrd. 981,1 mln. manat və ya 16,5% artacaq: "İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4% və ya 1 mlrd. 600,2 mln. manat artırılaraq 26 mlrd. 537 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 mlrd. 549,8 mln. manat profisitlə proqnozlaşdırılır".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
5 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
7 saat əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
22 saat əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq
























